Nəml surəsi 91-92-ci ayələrin təfsiri

إِنَّما أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هذِهِ الْبَلْدَةِ الَّذِي حَرَّمَها وَلَهُ كُلُّ شَيْءٍ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ (٩١)

• İnnəmə umirtu ən ə'budə Rabbə həzihi'l-bəldə = Mənə, ancaq, bu şəhərin Rəbb'inə ibadət etmək əmr edilmişdir.

• Əlləzi hərraməhə = O (şəhər) ki, Onu haram qılmışdır.

• Və ləhu kullu şey = Hər şey, Ona məxsusdur.

• Və umirtu ən əkunə minə'l-muslimin = Və Mənə, müsəlmanlardan olmaq əmr edilmişdir. (Nəml/91)

 

وَأَنْ أَتْلُوَا الْقُرْآنَ فَمَنِ اهْتَدى فَإِنَّما يَهْتَدِي لِنَفْسِهِ وَمَنْ ضَلَّ فَقُلْ إِنَّما أَنَا مِنَ الْمُنْذِرِينَ (٩٢)

• Və ən ətluvə'l-Qurən = Və Mənə, Quran oxumaq.

• Fə məni'h-tədə fə innəmə yəhtədi li nəfsihi = Kim doğru yolda olsa, o, yalnız özü üçün doğru yolda olmuş olar.

• Və mən dallə, fə qul: innəmə Ənə minə'l-munzirin = Kim də azarsa, de ki: "Mən, yalnız munzir (xəbərdar edən, qorxudan)'lardanam." (Nəml/92)

---------------------

Təfsiri:

أَتَتْ هَذِهِ السُّورَةُ عَلَى كَثِيرٍ مِنْ مُطَاعِنِ الْمُشْرِكِينَ فِي الْقُرْآنِ وَفِيمَا جَاءَ بِهِ مِنْ أُصُولِ الْإِسْلَامِ مِنَ التَّوْحِيدِ وَالْبَعْثِ وَالْوَعِيدِ بِأَفَانِينَ مِنَ التَّصْرِيحِ وَالتَّضَمُّنِ وَالتَّعْرِيضِ بِأَحْوَالِ الْمُكَذِّبِينَ السَّالِفِينَ مُفَصَّلًا ذَلِكَ تَفْصِيلًا ابْتِدَاءً مِنْ قَوْلِهِ تِلْكَ آياتُ الْقُرْآنِ وَكِتابٍ مُبِينٍ هُدىً وَبُشْرى لِلْمُؤْمِنِينَ [النَّمْل: ١، ٢] إِلَى هُنَا،

Bu surə:

(Allahın), "O, Quranın və mübin kitabın ayələridir. Möminlər üçün hidayət və müjdədir." (Nəml/1-2)

sözündən bura (yəni, Nəml/91-ə) qədər,

~ müşriklərin, Onun (yəni, Quranın) gətirdiyi İslam əsaslarına, (yəni) tövhidə, bə'sə (dirilişə) və vəidə (əzabla təhdidə) qarşı olan tənqidlərinin bir çoxunu, təsrih (açıq şəkildə bildirmə), təzəmmün (ehtiva etmə) və tə'riz (üstüörtülü işarə etmə) yolları ilə;

~ keçmişdə yaşamış yalançıların hallarını isə, müfəssəl olaraq

əhatə etmişdir.

فَلَمَّا كَانَ فِي خِلَالِ ذَلِكَ إِلْحَافُهُمْ عَلَى الرَّسُولِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يَأْتِيَهُمْ بِمَا وَعَدَهُمْ أَوْ أَنْ يُعَيِّنَ لَهُمْ أَجَلَ ذَلِكَ وَيَقُولُونَ مَتى هذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صادِقِينَ [النَّمْل: ٧١] .

Bu əsnada, onların Rəsul (sallallahu aleyhi və səlləm)'ə israrla təkidləri (ondan ibarət idi ki), O, onlara vəd etdiyini gətirsin və ya onlara onun vaxtını təyin etsin və (belə) deyirdilər: "Əgər doğru danışansınızsa, bu vəd nə vaxt olacaq?" (Nəml/71)

وَأَتَتْ عَلَى دَحْضِ مَطَاعِنِهِمْ وَتَعَلُّلَاتِهِمْ وَتَوَرُّكِهِمْ بِمُخْتَلِفِ الْأَدِلَّةِ قِيَاسًا وَتَمْثِيلًا،

Və onların tənqidlərinin, bəhanələrinin və üz döndərmələrinin batilliyini, müxtəlif dəlillər, qiyaslar və təmsillərlə əhatə etdi.

وَثَبَّتَ اللَّهُ رَسُولَهُ بِضُرُوبٍ مِنَ التَّثْبِيتِ ابْتِدَاءً مِنْ قَوْلِهِ إِذْ قالَ مُوسى لِأَهْلِهِ إِنِّي آنَسْتُ نَارا [النَّمْل:٧] وَقَوْلِهِ فَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّكَ عَلَى الْحَقِّ الْمُبِينِ [النَّمْل: ٧٩] ،

Allah, Öz rəsulunu, "Musa, Öz ailəsinə: 'Mən, bir od gördüm." (Nəml/7) sözündən başlayaraq, "Allaha təvəkkül et. Şübhəsiz, Sən, mübin bir haqq üzərəsən." (Nəml/79) sözünə qədər, təsbit (sabit qılma) növləri ilə, sabit qıldı.

