Az miqdar faizli işlərə girmək haramdır? Öz ehtiyaclarımızı hansı yollarla təmin edək?

The Details of the Question
Salam.Mən bildiyimə görə ailə və yaxın qohumlara öz arzuları ilə az miqdar faizlə borc vermək günah deyil.2 faiz elə də çox olmadığı üçün faiz verənə çətinli olmaz,həm işi düzələr.Xahiş edirəm buna bir aydınlıq gətirəsiniz
The Answer

Dear Brother / Sister,

Və aleykumussalam.

Siz səhv bilirsiniz. Faizin hər növü və istənilən miqdarı haramdır.Burda istənilən halda əvvəlcədən təyin olunmuş faizdən söz  gedir. Yəni, nə olursa olsun, istəyir iflasa uğra, xəstələn, öl, sən mənə hər ay bu qədər pul verməlisən. Əgər elədisə, qohumlar öz aralarında İslamın çox gözəl modeli olan borc versinlər. Bu həm borc verəni Allah`ın rızasına qovuşdurar, həm də borc alanını işini asanlaşdırar. Və hər ay verdiyi faizi yığıb borcunu qısa müddətdə qaytarar. Çox təəssüf ki, faiz sistemi həm İslami, həm də iqtisadi cəhətdən çox gözəl, faydalı olan Borc vermə ədəbimizi unutdurub bizlərə.

Başqa alternativ olaraq İslam Banklarına müraciət edə bilərsiniz.

Azərbaycanda Beynəlxalq Bankın tərkibində yerləşən “İslam Bankçılığı Departamenti” əsasən 2 istiqamətdə fəaliyyət göstərir. Buraya həm fiziki və hüquqi şəxslərin maliyyələşdirilməsi, həm də fərdi müştərilərə xidmətlərin göstərilməsi daxildir. Belə ki, bank əhalidən və ayrı-ayrı şirkətlərdən vəsaitləri cəlb edərək hər hansı layihəyə yatırır və həmin layihədən əldə olunan gəlirdən həm bank, həm də müştəri qazanc əldə edir. “İslam Bankçılığı Departamenti”nin direktoru Behnam Qurbanzadənin sözlərinə görə, islam bankçılığının özəlliyi ondan ibarətdir ki, burada pullar satılmır və bank öz gəlirini faizdən deyil, müştərinin gəlirindən asılı olaraq əldə edir. Bankın əsas layihələrindən biri kimi fərdi müştərilərə ipotekaların verilməsi də nəzərdə tutulur.

“10 il müddətinə bank həmin evi alır və öz müştərisinə icarəyə verir. 10 il ərzində müştəri icarə haqqını tam dolğun ödədikdən sonra mənzil müştərinin ixtiyarına keçir. Ya da ki, hər hansı məbləğ qalıbsa, onu ödəyir və tam sahibi olur”, - deyə “İslam Bankçılığı Departamenti”nin direktoru vurğulayıb.

Əgər bu müddət ərzində hər hansı problem yaşanarsa və müştəri pulu ödəyə bilməzsə, bu halda ev bankın köməkliyi ilə hərraca çıxarılacaq və müştərinin ödədiyi pul geri qaytarılacaq.

İslam bankçılığı iri biznes layihələrinin maliyyələşdirilməsini də nəzərdə tütur. Bütün bu layihələr, maliyyə əməliyyatları şəriət alimləri tərəfindən təsdiqlənir. Ancaq İslam bankçılığının diqər banklardan əsas fərqi həm də odur ki, bu bank heç də bütün məhsulların istehsalını maliyyələşdirə bilməz.

Qabaqcadan ödənişlər, hansısa mal olmadan onun istehsalının qabaqcadan maliyyələşdirilməsi islam bankçılığında problemlidir. O cümlədən, donuzçuluğun, alkoqolun, tənbəkinin maliyyələşdirilməsi qadağandır.

Qeyd edək ki, indiyə qədər banka 68 mln manata yaxın vəsait cəlb edilib və yaxın vaxtlarda əlavə 15 mln manatın cəlb edilməsi nəzərdə tutulub.

Verdiyim borcu qaytarmayan biri yenidən borc istəsə verməyə bilərəm

Ev tikmək, iş qurmaq üçün aşağı faizli bank krediti almaq caizdirmi?

İslam bankçılığı nədir?



Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 2.432 times
In order to make a comment, please login or register