Aləmin nizam-intizamı üçün hər hansı bir kəs edam edilə bilər?

The Details of the Question
Nizamı-Aləm üçün hər hansı bir kəs edam edilə bilər?
The Answer

Dear Brother / Sister,

     İlk öncə İslam şəriətində həddləri / cəzaları müəyyən edilmiş olan zina, oğurluq kimi cinayətlərə başqa cəza verə bilməzsiniz. Yəni oğrunu öldürə bilməzsiniz. Ancaq cəzaları təyin olunmamış bəzi cinayətlərə "tazir" cəzası verilər. Bu cəza hakimin vicdani qənaətinə, yəqinliyinə görə müəyyən edilir.

    Nizam-ı aləm / nizam-ı dövlət / nizam-ı məmləkət üçün 30-40 dəyənəkdən ölüm cəzasına qədər bir tazir cəzası tətbiq oluna bilər. Bununla bərabər, belə məsləhətin təsbit edilməsi ancaq bir şura məclisi tərəfindən qərarlaşdırıla bilər. Yoxsa şəxsi qənaətlər xüsusilə -təqvadan xəbərsiz zamanımızda bir çox zülmlərə meydan aça bilər.

    - Haqq etmədiyi halda, yalnız nizam-ı aləm üçün -Ədaləti-mahzaya görə- kimsə edam edilə bilməz. Çünki ədaləti-mahzaya / həqiqi ədalətə görə, "haqq" haqqdır, haqqın kiçiyinə böyüyünə baxılmaz. Ən böyük bir haqqın xatiri üçün də olsa sahibinin razılığı olmadığı müddətcə heç bir haqq fəda edilməz.

    Ancaq ədalət-i mahzanın tətbiqi mümkün olmadığı zaman ədaləti-izafiyə cəhətinə müraciət edilər. Ədaləti-izafiyə demək, gerçək bir ədalət olmamaqla bərabər, başqa çıxış yolu olmadığı üçün başqa pisliklərin qarşısını almağa istiqamətli olaraq tətbiq edilə bilər.

     Məsələn, bir gəmidə 99 cani olsa və bir tək günahsız olsa ədaləti-mahzaya görə o gəmi əsla batırıla bilməz. O tək günahsızın hüququnu göz qabağında saxlamaq zəruridir.     

    Bunun kimi bir düşmən ordusunun qalasına sipər olaraq istifadə olunan bir mömin əsla öldürülə bilməz, ölməməsi üçün də o qalaya top atıla bilməz. Ancaq, bu qalaya top atılmadığı təqdirdə bir mömin yerinə yüzlərlə möminin öldürülməsi baş verəcəksə, ədaləti-izafiyə dövrəyə girər və o mömin ölsə belə o qalaya top atılar. Beləcə böyük bir fitnə və fəsad əngəllənmiş olar. O mömin də şəhid olar.

     - Bu mövzuda Bədiüzzaman Həzrətlərinə qulaq asmaqda fayda vardır:

    "Ədalət-i mahza ilə izafi ədalətin izahı budur ki "Kim bir cana qıymamış və ya yer üzündə fitnə-fəsad törətməmiş bir kəsi öldürərsə, o bütün insanları öldürmüş kimi olur. " -məalındakı- ayənin işarə edən mənasıyla: Bir günahsızın haqqı, bütün xalq üçün belə ləğv edilməz. Bir fərd belə, hər kəsin salamatlığı üçün fəda edilməz. Cənabı-Haqqın mərhəmət nəzərdində haqq haqqdır, kiçiyinə böyüyünə baxılmaz. Kiçik böyük üçün ləğv edilməz. Bir camaatın salamatlığı üçün, bir fərdin razılığı olmadan həyatı və haqqı fəda edilməz. Həmiyyət naminə (vətən, ailə, namus üçün) razılığı olsa, o başqa məsələdir. "(Məktubat, 53 - 54)

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Read 443 times
In order to make a comment, please login or register