Duada əllərin aşağıya çevrilməsi.
Submitted by on Sat, 27/11/2010 - 09:42
Dear Brother / Sister,
Dua əsnasında əllər (duanın səması sayılan) yuxarıya açıq olaraq (ayrı) şəkildə tutular. İki əlin ovuc içi tərəzinin iki gözü kimi müvazinətli şəkildə sinə xəttində, səmadan gələcək İlahi Rəhməti açıq gözləyər. Ancaq, bəzi zamanlarda bu iki əlin yan-yana birləşib, bitişik şəkildə tutulması da sünnəyə zidd deyil. Rəsul-u Əkrəm Aleyhissalatu Vəssalam Əfəndimiz hər iki halda da dua etmişdir. Lakin çox vaxt əllərini ayrı şəkildə tutduğu aydın olmaqdadır. Necə ki Şafi məzhəbində duanın qorxu mənasını verən cümlələrində əllərin içinin yerə çevrilib aşağıya tutulduğu kimi. Hənəfidə isə ovuc içinin aşağıya çevrilməsi yalnız yağış duasında məşru edilmiş, digərlərinə şamil olmamışdır. Şafilərin dua edərkən müsibətdən çəkinmək üçün əllərini aşağıya çevirmələri bəzi hədislərə əsaslanmaqdadır ki, bu sünnədir. Bu hədislərdən biri belədir:
"Peyğəmbər Əfəndimiz Əleyhissalatu vəssalam, Allah`dan bir şeyin olmasını istədiyi zaman əllərinin içini yuxarıya çevirərdi. Ancaq bir şeydən çəkinəcəyi zaman isə əllərinin içini aşağıya çevirərdi." (Bu mövzuyla əlaqədar Hədislər üçün baxın: Müsned, Əhməd b. Hənbəl 4/56; Mecmau'z- zevaid, 10/168; Cemu'l-fevaid, 2/618; əl-Fethu'l-kebir, 2/357; )
Bu səbəblə əllərini dua edərkən aşağıya çevirənlər bu hədislərə görə əməl etmişdir. Hənəfilər isə bu mövzuda şafiləri təqlid etmiş olur.
Suallarla İslam
- Peyğəmbərimiz(s.a.s) Namaz sonrası Salatən tuncinə duasını etmişdir? Hədislərdə bu duanın edildiyi var?
- Dua zamanı əllərin vəziyyəti necə olmalıdır? Duada əllər bitişməli yoxsa aralı tutulmalı?
- Allah Rəsulu (sallallahu aleyhi və səlləm) duada əllərini necə tutardı.
- Duada əlləri çevirməyin dəlilləri vardırmı?
- Duadan sonra əlləri üzə sürtmək olarmı?
- Niyə duadan sonra əllər üzə çəkilər?
- Namazda əllərin bağlanmasının ən səhih forması hansıdır?
- Qəbirə qarşı dua etmək və o qəbirdə yatan şəxsdən şəfaət gözləmək şirkdir?
- Dəstnamaz necə alınır?
- Oğrular