وَمَا صَاحَبَ ذَلِكَ مِنْ ذِكْرِ مَا لَقِيَهُ الرُّسُلُ السَّابِقُونَ.

(Bununla bərabər), əvvəlki Rəsul'ların qarşılaşdıqları şeylərin zikr edilməsi də, bununla yanaşı gəlmişdir.

بَعْدَ ذَلِكَ كُلِّهِ اسْتُؤْنِفَ الْكَلَامُ اسْتِئْنَافًا يَكُونُ فَذْلَكَةَ الْحِسَابِ، وَخِتَامًا لِلسُّورَةِ وَفَصْلِ الْخِطَابِ،

Bütün bunlardan sonra, hesabın fəzləkəsi (özəti), surənin xitamı və xitabın fəsli olan bir istinaf (haşiyə) ilə istinaf edildi.

أَفْسَدَ بِهِ عَلَى الْمُشْرِكِينَ ازْدِهَاءَهُمْ بِمَا يَحْسَبُونَ أَنَّهُمْ أَفْحَمُوا الرَّسُولَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَا أَلْقَوْهُ عَلَيْهِ

Bununla, müşriklərin, Ona qarşı ortaya atdıqları şeylər vasitəsilə, Rəsul (sallallahu aleyhi və səlləm)'i susdurduqlarını hesab edərək lovğalanmalarını, ifsad etdi.

وَيَطِيرُ غُرَابُ غُرُورِهِمْ بِمَا نَظَمُوهُ مِنْ سَفْسَطَةٍ، وَجَاءُوا بِهِ مِنْ خَلْبَطَةٍ،

Safsatadan düzüb-qoşduqları və xalbata (qarışıq, boş, mənasız sözlər)'dən gətirdikləri şeylər səbəbilə, qürurlarının qarğa(ları) uçub-gedir.

وَيَزِيدُ الرَّسُولَ تَثْبِيتًا وَتَطْمِينًا بِأَنَّهُ أَرْضَى رَبَّهُ بِأَدَاءِ أَمَانَةِ التَّبْلِيغِ

Və bu, təbliğ əmanətini əda etməklə Rəbbini razı salmasından dolayı, Rəsul üçün, təsbit və tətmini artırır.

وَذَلِكَ بِأَنَّ أُمِرَ الرَّسُولِ عَلَيْهِ الصَّلَاةُ وَالسَّلَامُ أَنْ يَقُولَ لَهُمْ إِنَّما أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هذِهِ الْبَلْدَةِ الَّذِي حَرَّمَها

Bu isə, Rəsul (aleyhi's-salatu və's-səlam)'a, onlara belə deməsinin əmr edilməsi ilədir:

"Mənə, yalnız bu şəhərin Rəbbinə ibadət etmək əmr edilmişdir. O (şəhər) ki, Onu haram qılmışdır."

فَهَذَا تَلْقِينٌ لِلرَّسُولِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

Beləliklə, bu, Rəsul (sallallahu aleyhi və səlləm) üçün, bir təlqindir.

وَالْجُمْلَةُ مَقُولُ قَوْلٍ مَحْذُوفٍ دَلَّ عَلَيْهِ مَا عُطِفَ عَلَيْهِ فِي هَذِهِ الْآيَةِ مَرَّتَيْنِ

Və cümlə, bu ayədə, 2 dəfə üzərinə ətf olunan şeyin dəlalət etdiyi, məhzuf bir qövlün məquludur.

وَهُوَ فَقُلْ إِنَّما أَنَا مِنَ الْمُنْذِرِينَ وَقُلِ الْحَمْدُ لِلَّهِ [النَّمْل: ٩٢، ٩٣]

O da: "De ki: 'Mən, ancaq, munzir'lərdənəm." (Nəml/92);

Və "De ki: 'Həmd, Allaha məxsusdur." (Nəml/93)

 

فَإِنَّ الْأَوَّلَ: مُفَرَّعٌ عَلَيْهِ فَهُوَ مُتَّصِلٌ بِهِ.

• Birincisi: onun üzərinə təfri olunmuşdur. Buna görə də, o, onunla bitişikdir.

------------------------

(Haşiyə:

Lüğətdə, "yeni" mənasına gələn "unuf" və ya "bir şeyin başı, ucu, burun" mənasındakı "ənf" kökündən meydana gələn "isti'naf" kəliməsi: "yenidən başlamaq, yeniləmək, təkrarlamaq" deməkdir.

Məani elmində, "əvvəlki cümlənin gərəkdirdiyi və bu cümlədə gizli olan suala cavab məsabəsində olması səbəbilə, ardınca gələn cümləni, vav/və bağlayıcısı istifadə etmədən ayırmağ"a, "isti'naf" deyilir.

Əvvəlki cümləyə vav ilə bağlanmayaraq ondan ayrılmış olan ikinci cümlə, "isti'naf" və "mustə'nəfə" adlandırılır.

Açıq sual və cavab cümlələri arasında olduğu kimi; gizli suala cavab məsabəsindəki istinaf cümləsilə əvvəlində gələn cümlənin arasında, vav yer almaz.)

-------------------------

وَالثَّانِي: مَعْطُوفٌ عَلَى أَوَّلِ الْكَلَامِ.

• İkincisi: kəlamın əvvəlinə mətuf (ətf edilən)'dir.

وَافْتِتَاحُ الْكَلَامِ بِأَدَاةِ الْحَصْرِ لِإِفَادَةِ حَصْرٍ إِضَافِيٍّ بِاعْتِبَارِ مَا تَضَمَّنَتْهُ مُحَاوَرَاتُهُمُ السَّابِقَةُ مِنْ طَلَبِ تَعْجِيبِ الْوَعِيدِ، وَمَا تَطَاوَلُوا بِهِ مِنْ إِنْكَارِ الْحَشْرِ.

Kəlamın hasr ədatı ilə açılması (yəni, başlanması), izafi həsri ifadə etmək üçündür (haşiyə). Bu isə, onların əvvəlki mübahisələrinin ehtiva etdiyi əzab təhdidinin tezləşdirilməsini tələb etmələrini və haşrı inkar etməkdə həddi aşmalarına etibar ilədir (yəni, nəzərə almaq cəhətindəndir).

--------------------------

(Haşiyə:

Ərəb dilində, əksəriyyətlə, cümlələr, fel ilə başlayır. Bu ayədə isə, "innəmə/ancaq" ədatı ilə sözə başlanılmışdır. Bu, hasr (məhdudlaşdırma) mənası ifadə edir. Burda, vurğulanmaq istənilən məna, budur:

Müşriklər əvvəlki söhbətlərində əzabın tez gəlməsini tələb etmiş və yenidən dirilməni inkar etməkdə, həddi aşmışdılar. Buna görə də, ayədə həsr ədatı işlədilərək Peyğəmbər'in, onlardan tələb olunan bu məsələlərlə deyil; ancaq Allahın ona əmr etdiyi vəzifələrlə məsul olduğu vurğulanır.

---------------------------

وَالْمَعْنَى: مَا أُمِرْتُ بِشَيْءٍ مِمَّا تَبْتَغُونَ مِنْ تَعْيِينِ أَجَلِ الْوَعِيدِ وَلَا مِنِ اقْتِلَاعِ إِحَالَةِ الْبَعْثِ مِنْ نُفُوسِكُمْ وَلَا بِمَا سِوَى ذَلِكَ

Məna(sı budur ki):

Mənə, sizin tələb etdiyiniz şeylərdən olan:

~ vəidin vaxtını təyin etmək;

~ yenidən dirilmənin qeyri-mümkün olduğunu sizin nəfslərinizdən kökündən çıxarmaq; və

~ bunlardan başqa şeylərlə

əmr olunmamışam.

إِلَّا بِأَنْ أَثْبُتَ عَلَى عِبَادَةِ رَبٍّ وَاحِدٍ وَأَنْ أَكُونَ مُسْلِمًا وَأَنْ أَتْلُوَ الْقُرْآنَ عَلَيْكُمْ، فَفِيهِ الْبَرَاهِينُ السَّاطِعَةُ وَالدَّلَالَاتُ الْقَاطِعَةُ

Ancaq:

~ vahid bir Rəbb'ə ibadət üzərinə sabit qalmaq;

~ müsəlman olmaq;

~ sizə Quran oxumaq,

istisnadır. (Çünki), onda, parlaq burhanlar, qəti dəlillər vardır.

فَمَنِ اهْتَدَى فَلَا يَمُنُّ عَلَيَّ اهْتِدَاءَهُ

Kim hidayət taparsa, öz hidayətini, Mənə minnət qoymasın.

وَإِنَّمَا نَفَعَ بِهِ نَفْسَهُ

O, bununla, ancaq öz nəfsinə fayda vermişdir.

وَمَنْ ضَلَّ فَمَا أَنَا بِقَادِرٍ عَلَى اهْتِدَائِهِ،

Kim də azarsa, Mən, onun hidayətinə qadir deyiləm.

وَلَكِنِّي مُنْذِرُهُ كَمَا أَنْذَرَتِ الرُّسُلُ أَقْوَامَهَا

Lakin Mən, (əvvəlki) Rəsullar Öz qövmlərini necə qorxudublarsa, onları elə qorxudanam.

فَلَمْ يَمْلِكُوا لَهُمْ هَدْيًا حَتَّى أَهْلَكَ اللَّهُ الضَّالِّينَ.

Onların, onları hidayətə gücləri çatmadı. Nəhayət, Allah, dəlalətdə olanları həlak etdi.

وَهَذَا فِي مَعْنَى قَوْلِهِ تَعَالَى فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّهِ وَمَنِ اتَّبَعَنِ [آل عمرَان: ٢٠] .

