Bəzi çətin hallarda namazları birləşdirib qılmaq olarmı?

The Details of the Question
salam men abituryentem ele vaxtlarim olur evden seher cixib axwam 6 da qayidiram,ve ya gunorta 12 de cixib axwam qaydiram men bu halda namazlarimi birlewdirib 3 defe qila bilerem??? gunah qanaram ya yox??ehli sunne henefi mensebi tesekkurler onceden
The Answer

Dear Brother / Sister,

Va aleykumussalam va rahmətullahi və bərakətuhu.

Namaz, dinimizin ifasını əmr etdiyi ibadətlərin ən önəmlisidir. Kəlimeişəhadətdən sonra, İslam binasının üzərinə qurulduğu beş əsasdan birincisidir. Ağıllı və yetkinlik çağına çatan hər Müsəlmana, istisnasız fərzdir. Fərziyyəti Kitab, sünnə və icma ilə sabitdir. Tərk edilməsi və -gecikdirməyi caiz edən məşru (qanuni) bir üzr olmadan- vaxtında əda edilməyib, qəzaya buraxılması, ən böyük günahlardan biridir. Beləliklə, hər müsəlmanın beş vaxt namazını vaxtı içində əda etməsi; gecikdirməyi caiz edən qanuni bir üzr olmadıqca, heç bir vaxtın namazını qəzaya buraxmaması lazımdır.

əyyən şərtləri daşıyan hər Müsəlmana gündə beş vaxt namaz fərzdir. Hər namaz öz vaxtı içində əda edilmək üzrə fərz edilmişdir. Bu barədə Qur`ani-Kərimdə: "Namaz möminlərə bəlli vaxtlarda əda edilmək üzrə fərz edilmişdir." (Nisa, 4/53) buyurulmaqdadır. Beləliklə normal şərtlər içində hər namazın vaxtında qılınması lazımdır. Bilə-bilə namazı vaxtında qılmamaq böyük günahdır. Vaxtında qılınmayan namaz qəza edilməklə yerinə yetirilmiş olub, ancaq zamanında qılınmadığından ötəri ayrıca tövbə etmək də lazımdır.

Namazın tərki üçün, dinimizdə heç bir üzr yoxdur. Gecikdirilməsi (qəzaya buraxıla bilməsi) üçün dinin məşru saydığı üzr isə, unutma və yuxu kimi şüur xarici hallar ilə o anda (vaxtı içində) əda edə bilmə imkanının ola bilməməsindən ibarətdir.

Gündəlik işlər, sənət və peşələr, ailə fərdlərinin dolanışığını təmin etmək üçün edilən iş və səfərlər namazın geriyə buraxılması üçün üzr sayılmaz. Qur'an-ı Kərimdə belə buyurulur:

"Elə kişilər var ki, onları nə bir ticarət, nə alış-veriş, Allah'ı anmaqdan, namazı dosdoğru qılmaqdan və zəkat verməkdən saxlamaz. Onlar, dəətindən qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar." (Nûr, 24/37).

Fəqihlər arasındakı görüş birliyiylə hər namazın öz vaxtı içində qılınması prinsipinin istisnası, həcc edənlərin Ərafatda günorta ilə ikindi namazını, günorta vaxtında; Müzdəlifədə də axşamla işa namazını işa vaxtında birləşdirərək qılmalarıdır. Abdullah b. Məsud'dən (Allah ondan razı olsun), belə dediyi nəql edilmişdir:

"Mən Rəsulullah 'ın (sallallahu aleyhi və səlləm) bir namazı öz vaxtından başqa bir vaxtda qıldığını görmədim. Ancaq iki namaz müstəsna: Ərəfatda zöhrlə əsri, Müzdəlifədə isə axşamla işanı birlikdə qılmışdır." (Buxârî, Həcc, 99; Müslim, Həcc, 288; Təcrid-i Sarih Tərcüməsi, II, 487, 488, VIII, 374; A. Davudoğlu, Səhih-i Müslim Tərcüməsi, İstanbul 1977, IV, 136).

Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm'in Ərafat və Müzdəlifə xaricində bəzi səfər və məşəqqətli zamanlarda da zöhrlə əsri, axşamla işanı birləşdirərək qıldığı olmuşdur. Salim b. Abdillah, atasından belə nəql etmişdir:

"Rəsulullah (sas) səfərə tələsdiyi zaman axşam namazını gecikdirərək, işa ilə birlikdə qılmışdır." (Müslim, Salatü'l Müsafirin, 45)

Hənəfî Məzhəbində, həcc zamanında Ərafat və Müzdəlifədəki cəmin xaricində, iki namazın bir vaxtda cəm' edilməsi caiz görülməmişdir. Hənəfilərə görə Ərafat və Müzdəlifə xaricində iki namazın birləşdirilməsi yalnız şəklən (görünüş etibariylə) olmuşdur. Əslində iki namaz ayrı-ayrı öz vaxtları içində qılınmış; ancaq, birinci namaz vaxtının sonuna gecikdirilmiş, ikinci namaz isə ilk vaxtında əda edilmişdir.

Həcc farizası xaricində normal səfər, xəstəlik və bənzəri darlıq zamanlarında günorta və axşam namazlarını son vaxtlarında, dərhal arxasından da əsr və işa namazlarını ilk vaxtlarında qılmaq mümkündür. Beləcə iki namaz birlikdə lakin öz vaxtlarında qılınmış olar. Bu tətbiq, İslamın müsəlmanlara gətirdiyi bir asanlıqdır.

Əsas qayda, hər namazın öz özəl vaxtında qılınmasıdır. Ancaq etibarlı bir üzrün olması halında cəm edilə bilər. Namaz dinin dirəyi qəbul edildiyi üçün, heç bir bəhanə səbəbiylə tərkinə icazə verilməmiş, lakin qılına bilməsi üçün bəzi asanlıqlar gətirilmişdir. Bu baxımdan ehtiyac, məşğuliyyət və əziyyət kimi fövqəladə vəziyyətlərdə və vərdiş halına gətirməmək şərti ilə, cəmi caiz görən âlimlərin bu mövzudakı fikirlərindən istifadə edilərək namazlar cəm' edilə bilər.

Namazı vaxtında qılmalarında bir əziyyət və çətinlik söz mövzusu olan kəslərin, öz vəziyyətlərini yuxarıdakı məlumat və rüxsətlər (icazə) çərçivəsində dəyərləndirərək -netice etibarilə Allah'a qarşı şəxsi məsuliyyətini əlaqələndirən- bu mövzuda özlərinin qərar verməsi ən uyğun yoldur.

Ayrıca bilinməlidir ki, cəm-i təqdim və ya cəm-i təxir etmək, namazın məqsədinin həyata keçməsi baxımından, namazın qəzaya qalmasından daha uyğun bir çarə olaraq görünməkdədir. Beləliklə bir müsəlman qıla bilirsə ən azından fərzlərini qılar. Bu da mümkün olmazsa namazlarını cəm və ya qəza edər.

Sübh namazı heç bir şəkildə cəm' edilə bilməz. Cəm' yalnız günorta ilə ilkindi və axşam ilə şam arasında ola bilər.

Əgər cəm-i təqdim ediləcək və məsələn axşam ilə şam, axşamın vaxtında qılınacaqsa axşam namazına başlayarkən cəm etməyə; əgər cəm-i təxir ediləcək və məsələn axşam ilə şam, şamın vaxtında qılınacaq isə, axşam namazının vaxtı içərisində cəm etməyə niyyət etmək lazımdır. Əks təqdirdə namazı vaxtından sonraya təxirə salmış olar ki bu haramdır.

Buna görə, məsələn axşam ilə işa cəm-i təxir edilərək işa vaxtında (istirahət və ya yemək fasiləsində) qılınacaqsa, tətbiqi belədir: İşa vaxtı girib azan oxunduqdan sonra qamət gətirilərək və cəm' etməyə niyyət edilərək ilk öncə axşam namazı qılınar. Salam verdikdən sonra azan oxunmadan və ikinci qamət gətirilmədən və ya istənilsə gətirilərək işanın fərzi qılınar. Buna "Cəm-i təxir" deyilir. Bundan sonra işanın son sünnəti qılına bilər. Daha sonra vitr namazı qılınır. Cəm' edilərkən, iki namazın ara vermədən ard-arda və tərtibə (sıraya) tabe olaraq qılınması lazımdır.

Diyanət İşləri Başkanlığı

Namaz hansı hallarda qəzaya buraxıla bilər?

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 8.667 times
In order to make a comment, please login or register