Cəm Namazı.

The Details of the Question
Mən işimdən dolayı Günorta vaxtı Günorta və ikindi namazlarımı birləşdirərək Cəm olaraq qılıram bilmək istədiyim budur ki, əgər namaz qıldığım zaman səhv edərsəm nə etməliyəm? Namaza yenidən başlamalıyam yoxsa qaldığım yerdən davam etməliyəm? Səhvim belə olubdur: qamət gətirirək namazları arxa arxaya qılmaq lazımdır mən çaşdım günorta namazının sünnətini və günorta namazını qurtardıqdan sonra namazdan çıxaraq başqa işlə məşğul oldum. Bu zaman necə etməliyəm?
The Answer

Dear Brother / Sister,

Fiqh dilində "iki namazı birləşdirmək" mənasını verən bu cemus-salateyn; günorta ilə ilkindi namazlarının günorta və ya ikindi vaxtında; axşam ilə şam namazlarının axşam və ya şam vaxtında birlikdə qılınmasını ifadə edər.

Cavab 1:

İslam alimləri həccə gedənlərin Ərafatda günorta ilə ilkindi namazlarını günorta vaxtında, Müzdəlifədə isə axşam ilə şam namazlarını şam vaxtında birləşdirərək qılmaları mövzusunda ittifaq etmələrinə qarşı, yolçu və mukim ikən bəhanəli və bəhanəsiz cəm edilməsi mövzusunda ixtilaf etmişlər. Hənəfi alimlər, Ərafat və Müzdəlifə xaricində cəmi caiz görməzlərkən, digər alimlər səfərdə cem etmənin caiz olduğunda ittifaq, mukim ikən ixtilaf etmişlər.

Bir çox səhih hədis; xüsusilə səfəri ikən günorta ilə ilkindi, axşam ilə şam namazlarının birləşdirilərək qılına biləcəyini nəzərdə tutmaqdadır. İbn Abbas (ö. 68/687), "Rəsulullah (ə.s.) Təbuk Döyüşü üçün getdiyi səfərdə günorta ilə ilkindi, axşam ilə şam namazlarını birləşdirərək qıldı." demişdir. Hədis ravilərindən Sad ibn Cübeyr (ö. 95/713), İbn Abbasa, "Rəsulullahı namazları birləşdirərək qılmaya sövq edən şey nədir?" deyə soruşmuş, İbn Abbas da "Ümmətinə çətinlik olmamasını istədi." cavabını vermişdir. (Müslim, Salatü'l-Müsafirin, 51, 53)

Yenə İbn Abbas, "Rəsulullah (s.ə.v.) Mədinədə (yolçu olmadığı), qorxu və yağış olmadığı halda günorta ilə ilkindi, axşam ilə şam namazlarını birləşdirərək qıldı." demişdir. Vəki ibn Cərrah (ö. 97/812) İbn Abbasa, "Bunu nə üçün etdi?" deyə soruşmuş, İbn Abbas da "Ümmətinə çətinlik çıxarmamaq üçün etdi." cavabını vermişdir. (Müslim, Salatü'l-Musafirin, 54)

Nümunə olaraq verdiyimiz bu iki hədis, səfərilikdə və mukim ikən Peyğəmbər (s.ə.v.)ın namazları birləşdirərək qıldığını ortaya qoymaqdadır. Hər namazı vaxtında qılma ilə əlaqədar bir çox hədisin varlığı da diqqətə alındığında bunu söyləmək mümkündür:

Mukim ikən hər namaz vaxtında qılınmalıdır. Ancaq zərurət və ehtiyac hallarında günorta ilə ilkindi, axşam ilə şam namazları, cəmi təqdim və ya cəmi təxir ilə qılına bilər. Bu bir icazədir. Aralarında bəzi görüş fərqlilikləri olmaqla birlikdə Maliki, Şafi və Hənbəli alimlər yağış, palçıq, şiddətli külək və qaranlıq kimi bir bəhanə səbəbiylə mükim ikən məsciddə camaatla namaz qılacaq kəslər üçün cəmi caiz görmüşlər. Mukim ikən cəm mövzusunda ən musamahalı görüş sahibləri, Hənbəli alimlərdir. Onlara görə; əmzikli qadın, xəstə olan, sidiyini tutmaqda çətinlik çəkən, zəif və halsız qoca, kor və kar, canına, malına, işinə və ismətinə zərər gəlməsindən qorxan kimsə cəm edə bilər. Hər hansı bir səbəblə namaz vaxtında qılına bilməyəcəksə cəm edilməlidir.

Səfərdə, bəhanə olsun olmasın cəm etmək caizdir. Hənəfi alimlər, hədislərdə keçən cəmi şəkli cəm olaraq şərh etmişlər. Şəkli cəm; günorta və axşam namazlarını son, ilkindi və şam namazlarını ilk vaxtında qılmaqdır. Ancaq bu, gerçəkdə cəm deyil, hər namazı vaxtında qılmaqdır.

Cəfərilər, günorta ilə ilkindi namazlarını günorta; axşam ilə şam namazlarını axşam vaxtında qılmağı davamlı hala gətirmişlər. Bu tətbiq, beş vaxt namazın üç vaxtda qılınması kimi bir nəticə doğurmuşdur. Bu vəziyyət, hər namazı vaxtında qılmağı nəzərdə tutan hədislərə tərs düşməkdədir.

Cəmə icazə verən alimlər, cəmi tərk edib hər namazı vaxtında qılmanın daha fəzilətli olduğunu söyləmişlər. Bəhanəsiz olaraq cəmi caiz görənlər də "vərdiş halına gətirməmə" şərtini qoymuşlar. Bu səbəblə səfərdə cəmi bəhanə və ehtiyac halına hasretmək daha məqsədəuyğun olacaq.

Tətbiqi belədir: Günorta ilə ilkindi, axşam ilə şamın fərzləri, günorta və ya ilkindi axşam və ya şam vaxtında arxa arxaya, ara vermədən qılınar, iki fərz arasındakı sünnə qılınmaz, başqa bir şeylə məşğul olunmaz.

Cavab 2:

http://www.sorularlaislamiyet.com/subpage.php?s=article&aid=11926
 

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 4.947 times
In order to make a comment, please login or register