Bu, (Haqq) Taala'nın bu sözündə (olduğu kimidir):

"Kim, Səninlə höcətləşərsə, de ki: 'Mən və Mənə tabe olanlar, Allahın üzünə təslim olduq." (Al-i İmran/20)

---------------------

---------------------

وَقَدْ أُدْمِجَ فِي خِلَالِ هَذَا تَنْوِيهًا بِشَأْنِ مَكَّةَ وَتَعْرِيضًا بِهِمْ بِكُفْرِهِمْ بِالَّذِي أَسْكَنَهُمْ بِهَا وَحَرَّمَهَا

Bu əsnada,

~ Məkkə'nin şəninə dair bir tənvih (xəbərdarlıq, diqqətə ərz etmək);

~ Onları orda (yəni, Məkkə'də) məskunlaşdıran və oranı haram qılan (Allah)'a qarşı küfrlərinə bir tə'riz (üstü örtülü bildiriş)

daxil edilmişdir.

فَانْتَفَعُوا بِتَحْرِيمِهَا،

(Ki), onun təhrimi (haram qılınmasın)'dan istifadə edirdilər;

وَأَشْعَرَهُمْ بِأَنَّهُمْ لَا يَمْلِكُونَ تِلْكَ الْبَلْدَةَ

Onlara, o şəhərin sahibi olmadıqlarını hiss etdirmişdir.

فَكَاشَفَهُمُ اللَّهُ بِمَا تُكِنُّهُ صُدُورُهُمْ مِنْ خَوَاطِرِ إِخْرَاجِ الرَّسُولِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالْمُؤْمِنِينَ مِنْ مَكَّةَ

Beləliklə, Allah, onların sinələrinin gizlətdiyi şeyi, (yəni), Allah rəsulu (sallallahu aleyhi və səlləm) və möminləri Məkkə'dən çıxarmaq düşüncəsini, aşkara çıxarmışdır.

وَذَلِكَ مِنْ جُمْلَةِ مَا اقْتَضَاهُ قَوْلُهُ:

Bu isə, (Allahın bu) sözünün iqtiza etdiyi (gərəkdirdiyi şeylər) cümləsindəndir:

وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَما يُعْلِنُونَ [النَّمْل: ٧٤] .

"Şübhəsiz, sənin Rəbbin, onların sinələrinin gizlətdiyi və aşkara çıxardığı şeyləri, bilir." (Nəml/74)

فَلِهَذِهِ النُّكَتِ أَجْرَى عَلَى اللَّهِ صِلَةَ حَرَّمَ تِلْكَ الْبَلْدَةَ، دُونَ أَنْ يَكُونَ الْمَوْصُولُ لِلْبَلْدَةِ

Bu incəliklərdən dolayı, "O şəhəri, haram qıldı." silə (cümləsin)'i, -mövsulu şəhərə aid etmədən- Allaha aid etdi.

فَلِذَا لَمْ يَقُلْ: الَّتِي حَرَّمَهَا اللَّهُ،

Bundan dolayı, "Allahın haram etdiyi şəhər" demədi.

لِمَا تَتَضَمَّنُهُ الصِّلَةُ مِنَ التَّذْكِيرِ بِالنِّعْمَةِ عَلَيْهِمْ وَمِنَ التَّعْرِيضِ بِضَلَالِهِمْ

Çünki, silə (cümləsi), onlara olan neməti təzkir (xatırlatma) və onların dəlalətlərinə tə'riz ehtiva edir.

إِذْ عَبَدُوا أَصْنَامًا لَا تَمْلِكُ مِنَ الْبَلْدَةِ شَيْئًا وَلَا أَكْسَبَتْهَا فَضْلًا وَمَزِيَّةً،

Çünki, onlar, (o) şəhərdən heç bir şeyə sahib olmayan bütlərə ibadət edirdilər və (o bütlər), Ona (yəni, Məkkə'yə), heç bir fəzilət və məziyyət qazandırmamışdılar.

وَهَذَا كَقَوْلِه لْيَعْبُدُوا رَبَّ هذَا الْبَيْتِ [قُرَيْش: ٣] .

Və bu, Onun: "Qoy ibadət etsinlər, bu evin Rəbbinə." (Qureyş/3) sözü kimidir.

وَالْإِشَارَةُ إِلَى الْبَلْدَةِ الَّتِي هُمْ بِهَا

İşarə isə, onların, içində olduqları şəhərədir.

لِأَنَّهَا حَاضِرَةٌ لَدَيْهِمْ بِحُضُورِ مَا هُوَ بَادٍ مِنْهَا لِلْأَنْظَارِ.

Çünki O, -nəzərlərə Ondan aşkar olan şeyin hazır olması ilə- onların yanında hazırdır.

وَالْإِشَارَةُ إِلَى الْبِقَاعِ بِهَذَا الِاعْتِبَارِ فَاشِيَةٌ

Bu etibarla, məkanlara (belə) işarə etmək, yayğındır.

قَالَ تَعَالَى:

(Allah) Taala, (belə) buyurmuşdur:

وَأُتْبِعُوا فِي هذِهِ الدُّنْيا لَعْنَةً [هود: ٦٠]

"Onları, bu dünyada, bir lənət təqib etmişdir." (Hud/60)

وَقَالَ إِنَّا مُهْلِكُوا أَهْلِ هذِهِ الْقَرْيَةِ [العنكبوت: ٣١] .

(Yenə, Haqq Taala, belə) buyurmuşdur:

"Biz, bu kəndin əhlini həlak etdik." (Ənkəbut/31)

وَالْعُدُولُ عَنْ ذِكْرِ مَكَّةَ بِاسْمِهَا الْعَلَمِ إِلَى طَرِيقَةِ الْإِشَارَةِ لِمَا تَقْتَضِيهِ الْإِشَارَةُ مِنَ التَّعْظِيمِ.

Məkkə'nin xüsusi adını zikr etməkdən işarə təriqi (yolu)'na dönülməsi, işarənin, təzim iqtiza etdiyindən dolayıdır.

وَتَبْيِينُ اسْمِ الْإِشَارَةِ بِالْبَلْدَةِ لِأَنَّ الْبَلْدَةَ بَهَاءِ التَّأْنِيثِ

İşarə isminin (yəni, əvəzliyinin), "bəldətun/şəhər" ilə təbyini (yəni, açıqlanması), "bəldətun/şəhər" sözünün, "tənis" (tə)'si ilə olmasından dolayıdır.

اسْمٌ لِطَائِفَةٍ مِنَ الْأَرْضِ مُعَيَّنَةٍ مَعْرُوفَةٍ مَحُوزَةٍ

Yerdən, müəyyən, məruf və hüdudları təyin edilmiş bir hissəsinin ismi/adıdır.

فَيَشْمَلُ مَكَّةَ وَمَا حَوْلَهَا إِلَى نِهَايَةِ حُدُودِ الْحَرَمِ.

Və Məkkə və ətrafını, haramın hüdudlarına qədər əhatə edir.

وَمَعْنَى حَرَّمَها جَعَلَهَا حَرَامًا،

"Hərraməhə" (sözünün) mənası, "Onu haram qıldı." (deməkdir).

وَالْحَرَامُ الْمَمْنُوعُ،

Haram isə, "qadağan olunmuş şey" (demək)'dir.

وَالتَّحْرِيمُ الْمَنْعُ.

Təhrim isə, "qadağan etmək" (demək)'dir.

وَيَعْلَمُ مُتَعَلِّقُ الْمَنْعِ بِسِيَاقِ مَا يُنَاسِبُ الشَّيْءَ الْمَمْنُوعَ.

Qadağanın əlaqəli olduğu şey isə, qadağan olunmuş şeyə münasib olan siyaq (kontekst) ilə bilinir.

فَالْمُرَادُ مِنْ تَحْرِيمِ الْبَلْدَةِ تَحْرِيمُ أَنْ يَدْخُلَ فِيهَا مَا يُضَادُّ صَلَاحَهَا وَصَلَاحَ مَا بِهَا

مِنْ سَاكِنٍ وَدَابَّةٍ وَشَجَرٍ.

Deməli, şəhərin haram edilməsindən murad edilən, Onun və orada olanların –(yəni) sakinlərin (insanların), (digər) canlıların və ağacların- salahına zidd olan şeylərin ora daxil olmasının qadağan edilməsidir.

فَيَدْخُلُ فِي ذَلِكَ مَنْعُ غَزْوِ أَهْلِهَا وَالِاعْتِدَاءِ عَلَيْهِمْ وَظُلْمِهِمْ وَإِخَافَتِهِمْ وَمَنْعُ صَيْدِهَا وَقَطْعِ شَجَرِهَا عَلَى حُدُودٍ مَعْلُومَةٍ.

Beləliklə, buna, Onun (yəni, Məkkə'nin) əhlinə qarşı döyüşmək; onlara təcavüz etmək; zülm etmək; onları qorxutmaq; məlum hüdudlar daxilində, oranın heyvanlarının ovlanması və ağaclarının kəsilməsi daxil olur.

وَهَذَا التَّحْرِيمُ مِمَّا أَوْحَى اللَّهُ بِهِ إِلَى إِبْرَاهِيمَ عَلَيْهِ السَّلَامُ

Bu təhrim, elə şeylərdəndir ki, Allah, onu, İbrahim (əleyhissalam)'a vəhy etmişdir.

إِذْ أَمَرَهُ بِأَنْ يَبْنِيَ بَيْتًا لِتَوْحِيدِهِ وَبِاسْتِجَابَتِهِ لِدَعْوَةِ إِبْرَاهِيمَ إِذْ قَالَ رَبِّ اجْعَلْ هَذَا بَلَداً آمِناً [الْبَقَرَة: ١٢٦] .

İbrahim: "Ey Rəbbim! Bu şəhəri, əmin qıl." (Bəqərə/126) dediyində, Ona, Öz tövhidi üçün ev tikməyi əmr etmiş və İbrahimin duasına icabə etmişdir.

فَالتَّحْرِيمُ يَكُونُ كَمَالًا لِلْمُحَرَّمِ

Təhrim, muharrəm (haram qılınan şey) üçün, bir kamal ola bilər;

وَيَكُونُ نَقْصًا عَلَى اخْتِلَافِ اعْتِبَارِ سَبَبِ التَّحْرِيمِ وَصَفْتِهِ،

(Yenə), təhrim, təhrim səbəbi və sifəti etibarının müxtəlifliyinə görə, nöqsan da ola bilər.

فَتَحْرِيمُ الْمَكَانِ وَالزَّمَانِ مَزِيَّةٌ وَتَفْضِيلٌ،

Məkan və zamanın təhrimi, məziyyət və fəzilətdir.

