Əhli-Sünnə nə deməkdir və xüsusiyyətləri nədir?

The Details of the Question
Əhli-Sünnənin etiqadı...
The Answer

Dear Brother / Sister,

Əhli-sünnə, dini ədəbiyyatda Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm və səhabələrinümunə qəbul edən Müsəlman cəmiyyətinin böyük bir qisiminə (% 90) deyilir. Adətən qısaca "sünnilik" olaraq bilinir. Bu qrup sünnəyə bağlı olduğu və camaat ruhundan ayrılmadığı üçün "Əhli-i Sünnə vəl-camaat" adıyla da anılır.

    Əhli-sünnə etiqadında olmağın əlâmətləri

   1. Îmânın altı şərtinə, yəni Allah  Təâlâ'nın varlığına və təkliyinə, misli və bənzəri olmadığına, mələklərinəkitablarınapeyğəmbərlərinəaxirət həyatındakı hallara, xeyr və şərin, yaxşılıq və pisliyin Allah Təâlâ tərəfindən yaradıldığına inanmalıdır. (Bunlar "Əməntu" da bildirilmişdir.)

   2. Allah Təâlâ'nın son kitabı olan Qur'ân-ı Kərîm'in, Allah Təâlâ'nın kəlamı olduğuna inanmalıdır.

   3. Mömin, öz imanından heç şübhə etməməlidir.

  4. Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) iman edib, həyatda ikən Onu görməklə şərəflənən əshabi-kiramın hamısını çox sevməlidir. Dörd xəlifəsinə, yaxın qohumları olan Əhli-beytinə və möhtərəm xanımlarından heç birinə dil uzatmamalıdır.

   5. Allah Təâlâ'nın əmr və qadağanlarına inanıbtənbəlliklə əməl etməyən möminlərikafir bilməməlidir.

  6. Əhli-qiblə olduqlarını söyləyən, Allah Təâlâ'ya və Peyğəmbəri Muhamməd əleyhissalatu vassəlama inandım dediyi halda, yanlış etiqadda olanları təkfir etməməli, kafir olduqlarını söyləməməlidir.

  7. Peyğəmbərimizin (s.ə.s.) Me'râç'ının, həm rûh və həm də bədən ilə olduğuna inanmalıdır.

   8. Cənnətdə möminlərin Allah Təâlâ'nı görəcəklərinə inanmalıdır.

   9. Qiyamət günündə, peyğəmbərlər və saleh qulların şəfaət edəcəklərinə inanmalıdır.

   10. Qəbirdə nemət və əzabın, rûh və bədənlə olacağına və qəbirdəki ruhların, diri kimsələrin etdiklərini və söylədiklərini eşidə biləcəyinə inanmalıdır.

   11. Övliyaların kərâməti haqq olduğuna inanmalıdır.

 12. Qur'ân-ı Kərim oxumağın, sədəqə verməyin və hətta bütün ibadətlərimizin savâblarını, ölənlərin ruhlarına göndərməyin, onlara fayda verəcəyinə, əzablarının yüngülləşdiriləcəyinə və ya qaldırılmasına səbəb olacağına inanmalıdır.

    İmam Tahavi, əhl-i sünnə yolunu belə xülasə edir: Bu din, ifratla təfritin ortası, təşbehlə tadilin ortası, cəbr ilə qədərciliyin ortası, ümüdsüzlüklə ifrat güvənin ortası, qorxu ilə ümidin ortası bir yoldur. Məhz dinimiz, zahirən və batinən budur. Təfriqə görüşlərdən, mərdud məzhəblərdən, Müşebbihe, Mutəzilə, Cəhmiyyə, Cəbriyyə, Qədəriyyə və.s kimi əhli-sünnə vəl Camaata müxalifət edən, dəlalətə sapan məzhəblərin fikirləri əhl-i sünnə alimləri tərəfindən araşdırılmış və dəlillərə əsaslanan inandırıcı cavablar verilmişdir (Tahavi, Şərhi əqiteti'd- Tahaviyye, 586-588).

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 7.437 times
In order to make a comment, please login or register