Əməli məzhəblər nələrdir?
Submitted by on Wed, 16/03/2011 - 21:11
Dear Brother / Sister,
Məzhəb, lüğətdə, gedilən yol mənasını verir. Əhli Sünnət dairəsi içərisində minlərlə müctəhid varsa da, bunlar içərisində tabe olunan və məşhur olan məzhəb sahibləri bu on iki imamdır:
1) İmamı Azam Əbu Hənifə
2) İmamı Malik
3) İmamı Şafii
4) İmamı Əhməd b. Hənbəl
5) İmamı Evzaı
6) İmamı Sufyan b. Uyeyne
7) İmam Sufyan əs-Sevri
8) İmam Davud
9) İmam Məhəmməd İbn-ül Cərir ət-Taberi
10) İbn-i Hazm
11) İmamı Əbu Bəkir b. Münzir
12) İmamı İshak İbni Rahveyh
Bunlar "Kimə hikmət verilmişsə, ona xeyri-kəsir verilmiş olar," ayəti cəliləsinə və "(Allah) Kimə xeyr murad etsə onu dində fakih edər," hədisi-şərifindəki müjdəyə haqqıyla layiq olmuşlar.
Bunların elmdəki və ictihaddakı yüksək mövqelərinə onlardan sonra gələn alimlər yetişə bilməmişlər. Haqq məzhəblərin sayı əvvəllər on ikiyə çatsa da, daha sonra digər səkkizinin tərəfdarları qalmadığından məzhəblər dördə enmişdir.
Məhəmməd Seyid, "Mədhal" adlı əsərində məzhəblərin tarixi seyrinə geniş yer vermişdir. Bu hissədən bir qismini aşağıda təqdim edirik:
Məzhəblər meydana gəlmədən öncə insanlar bir məsələ üçün hər hansı bir fiqh aliminə, bir başqa məsələ üçün də başqa bir alimə müraciət edərdi.
Təbiin dövrünün sonuna doğru yavaş-yavaş ictihad müəssisəsi yaranmağa və fiqh xüsusi bir sahə olaraq öyrənilməyə başlandı.
Müctəhid dövrü başlayınca, ictihad ilə əlaqədar məsləklər tamamilə müəyyənləşdi və ictihad müstəqil bir elm olaraq digər elmlərdən ayrıldı. İraqlıların imamı Əbu Hənifə, Hicazlıların imamı İmamı Malik, Misirin imamı İmamı Şafii kimi böyük müctəhidlər bütün cəhd və səylərini sərf edərək ayə və hədisləri, əshabələrin və təbiinin əsərlərini tamamilə araşdırdılar və özlərindən əvvəl cavabları verilmiş və ya verilməmiş, fiqhi məsələləri tərtib edərək hökmlərini təsbit etdilər. Bu surətlə fiqh və üsulu-fiqh ayrı bir elm sahəsi olaraq təşəkkül etdi.
Bu surətlə qurulan fiqh müəssisələrinin hər birinə məzhəb və bunların qurucularına da imam adı verildi.
Fiqh elmi, yəni məzhəblər, dörd imam ilə başlamayıb. Daha əvvəl də ifadə etdiyimiz kimi, ictihad qapısının açılması və dolayısilə məzhəblərin təşəkkülü ta əsri-səadətə gedib çııxır. Bu barədə Kevsərinin bəyanlarından bir qismini aşağıda təqdim edirik:
Peyğəmbər (s.ə.v.) əshabələrinə fiqh öyrədir və dini qaynaqlardan hökm çıxarma qabiliyyəti barəsində onları hazırlayırdı. Hətta altıya qədər əshabə, Peyğəmbər dövründə fətva verirdilər. Onun (s.ə.v.) axirətə köçməsindən sonra da əshabələr, bu kəslərdən fiqh öyrənməyə davam etdilər. Onların əshabə və təbiin arasında, fətvada məşhur yoldaşları vardı. Mədinə əhalisindən olan təbiindən bir çoxu, fiqh və hədis sahəsində əshabədən nəql edilən dağınıq fətvaları toplamağa başladılar. Mədinə əhlindən füqəhayi-səb’anın (yeddi fiqh alimi) fiqh elmində yüksək mövqeləri vardır.
Həzrəti Faruk, Kufə şəhərini tikdi və İbni Məsudu oradakı insanlara fiqh elmini öyrətmək üzrə oraya göndərdi.
Acluni, İraqın digər şəhərləri bir tərəfə, yalnız Kufədə 1500 əshabənin fiqh təhsili aldığını ifadə edir....