وَتَحْرِيمُ الْفَوَاحِشِ وَالْمَيْتَةِ وَالدَّمِ وَالْخَمْرِ تَحْقِيرٌ لَهَا،

Çirkin şeylərin, leşin, qanın, içkinin təhrimi, onlar üçün təhqir (ifadə) edir.

وَالْمُحَرَّمَاتُ لِلنَّسْلِ وَالرَّضَّاعِ وَالصِّهْرِ زِيَادَةٌ فِي الْحُرْمَةِ.

Nəsil, süd qohumluğu, sihr (nikah vasitəsilə yaranan qohumluq) səbəbilə haram edilən şeylər, hörmət (toxunulmazlıq)'da bir ziyadədir (yəni, hörməti artırır).

فَتَحْرِيمُ الْمَكَانِ: مَنْعُ مَا يَضُرُّ بِالْحَالِّ فِيهِ.

Məkanın təhrimi: orda yaşayanlara zərər verən şeyləri qadağan etməkdir.

وَتَحْرِيمُ الزَّمَانِ، كَتَحْرِيمِ الْأَشْهُرِ الْحُرُمِ: مَنْعُ مَا فِيهِ ضُرٌّ لِلْمَوْجُودِينَ فِيهِ.

Zamanın təhrimi: haram ayların təhrimi kimidir: o zamanda mövcud olanlara zərərli olan şeyləri qadağan etməkdir. (haşiyə)

-----------------------

(Haşiyə:

Müəllifin təfsirini, belə xülasə edə bilərik:

ibn Aşur, bu ayədəki "رَبَّ هَذِهِ الْبَلْدَةِ الَّذِي حَرَّمَهَا" = "Bu şəhərin Rəbbinə" ifadəsinin seçilməsində bir neçə mühüm bəlağat və məna incəliyinə diqqət çəkir.

1. Məkkənin şərəfinin bəyan edilməsi:

Allah Taala, Məkkəni "bu şəhər" deyə xatırlatmaqla onun şərəf və üstünlüyünə diqqət çəkir.

Bu ifadənin daxilində iki məna vardır:

a. Məkkənin Allah qatındakı yüksək məqamını bildirmək.

b. Məkkəlilərə, onları orada məskunlaşdıran və şəhəri haram (toxunulmaz) edən Allaha qarşı küfr etdiklərini üstü örtülü şəkildə xatırlatmaq.

Onlar Məkkənin toxunulmazlığından faydalanır, lakin bu neməti onlara bəxş edən Allaha deyil, heç bir fayda və zərər verməyə qadir olmayan bütlərə ibadət edirdilər.

2. Allahın "haram edən" kimi vəsf edilməsinin hikməti

Allah, "Allahın haram etdiyi şəhər" demək əvəzinə, "onu haram edən" ifadəsini işlətmişdir.

Bunun hikməti budur ki, şəhərin haram edilməsini birbaşa Allaha nisbət etməklə iki məna ifadə olunur:

a. Məkkənin toxunulmazlığının, Allahdan gələn bir nemət olması.

b. Məkkəlilərin, bu nemətin sahibi olan Allaha qarşı nankorluqlarının üzə çıxarılması.

Çünki onlar, şəhərin heç bir şeyinə sahib olmayan bütlərə ibadət edirdilər.

Bu məna Qureyş surəsinin 3-cü ayəsindəki "Bu evin Rəbbinə ibadət etsinlər." ifadəsi ilə də əlaqəlidir.

3. Nə üçün "Məkkə" adı deyil, "bu şəhər" ifadəsi işlədilmişdir?

ibn Aşura görə, Məkkənin xüsusi adının əvəzinə işarə isminin işlədilməsi təzim, yəni şəhərin əzəmətini və şərəfini bildirmək üçündür.

"Bu şəhər" ifadəsi, onların içində olduqları və gözləri ilə gördükləri şəhərə işarə edir.

Buradakı "bəldə" sözü, yalnız şəhərin özünü deyil, Məkkəni və onun ətrafını Hərəmin sərhədlərinə qədər əhatə edir.

4. Məkkənin haram edilməsinin mənası

"Onu haram etdi." ifadəsindəki haramlıq, şəhərin və orada yaşayanların qorunması mənasındadır.

Yəni Məkkənin toxunulmazlığına zidd olan əməllər qadağan edilmişdir.

Bura daxildir:

a. Məkkə əhlinə qarşı müharibə etmək.

b. Onlara təcavüz və zülm etmək.

c. Onları qorxutmaq.

d. Haramın müəyyən sərhədləri daxilində ov etmək.

e. Oranın ağaclarını kəsmək.

Bu toxunulmazlıq, yalnız insanları deyil, heyvanları və bitkiləri də əhatə edir.

5. Haram edilmənin iki fərqli hikməti

ibn Aşur, mühüm bir incəliyə diqqət çəkir: Haram edilmək, hər zaman eyni mənanı daşımır. Bəzən bir şeyin şərəfini artırır, bəzən isə onun alçaqlığını göstərir.

