Oturaraq ayaqqabı geyinməyin müstəhəbliyi

٤١٣٥ - حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحِيمِ أَبُو يَحْيَى، قَالَ:

أَنَا أَبُو أَحْمَدَ الزُّبَيْرِيُّ، نَا إِبْرَاهِيمُ بْنُ طَهْمَانَ، عَنْ أَبِي الزُّبَيْرِ، عَنْ جَابِرٍ، قَالَ:

«نَهَى رَسُولُ اللَّهِ ﷺ أَنْ يَنْتَعِلَ الرَّجُلُ قَائِمًا».

4135. Muhamməd b. Abdi'r-Rahim əbu Yəhya bizə xəbər verdi. Dedi:

Bizə, əbu Əhməd əz-Zubeyri xəbər verdi; bizə, İbrahim b. Tahman, əbu Zubeyr'dən, Cabir'dən, (belə) xəbər verdi:

Dedi:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir kişinin ayaq üstə ayaqqabı geyinməsini nəhy etdi."

----------------------

Şərhi:

قَالَ الْخَطَّابِيُّ:

Xattabi, ("Məalimu's-Sünən şərh-u Sünən-i əbi Davud"da, belə) deyir:

يَشْبَهُ أَنْ يَكُونَ إِنَّمَا نَهَى عَنْ لُبْسِ النَّعْلِ قَائِمًا؛

Görünür ki, O, ancaq ayaqqabını ayaqda geyinməyi nəhy etmişdir.

لِأَنَّ لُبْسَهَا قَاعِدًا أَسْهَلُ عَلَيْهِ وَأَمْكَنُ لَهُ،

Çünki, onu (yəni, ayaqqabını) oturaraq geyinmək, daha asan və onun üçün daha əlverişlidir.

وَرُبَّمَا كَانَ ذَلِكَ سَبَبًا لِانْقِلَابِهِ إِذَا لَبِسَهَا قَائِمًا،

Ola bilsin ki, o, onu ayaq üstə geyinərkən, yıxılmasının səbəbi olmuşdur.

فَأَمَرَ بِالْقُعُودِ وَالِاسْتِعَانَةِ بِالْيَدِ فِيهِ لِيَأْمَنَ غَائِلَتَهُ.

Bundan dolayı da, bu işdə, onun zərərindən əminlikdə qalması üçün, oturmağı və əldən istifadə etməyi əmr etdi.

Xəlil Əhməd əs- Səharənfuri əd-Deobəndi əs-Sufi əl-Hənəfi əl-Əşari, "Bəzlu'l-Məchud fi Həll-i Sünən-i əbi Davud", "Kitabu'l-Libas = Libas kitabı", "Babun fi'l-intial = Ayaqqabı geyinmək haqqında bir bab"

 

[Not: hədisin sənədi, səhihdir! Və bu hədis, bu əməlin müstəhəbliyinə dəlalət edir.]

 

Aşağıdakı linkdə, s. 7592

https://archive.org/details/20200311_20200311_1442/page/n7592/mode/1up

-----------------------

-----------------------

Mübarəkpuri, "Tuhfətu'l-Əhvəzi bi şərh-i Camii't-Tirmizi"də ("Kitabu'l-Libas = Libas kitabı", "Babu mə cəə fi kərahiyəti ən yəntəilə ər-raculu və huvə qaim = Kişinin ayaqda ikən ayaqqabı geyinməsinin kərahiyyəti haqqında gələnlər babı", hədis no: 1775, 1776), belə deyir:

هَذَا فِيمَا يَلْحَقُهُ التَّعَبُ فِي لُبْسِهِ كَالْخُفِّ وَالنِّعَالِ الَّتِي تَحْتَاجُ إِلَى شَدِّ شِرَاكِهَا.

"Bu, iplərini bağlamağa ehtiyac duyduğu xoff və səndəl (ayaqqabı) kimi, geyinməsində yorğunluq (yəni, çətinlik) yaradan şeylər haqqındadır."

 

 

 

 

 

 

 

Read 6 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR