Boşanmaq haqqında
Submitted by on Thu, 25/09/2014 - 08:53
Dear Brother / Sister,
Və aleykumussalam və rahmətullah.
İslâm real bir dindir. Yəni hökmləri, insan fitrətində var olan həqiqətlər nəzərə alınaraq qoyulmuşdur. İnsanı ən yaxşı tanıyan Cənab-ı Haqq, bu hallardan xəbərdar olduğu üçün, dözülməz hala gələn evliliklərin son verilməsinə icazə etmişdir:
"Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir.." (Bəqərə, 2/229).
"Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə (iddət) müddətlərində boşayın, gözləmə müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun...." (Talaq, 65/1).
Hz. Peyğəmbər (s.ə.s.) də belə buyurmuşdur:
"Allah nəzdində halalın ən xoşagəlməz olanı boşamaqdır." (Əbu Davûd, Talaq, 3).
Bu naslardan da aydın olacağı kimi talaq caizdir, mübahdır. Ancaq, ehtiyac və zərurət halında müraciət edilməsi lazım olan bir çarədir. Talağın ümumi hökmü bu olmaqla yanaşı, bu hökm yerinə görə dəyişər. Məsələn, bid'i boşamalar haramdır.
Bid`i boşama; qadını aybaşı halında ikən və ya təmizlənincə yaxınlıq etdikdən sonra yaxud da bir təmizlik içində bir sözlə birdən çox talâqla boşama. Sünnəyə zidd olan bu cür boşamanın haram olduğu və bunu edən kişinin İslâmî hökmlərə qarşı gəlmiş sayılacağı barəsində İslâm alimləri arasında ittifaq vardır.
Qüsuru olmayan bir həyat yoldaşını üsuluna uyğun olaraq boşamaq məkruh; dindar və iffətli olmaqda yoldaşı boşamaq mendub; dolanışıqsızlıq halında hakimlərin zəruri gördüyü boşama fərz; sevilməyən həyat yoldaşının boşanması isə caizdir.
Boşanma nedenleri hakkında bilgi verir misiniz?
Suallarla İslam
- Yas tutmaq
- Məzhəbləri birləşdirmək mümkündürmü?
- İsra surəsi 23-24-cü ayətlərin təfsiri
- "Qadınları döyün." ayəti necə başa düşülməlidir?-2
- "Qadınları döyün." ayəti necə başa düşülməlidir?-1
- Əhli Beyt nə deməkdir? Əhli Beyt kimlərdir?
- "Əməllər niyyətlərə görədir."
- "Şəfaət edin. Əcr alacaqsınız." hədisini izah edərsinizmi?
- Qadına 3 gündən artıq yas tutması caizdirmi?
- Əhzab surəsi 33-cü ayətinin təfsirini verə bilərsinizmi?