Burada əsas fərq haramlığın hansı səbəblə qoyulmasındadır.

a. Məkanın haramlığı: Orada yaşayanlara və mövcud olanlara zərər verən əməllərin qadağan edilməsidir.

b. Zamanın haramlığı: Haram aylar kimi, həmin zamanda yaşayanlara zərər verən əməllərin qadağan edilməsidir.

-----------------------

-----------------------

وَتَعْقِيبُ هَذَا بِجُمْلَةِ وَلَهُ كُلُّ شَيْءٍ احْتِرَاسٌ

Bunun ardınca, "Hər şey, Ona məxsusdur." cümləsinin gəlməsi, ehtiyat (üçün)'dür.

لِئَلَّا يُتَوَهَّمَ مِنْ إِضَافَةِ رُبُوبِيَّتِهِ إِلَى الْبَلْدَةِ اقْتِصَارُ مُلْكِهِ عَلَيْهَا

Rububiyyətinin bu şəhərə (yəni, Məkkəyə) izafəsindən, mülkünün (bu şəhərlə) məhdudlaşdığı vəhm (zənn) edilməsin deyədir.

لِيُعْلَمَ أَنَّ تِلْكَ الْإِضَافَةَ لِتَشْرِيفِ الْمُضَافِ إِلَيْهِ

Bilinsin ki, o izafə, mudaf ileyhin (yəni, nisbət edilən şeyin) təşrifi (şərəfləndirilməsi) üçündür.

لَا لِتَعْرِيفِ الْمُضَافِ بِتَعْيِينِ مَظْهَرِ مُلْكِهِ.

(Bu nisbət etmə), nisbət edilən şeyi, mülkü (yəni, hökmranlığı)'nın təzahür etdiyi yeri müəyyənləşdirməklə tanıtmaq üçün deyildir.

-------------------

-------------------

وَتَكْرِيرُ (أُمِرْتُ) فِي قَوْلِهِ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ لِلْإِشَارَةِ إِلَى الِاخْتِلَافِ بَيْنَ الْأَمْرَيْنِ

" İnnəmə umirtu ən ə'budə Rabbə həzihi'l-bəldə = Mənə, ancaq, bu şəhərin Rəbb'inə ibadət etmək əmr edilmişdir…Və umirtu ən əkunə minə'l-muslimin = Və Mənə, müsəlmanlardan olmaq əmr edilmişdir.” sözündə "umirtu/əmr edilmişdir" (sözünün) təkrarı, 2 şey arasındakı fərqə işarət etmək üçündür.

فَإِنَّ الْأَوَّلَ أَمْرٌ يَعْمَلُهُ فِي خَاصَّةِ نَفْسِهِ وَهُوَ أَمْرُ إِلْهَامٍ إِذْ عَصَمَهُ اللَّهُ مِنْ عِبَادَةِ الْأَصْنَامِ مِنْ قَبْلِ الرِّسَالَةِ.

• Birinci əmr: öz nəfsinə məxsus olaraq əməl etdiyi bir əmrdir. Və o, ilham (mənası daşıyan bir) əmrdir. Çünki, Allah, onu, -risalətdən əvvəl- bütlərə ibadət etməkdən qorumuşdu.

وَالْأَمْرُ الثَّانِي أَمْرٌ يَقْتَضِي الرِّسَالَةَ وَقَدْ شَمِلَ دَعْوَةَ الْخَلْقِ إِلَى التَّوْحِيدِ.

• İkincisi əmr isə: risalətin iqtiza etdiyi bir əmrdir. Və bu, bütün məxluqatı tövhidə dəvət etməyi əhatə etmişdir.

وَلِهَذِهِ النُّكْتَةِ لَمْ يُكَرِّرْ (أُمِرْتُ) فِي قَوْله وَأَنْ أَتْلُوَا الْقُرْآنَ لِأَنَّ كُلًّا مِنَ الْإِسْلَامِ والتلاوة من شؤون الرِّسَالَةِ.

Bu incəlikdən dolayı, "Mənə, Quran oxumağım" sözündə, "umirtu/əmr edilmişdir" sözünü təkrar etmədi. Çünki, hər biri (yəni, həm müsəlman olmaq; həm də Quranı tilavət etmək), Risalətin şənindəndir.

وَفِي قَوْلِهِ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ تَنْوِيهٌ بِهَذِهِ الْأُمَّةِ

"Müsəlmanlardan olmaq" sözündə, bu ümməti tənvih (diqqətə çatdırmaq) vardır.

إِذْ جَعَلَ الله رَسُوله من آحَادَهَا،

Belə ki, Allah, Öz rəsulunu, onlardan biri qılmışdır.

وَذَلِكَ نُكْتَةٌ عَنِ الْعُدُولِ عَنْ أَنْ يَقُولَ: أَنْ أَكُونَ مُسْلِمًا.

Bu isə, "müsəlman olmaq" deməkdən dönməkdəki incəlikdir.

وَالتِّلَاوَةُ: قِرَاءَةُ كَلَامٍ مُعَيَّنٍ عَلَى النَّاسِ،

Tilavət: müəyyən kəlamın, insanlara qiraəti (oxunması)'dır.