Bütün haqq məzhəblər, dinin təməl məsələlərində ittifaq etməklə birlikdə, təfərrüata aid bəzi hökmlərdə fərqli ictihadlar etmişlər. Müsəlmanlar ibadət və müamələlərə aid hökmlərdə bu məzhəblərdən birinə tabe olmuşlar. Hətta kəşf və kəramət sahibi olan bütün vəlilər, qütblər və elm, ürfan sahibi əsfiyanın hər birisi bu haqq məzhəblərdən birinə bağlanmışdır. Məsələn; İmamı Məhəmməd, İmamı Əbu Yusuf, Serahsi, Kadıhan, Kııduri, İbni Abidin, Hənəfi məzhəbinə tabe olmuşlar. İmamı Qəzali, Rafii, Nevevi, Fəxrəddini Razi, Taftəzani, İmamı Suyuti Şafii məzhəbinə; İbnü'l-Hacib, Zərkani, Muhyiddini Ərəbi, Əbul-Həsəni Şazəli Maliki məzhəbinə; Abdulqadiri Geylani, İbni Kudamə, Cevzi isə Hənbəli məzhəbinə tabedirlər. Əqli və nəqli elmləri cəm edib saysız əsərlər yazan və əsrlərini layiqiylə nurlandıran nə qədər alimlər, fiqhçilər, böyük şəxslər ictihada həvəs etməyərək dörd böyük müctəhidə tabe olmağı üstün tutmuşlar və bunu özləri üçün şərəf bilmişlər. Salamatlıq və səadətlərini bunlara tabe olmaqda, o böyük imamların yolundan getməkdə görmüşlər. İslamiyyətin ən şanlı dövrlərində yetişən böyük alimlər, yazdıqları əsərlərlə və yetişdirdikləri tələbələr ilə bu dörd müctəhidin xayrul-xələfi olmuşlar.
Belə müxtəlif zamanlarda və məkanlarda yaşamış, məşrəb və məsləkləri ayrı olan minlərlə üləma və mütəfəkkir ittifaqla bu dörd imamın məzhəblərinə intisab etmişlər, onların ictihad etdiyi məsələləri yaşayıb yaşatmışlar.
Kəlam, təfsir, hədis kimi elm sahələrində ixtisaslaşmış bu qədər elm mütəxəssisinin müctəhidlərə tabe olmaları, kor-koranə bir təqlid deyil. Onların bu təqlidləri araşdırmaya söykənir. Bu təqlidin təməlində ixtisaslaşmaya hörmət şüuru dayanır.
Bəli, bu qədər iti ağıl sahibi, elm və ürfanda qabiliyyət qazanmış şəxslər, görəsən ehtimal vardırmı ki həqiqəti olmayan hər hansı bir səhvə bir ömür boyu bağlanıb qalsınlar, kor-koranə bu böyük müctəhidlərin arxasından getsinlər? Buna ehtimal verib qəbul edən bir ağıl düşünülə bilməz.
Bu alimlərin, bu dörd məzhəb ətrafında toplanmaları, o məzhəblərin ətrafında çəkilmiş poladdan bir divar və Zülqərneynin səddi kimi yıxılmaz bir səddir. Heç bir şeytanın nüfuz edə bilməyəcəyi, dələ bilməyəcəyi bir qaladır.
Bu şəxslər, böyük müctəhidlərin ictihad etdikləri hökmlərin hər birini həqiqət qəbul ediblər ki, onlara qarşı çıxmayıblar. Məsələn; aləmi-İslamın hər tərəfində təqdir və hörmətə məzhər olan İmamı Qəzali, Hüccətül-İslam ünvanını qazanmış olmasına baxmayaraq ictihad barəsində İmamı Şafii Həzrətlərinə tabe olmuş və buyurmuşlar ki: "Mən ictihad sahəsində araşdırmalar apardım, bu nəticələr məni Şafii məzhəbinə gətirdi."
Hər şeydə müvəffəqiyyət, İlahi köməyə bağlıdır. Allahın lütfkarlığı bir kimsəyə yar və köməkçi olmazsa, o kimsə öz tədbir və səyi ilə istəklərində müvəffəqiyyətli ola bilməz. Əlbəttə, səbəblərə müraciət lazımdır. Lakin əsas olan Cənabı Haqqın yardımı və lütfkarlığıdır. Məzhəblərin on ikidən dördə enməsi də bu sirrə bağlıdır.
Suallarla İslam
- Məzhəblər niyə 4-ə ayrılır?
- İslamdakı fərqli məzhəblərin meydana gəlməsinin hikməti nədir?
- İslamiyyətdəki məzhəblərin fərqli meydana gəlişinin hikməti nədir?
- Avam dəlillərdən hökm çıxara bilərmi?
- Dörd məzhəbdən başqasına tabe olana rəddiyyə (ibn Rəcəb əl Hənbəli)
- Hansı məzhəbə uyğun gəlsəm daha yaxşı olar, hansı daha üstündür?
- Namazda əllərin bağlanmasının ən səhih forması hansıdır?
- Məzhəb fərqlilikləri nədən qaynaqlanır, məzhəb dəyişdirmək caizdir?
- Fitrə zəkatını pul ilə vermək caizdirmi?
- Məzhəblərə tabe olmayanların vəziyyətinin nə olduğunu izah edərsinizmi?