Allahın bizim nə edəcəyimizi bilməsi və qədər mövzusunda məlumat verərsiniz?

The Details of the Question
Allahın bizim nə edəcəyimizi bilməsi və qədər mövzusunda məlumat verərsiniz?
The Answer

Dear Brother / Sister,

 

Allahın insanı yaratmasının çox hikmətlərindən biri ibadətdir.

 

1- Allah insanı imtahan üçün yaratdı. Bu hikmət insanın yaradılmadan olması mümkün deyildir.

 

2- Allah kainatda təcəlli etdiyi camal və kamalını həm özü - özünə məxsus bir şəkildə - görmək həm də başqalarının gözüylə görmək istəyir. Başqasının görməsi deyərkən bunların başında insan gəlməkdədir. Bu hikmət də yenə insanın yaradılmasını lazımlı edir.

 

3- İbadət üçün yaratdı. Bu hikmətin yerinə gəlməsi üçün var olan biri lazımdır. Yaradılmadan ibadətin yerinə gəlməsi mümkün deyil. Burada etdiyimiz ibadətin miqdarına görə cənnətdə ki yerimiz hazırlanır.

 

4- Allahın hər şeydən daha böyük olduğunu elan etmək və Allahın əmrlərini yaymaq. Bu hikmətin yerinə gələ bilməsi üçün, həm təbliğ edənin həm də təbliğ edilənin yaradılması zəruridir.

 

5- Bir toxumun ağac olması üçün torpağa girməsi lazım olduğu kimi, insanın da boya başa çatması və tərəqqisi üçün dünya tarlasına göndərilmişdir.

 

6- Əgər başqa aləmdə yaradılsaydıq o zaman da niyə bu aləmdə yaradıldıq deyə soruşacaydıq. İnsan üçün ən mükəmməl imtahan yeri bu olduğu üçün bura göndərildik deyilə bilər.

 

7- Bilməklə etmənin çox fərqli şeylər olduğunu vurğulamaq lazımdır. Bir misal vermişdik. Bizlərin bir toxumun ağac olacağını bilməmiz onun ağac olmasına gərək olmadığı mənasına gəlməz.

 

Ayrıca bir maşın və ya bina üçün bir plan hazırlansa, madam ki plan var elə isə binaya və maşına nə gərək var deyilməz.

 

Tutaq ki, axşam bir yerə gedəcəyimizi və yemək yeməyimizi planlayırıq. Buna görə madam nə edəcəyimiz müəyyəndirsə o zaman nə gərək var getməyə və yemək yeməyə deyirik?

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 2.899 times
In order to make a comment, please login or register