وَقَدْ تَقَدَّمَ فِي قَوْلِهِ تَعَالَى الَّذِينَ آتَيْناهُمُ الْكِتابَ يَتْلُونَهُ حَقَّ تِلاوَتِهِ [الْبَقَرَة: ١٢١] ،

(Haqq) Taala'nın: "əlləzinə ətəynəhumu'l-kitəbə yətlunəhu haqqa tiləvətihi = Özlərinə kitab verdiyimiz kimsələr, Onu, haqqı ilə tilavət edirlər" (Bəqərə/121) sözündə;

وَقَوْلِهِ وَاتَّبَعُوا مَا تَتْلُوا الشَّياطِينُ عَلى مُلْكِ سُلَيْمانَ فِي سُورَةِ الْبَقَرَةِ [١٠٢] .

Və: "Süleymanın mülkü haqqında şeytanların tilavət etdikləri şeylərə tabe oldular." (Bəqərə/102) sözündə, daha əvvəl keçmişdi.

وَحُذِفَ مُتَعَلِّقُ التِّلَاوَةِ لِظُهُورِهِ،

Açıqlığından dolayı, tilavətin əlaqəli olduğu şey (yəni, məful), hazf edilmişdir.

أَي أَن أتلوا الْقُرْآنَ عَلَى النَّاسِ.

Yəni: "İnsanlara, Quranı tilavət etməsi."

وَفُرِّعَ عَلَى التِّلَاوَةِ مَا يَقْتَضِي انْقِسَامَ النَّاسِ إِلَى مُهْتَدٍ وَضَالٍّ،

Və tilavətin üzərinə, insanların hidayət tapan və azanlara bölünməsini iqtiza edən şey təfri edildi (füru, təfərrüat olaraq gətirildi).

أَيْ مُنْتَفِعٍ بِتِلَاوَةِ الْقُرْآنِ عَلَيْهِ وَغَيْرِ مُنْتَفِعٍ

Yəni, Quranı tilavət etməklə faydalananlar və faydalanmayanlar.

مُبَيِّنًا أَنَّ مَنِ اهْتَدَى فَإِنَّمَا كَانَ اهْتِدَاؤُهُ لِفَائِدَةِ نَفْسِهِ.

(Bununla) bəyan edir ki, kim, hidayətə çatarsa, onun hidayətə çatması, ancaq öz faydası üçündür.

وَهَذَا زِيَادَةٌ فِي تَحْرِيضِ السَّامِعِينَ عَلَى الِاهْتِدَاءِ بِهَدْيِ الْقُرْآنِ

Bu isə, dinləyənləri, hidayətə, Quranın hidayətilə çatmasına təşviqdə, bir ziyadədir.

لِأَنَّ فِيهِ نَفْعَهُ كَمَا آذَنَتْ بِهِ اللَّامُ.

Çünki, bunda, onun faydası vardır. Necə ki, "li/üçün" (hərfi) ilə, bildirmişdir.

وَإِظْهَارُ فِعْلِ الْقَوْلِ هُنَا لِتَأْكِيدٍ

"Demək" felinin burda izhar (edilməsi), təkid üçündür.

أَنَّ حَظَّ النَّبِيءِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ دَعْوَةِ الْمُعْرِضِينَ الضَّالِّينَ أَنْ يُبَلِّغَهُمُ الْإِنْذَارَ

Şübhəsiz, Nəbi (sallallahu aleyhi və səlləm)'in üz döndərənlər və azmışları dəvət etməkdən vəzifəsi, onlara, inzarı (qorxutma, xəbərdarlıq etmə)'yi çatdırmaqdan ibarətdir.

فَلَا يَطْمَعُوا أَنْ يَحْمِلَهُ إِعْرَاضُهُمْ عَلَى أَنْ يُلِحَّ عَلَيْهِمْ قَبُولَ دَعْوَتِهِ.

Onlar, elə ümid etməsinlər ki, onların üz döndərmələri, Onu, onlara Öz dəvətini qəbul etdirmək üçün israr etməyə vadar edəcək.

وَالْمُرَادُ بِالْمُنْذِرِينَ: الرُّسُلُ،

"Munzirin/inzar edənlər/qorxudanlar, xəbərdar edənlər" ilə murad edilən: "Rəsullar"dır.

أَيْ إِنَّمَا أَنَا وَاحِدٌ مِنَ الرُّسُلِ

Yəni: Mən, Rəsullardan yalnız biriyəm.

مَا كُنْتُ بِدْعًا مِنَ الرُّسُلِ

Rəsullardan ilk (və ya misli görülməmiş) biri deyiləm.

وَسُنَّتِي سُنَّةُ من أرسل من الرُّسُل قَبْلِي

Və Mənim sünnətim (yəni, yolum), Məndən əvvəl göndərilənlərin sünnətidir.

وَهِيَ التَّبْلِيغُ

O (da), təbliğdir.

فَهَلْ عَلَى الرُّسُلِ إِلَّا الْبَلاغُ الْمُبِينُ [النَّحْل: ٣٥] .

"Məgər, Rəsullar üzərinə, açıq-aydın təbliğ etməkdən başqa bir şey düşürmü?" (Nəhl/35)

 

Muhamməd Tahir ibn Aşur, "ət-Təhrir və't-Tənvir: Təhriru'l-məna's-sədid və tənviru'l-əqli'l-cədid min təfsiri'l-Kitabi'l-Məcid" təfsiri

 

 

Read 7 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR