Dua zamanı əllərin vəziyyəti necə olmalıdır? Duada əllər bitişməli yoxsa aralı tutulmalı ?

The Details of the Question
Salam aleykum, dua edərkən əllərin duracağı xüsusi bir niza vardırmı, ya fərqi yoxdur? Yəni dua edərkən əllər bir birinə bitişməli, ya ayrı durmalı, müəyyən qədər yuxarıya qalxmalıdırmı? Allah sizdən daima razı olsun.
The Answer

Dear Brother / Sister,

Və aleykumussalam və rahmətullah.

Dua əsnasında ovuclar yuxarıya gələcək şəkildə əlləri açıq saxlamaq, istək və niyazın anlamına uyğun bir haldır. Əllərin yuxarıya, göyə doğru qaldırılması Allah'ın göydə, müəyyən bir məkanda olmasından deyil, göylərin ucalıq və əzəməti təmsil etməsi səbəbiylədir. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm dua edərkən bəzən qoltuqlarının bəyazlığı görünəcək qədər əllərini qaldırardı (Buxârî, Dəavat, 23).

Hz. Peyğəmbər Aleyhissalatu Vəssalam buyurur ki;

"Allah'a ovuclarınızı yuxarıya gətirərək dua edin, əllərinizin tərsini deyil. Duanı bitirdiyiniz zaman da əllərinizi üzünüzə sürtün." (Əbû Davud, Salət, 358).

Ancaq, Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm 'in, bəla və müsibətlər zamanı dua edərkən ovucları yerə baxacaq şəkildə dua etdiyi də rəvayət edilmişdir (Əhməd b. Hənbəl, Müsnəd, XXI, 170; Azımabadi, Avnu'l-Məbud, IV, 251). Rasulullahın əllərini qaldırmadan da dua etdiyi rəvayət edilmişdir (Əhməd b. Hənbəl, Müsnəd, XX, 231). Dua əsnasında normal olaraq çiyin xəttinə qədər qaldırılan əllərin (Buxârî, Dəavat, 50) arası normal aralıqda tutular. "Hz. Peyğəmbər (sas) dua əsnasında əllərini bir araya gətirdi." şəklindəki rəvayət, "əllərini bir xəttdə tutdu; biri aşağıda, biri yuxarıda deyildi." şəklində şərh edilmişdir (Tahtəvi, Haşiyə ala Mərâki'l-Fəlah, Beyrut 1997, I, 214).

Namazlardan sonra və ya başqa zamanlarda dua edərkən əlləri üzə sürtmək, duada əl qaldırıldığında sünnədir (Əbû Dâvûd, Saəat, 358; Ədəb 107). Əl qaldırmadan dua edildiyi zaman, əllərin üzə sürtülməsi lazım deyil (Tahtəvi, Haşiyə ala Mərâki'l-Fəlah, I, 318).

Fətava-yi Hindiyyə`də, beşinci cüzi`də deyir ki,: “Dua edərkən, ovuclar səmaya qarşı açıq, iki əl aralı və sinə xəttində olmalıdır” .Bu cür rəvayətlərin hamısı "tövsiyə" şəklindədir Ancaq bilinir ki, ədəb mövzularında əgər bir hərəkəti dəstəkləyən hədislər və müctəhid nəqli var isə, buna tabe olunar.

Xüsusilə Türk alimləri "duada əllərin arası az açıq olar" demişlər. Bunun səbəbi, xristianlara bənzəməmək üçün idi. Ruhul-Bəyan təfsirində də belə yazmaqdadır. “Ancaq bunu nəql edən cahillər əllərini bir-iki metr açıb elə dua edirlər. Öz nəql etdiklərinə belə inanmırlar. Az açıq olması demək, qapalıya yaxın deməkdir, bir metr ara olsun demək deyil.”

Ancaq Hüccətul-İslam İmam Qəzali həzrətləri, İbni Abbas'dan (Allah ondan razı olsun) nəql etdiyi hədisi şərif ilə Rəsulullah sallallahu aleyhi və səlləm Əfəndimizin dua əsnasında əllərini bir-birinə yapıştırdığını isbat etmişdir. Huccətul-İslam bu, İslamın dəlili .. Dinin zinəti .. İndi bu zatın nəqlini necə tənqid edək? Yoxsa məzhəbsiz sapıkların dediyi kimi "bu hədis mevdu (uydurma)" mu deyək? Əhli sünnəyə görə İmam Qəzali`nin nəql etdiyi xəbərlərin hamısı səhihdir. Bu hədisi şərifi dəstəkləyən hədis-i şəriflər Kutubu Sittədə yer almaqdadır. 

Allah Rəsulu Aleyhissalatu Vəssalam həyat-ı səniyələri içində dua əsnasında əllərini fərqli fərqli şəkillərdə tutmuşdur. Məsələn; Bədirdə əllərini qoltuq altları görünəcək dərəcədə qaldırmış, gecə yatarkən döşəkdə əllərini birləşdirmiş, namazların arxasında etdiyi dualarda çiyin aralığı ölçüsündə əllərinin aralarını açmış, yağış duası ya da bəla və müsibətlərin dəfi üçün etdiyi dualarda da ovuc içlərini aşağıya doğru çevirmişdir. Dua əsnasında əllərin alacağı şəklin hökmü nə fərz, nə vacib, nə də müstəhəbdir. Fukaha buna Ədəb hökmünü vermiş və hədis kitablarında da bu məsələ ədəb hissəsində yer almışdır. Bu səbəblə kim nə şəkildə və necə dua etsə etsin ya da bunlardan yalnız bir dənəsini mənimsəsin, nəticə etibarilə Allah Rəsulunun sünnəsinə tabe olmaqdadır. Onun üçün bunların hamısını hörmət ilə qarşılamalıdır. Dinin əslinə rücu (çevrilməmiş) etməyən belə bir məsələni vəsilə edərək Müsəlmanlar bir-birləri ilə münaqişə etməməlidir.

*Duanın quruluş şəkli necə olmalıdır, məqbul dualar hansılardır və nə zaman dua edilməlidir?

*Niyə duadan sonra əllər üzə çəkilər?

*Duada əllərin aşağıya çevrilməsi.

*Duaların qəbul olması üçün nə etmək lazımdır, dua bir növ ibadətdirmi?

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 3.140 times
In order to make a comment, please login or register