Əvvabin namazı necə qılınar?

Sualın detalları
Əvvabin namazı necə qılınar?
The Answer

Dear Brother / Sister,

Axşam namazından sonra qılınan sünnətə-müstəhəb olan altı rükətlik namaz. Əvvabin sözü "evvab" sözünün çoxluğudur. Evvab, işlədiyi bir günahdan dərhal tövbə və istiğfar edən deməkdir. Tövbə və istiğfar edənlərin namazı demək olan "evvabin namazı" bir çox hədisdə çox savablı olduğu bildirilib təşviq edilən, altı rükətlik nafilə namaz olub, axşam namazından sonra qılınar.

 

 

Bu mövzuda, Əbu Hureyre (r.ə.)dannəql edilən bir hədisdə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: "Kim axşam namazından sonra aralarında pis bir şey danışmadan altı rükət namaz qılsa, (etdiyi bu altı rükətlik namaz) onun üçün on iki illik ibadətə bərabər olur." (Tirmizi-Salat, 431) Ayrıca Peyğəmbərimiz (s.ə.s.)ın, axşam namazından sonra altı rükət nafilə namaz qıldığı və "Hər kim axşam namazından sonra altı rükət nafilə namaz qılsa, dənizlərin köpükləri qədər olsa belə günahları bağışlanar." dediyi rəvayətedilməkdədir. (Heysemi, Mecmeuz Zevaid, II, 230; Şövqəni, III, 64. Hər iki qaynaqda Taberanidən rəvayət edər.)

 

İslam Fiqhi Ensiklopediyası Prof. Dr. Vehbe Zuhayli

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 12.859 times
In order to make a comment, please login or register