Etdiyimiz hərəkətlərin doğru və yalnış olduğunu necə anlaya bilərik?

The Details of the Question
etdiyimiz hereketin sehv oldugunu nece anlaya bilerik? etdiyimiz hereketin dogru ya yalniw oldugunu nece anlaya bilerik? nece edek ki weytan bizden uzaq olsun?
The Answer

Dear Brother / Sister,

Nəyin səhv nəyin doğru olduğunu təyin edən Allah`dır (Cəllə Cəlaluhu) və bunları biz insanlara Qur`an-i Kərimdə bildirmiş, Son Peyğəmbəri Hz Muhamməd Mustafa sallallahu aleyhi və səlləm vasitəsiylə də bunların  necə yaşanılacağını ən mükəmməl şəkildə göstərmişdir.

Qur`an və Sünnədə əmr olunanları, Allah`ın razı olduğu, inasnı cənnətə aparan əməlləri etməli, qadağan olunan, pis əməl olaraq bildirilənləri də etməməliyik.

Əgər hər hansı bir əməlimizdən, edəcəyimiz işdən Allah`ın yoxsa şeytanın razı olacağını müəyyən edə bilmiriksə o zaman vicdanımıza (qəlb-nəfs) müraciət etməliyik.

Vicdan deyərkən insanın fitrətini nəzərdə tuturuq.

"O halda (Həbibim) sən üzünü bir muvahhid olaraq dinə yönəlt. Allah'ın insanları yaratmasında əsas aldığı o fitrətə uyğun hərəkət et ... "(Rum Sûrəsi, 30/30)

Şəms Surəsi'ndə də bəzi məxluqata and içilməkdədir, bunlardan biri də nəfsdir. Yeddinci və səkkizinci ayələrdə, "nəfsə və ona bəzi qabiliyyətlər verib də yaxşılıq və pisliklərini ilham edənə" and içilməkdədir.

Haqq varlığının susmayan bütün şahidləri kimi, vicdan da təkbaşına haqqı və həqiqəti hayqıran ilahi və səmavi sədadır. Ancaq bu, bizim tərif etdiyimiz vicdana aiddir. Əksinə nəfs mexanizminin altında qalıb əzilmiş bir vicdandan eyni nəticələri gözləmək, əlbəttə, mümkün deyil.

Bəli, şəhvət, kin, qəzəb, şan-şöhrət dəlisinə çevrilmiş bir insan təsəvvür edin. Belə bir insan hər işində ruhunu saran bu mənfi hislərin təsiri altındadır. Belə vicdanın əli-qolu bağlı, dolayısilə, təsirsizdir. Biz belə bir insana sözün tam mənasında "vicdansız" deyirik. Belə insanların vicdan mexanizmi haqqında məlumatı olmadığı kimi, vicdanın ifadə etdiyi mənanı və onun ali məqsədini də sezməsi mümkün deyil.

Ölməmiş, korranıb da haqla batili, doğru ilə yalnışı ayırd edə bilməyəcək hala gəlməmiş hər bir vicdan, sahibinə haqqı, doğrunu söyləməkdədir

Sağlam olub da ilk yaradılan vəziyyətindən fərqlənməyən vicdanlar doğrunu hayqırar və doğru ilə rahat olar. Öz əslindən uzaqlaşma dərəcəsinə görə vicdanın doğrunu söyləmə səviyyəsi (qabiliyyəti) hayqırtıdan pıçıltıya qədər düşər. Belə vicdan sahiblərinin doğrunu sezmək qabiliyyəti çox çətinləşər.

Ölmüş və tamamiyylə korlanmış vicdanlar isə yalnız yalnışı hayqırar, günahlardan zövq alar, yavaş-yavaş o vicdan cəhənnəmə layıq bir vəziyyətə gələr.

Bir misal verəcək olsaq; Batareya ilə işləyən bir mina axtaran təsəvvür edək. O batareya nə qədər güclü olsa, mina o qədər asanlıqla təyin olunar. Batareya zəiflədikcə minanı təyin  etmə qabiliyyəti azalar. Batareyası işləməyən mina axtaran isə mina partlayışının qurbanı olar.   

İnsanda mövcud olan nəfs isə pis şeyləri əmr etməkdə, yalnışları gözəl, rahat göstərməkdədir. Gələn istəyin nəfsdən gəlib gəlmədiyini təyin etmək çox incə bir işdir. Ona görə də bizlər bu məsələdə belə bir yol təqib etməliyik: edəcəyimiz iş bizə rahat, asan, xoş gəlir və onu etməmək çətindirsə, bizə ağır gəlirsə bunu etməməliyik. Məsələn; bir insanla danışarkən onun sözlərinə cavab vermək istəyirksə, içimizdən bir səs “cavab ver” deyirsə və ona cavab verməkdən özümüzü güclə, çətinliklə saxlayırqsa qətiyən danışmamlı susmalıyıq. Və yaxud gedəcəyimiz iki yol arasında qalarkən bir anlıq dayanıb düşünməli, özümüzü analiz etməli və bizə asan, rahat gələn istiqamətə getməməliyik. Bu örnəyi həyatımızın buütün sahələrinə də şamil etnək olar.

 

 

Qəlb, ruh, sirr (İnsanın ruhunda mövcud olan bir hissin adı.), xafi (Gizli, zərif və dərin bir duyğu. İnsanın batini hislərindən biri.), axfa (Çox gizli, ruhun dərinliklərində olan hiss.), əmr aləminə (Yalnız ilahi əmrlə bütün işlərin dərhal gerçəkləşdiyi aləm. Yaradılışa aid qanunlar aləmi.) aid Rəbbani lətifələr ( Qəlbin ayrı bir dərinliyinin ünvanı), iradə, idrak, şüur, hiss və duyğular vicdan mexanizmini meydana gətirir; hər cür şəhvani arzu, istək və kaprizlər (şıltaqlıq), kin, nifrət, hərislik, inadkarlıq kimi müəyyən hikmət və məqsəd üçün insana verilən duyğular da nəfs mexanizmini təşkil edir... Bu iki mexanizm daim bir-birinin əleyhinə işləyir. Belə ki, vicdan mexanizmi qələbə çaldığı təqdirdə nəfs mexanizmi də müsbətə çevrilər və insanın ucalıb yüksəlməsinə xidmət edir. Bəli, təsəvvüfçülərin təsnifi ilə desək, nəfs mexanizmi əmmarəlikdən (Daim pisliyi əmr edən, ləzzət və şəhvəti istəyən, qəlbi səfalətə, günaha sövq edən tərbiyə olunmamış nəfs.) sıyrlılaraq ləvvamə (Günah işlədikdən sonra özünü qınayan nəfs), mülhəmə (İlahi ilhamlarla şərəfləndirilmiş nəfs.), raziy (Başına gələn hər hadisəni Allahdan bilib razı olan nəfs.), mərziyyə (Allahın rizasını qazanmış nəfs.)və safiyə (Vəhbi olan lədünni elmlə şərəflənən ənbiya varislərinin vəsfidir.) dərəcələrinə sıçrayaraq insan üçün yararlı mahiyyət qazana bilər.

Cənnət nəfsin xoşuna gəlməyən şeylərlə, Cəhənnəm (nəfsani arzu və istəkləri qabardan) şəhəvatla əhatə olunmuşdur..." (Buxârî, Riqaq 28; Müslim, Cənnət 1. (Ləfz Müslimdən alınmışdır.)

Cəhənnəm şəhvətlərlə örtülü, şəhvət boğçasına bükülü və şəhvət atmosferinə açıqdır. Cənnət isə zahirən xoşagəlməz şeylər və məkarihlə pərdəlidir. Hər şe­yi maddədə axtaranlara, materiyada arayanlara Cənnət yollarında çəkilən iztirablar, məşəqqətlər heç də xoş, gözəl görünmür.

Cəhənnəm şəhvət atmosferi ilə əhatələnmişdir. Bu atmosfer kənardan çox cazibədar görünür; yemək, içmək, yatmaq, nəfsin xoşuna gələn hər şeyi əldə etmək və cismən tətmin olma kimi arzulara səslənən nə varsa xalça və naxış kimi Cəhənnəmi bəzəmişdir. Xülasə, Cəhənnəm yolu insanın cismaniyyətini, nəfsini qı­cıqlandıran bir şəhvət mozaikasıdır.

Cənnət isə məkarih (nəfsin xoşuna gəlməyən şeylərlə) içində bir sədəfdir; dəstəmaz almaq, namaz qılmaq, həccə getmək, zəkat vermək, cihad etmək, Allah yolunda məşəqqətlərə dözmək, bəzən bir parya* (*Hindistanda ictimai təbəqələrə (kastalara) daxil olmayanlar. Paryalar bütün ictimai hüquqlardan məhrumdur) hesab edilmək, hər cür insan haqqından məhrum olunmaq, həbsxana-həbsxana gəzdirilmək, sadəcə "Rəbbim Allahdır" sözünə görə döyülmək, sürgün edilməyə və edama məhkumiyyətə qədər ağılın zahirən kərih (pis) gördüyü şeylər... Bəli, Cənnəti də məhz bunlar əhatə etmişdir. Kənardan baxanlar bu pərdələri keçə bilmir, ona ilişib qalırlar. Cəhənnəm zahirən qıcıqlandırıcı, cazibədar, Cənnət də ürküdücü, "xoşagəlməz" görünüşə malikdir. Buna görə də insanların çoxu məsələnin zahiri tərəfinə baxmış və aldanmışdır. Dolayısilə, Cəhənnəmə talib olan çox, Cənnət istəyən isə olduqca azdır.

İnsanların çoxu xırda hesablar dalınca qaçırlar. "Namaz yaxşıdır, lakin gün­də beş dəfə qılmaq mənə çətin gəlir" deyən bir insan namazın azacıq zəhmətini gözündə dağa döndərib o tərəfini görə bilmir. Qışda dəstəmaz almağın çətinliyi bəzilərini yarı yolda qoyur. Halbuki, yuxarıdakı hədisdə gördük ki, dəstəmaz bu kiçik zəhmətə qatlananları addım-addım Cənnətə yaxınlaşdırır. Orucda, zəkatda, həcc və cihadda da eyni şeyləri düşünmək mümkündür. Ağlı ağıllı qərarlar verməsinə mane olan neçə-neçə insan bu kiçik və zahiri əngəlləri aşa bilmir, Cənnətin ətrafındakı məkarihi görüb bu yoldan daşınırlar.

Cəhənnəm isə (insanları özünə çəkmək üçün) bəsit həvəsləri əlində tələyə çevirmiş bir cadugərdir. Çox insan aqibətindən xəbərsiz milçəklərin bala cumması kimi, Cəhənnəmin bu cazibədər, "şirin" zəhərinə doğru qaçır. Bəli, şəhvət onlar üçün zəhərli bir baldır. Bu insanları alova doğru uçuşan pərvanələrə də bənzədə bilərik, aqibət yenə acınacaqlıdır. O insanlar ağılsız-ağılsız Cəhənnəmin ətrafını bürüyən "şəhvani"lərə doğru yürüyər və bir də baxarlar ki, Cəhənnəmdədilər. Pərdənin arxasını tam dərk edə bilmədiklərinə görə Cəhənəmi əhatə edən şeylər cismani arzuları coşdurar və onları özünə cəzb edər. (Bu məsələni Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə bir təmsillə izah edir: "Mən oda atılan pərvanələri xilas etmək istəyən adam kimi ətəyinizdən çəkirəm, amma siz onun içinə atılırsınız," (Buhârî, rikâk 26; Müslim, fedâil 17-19. (Müslimdən alınmışdır.)

Yollar ayrıcındakı Zatı - Rəsulullahı (sallallahu əleyhi və səlləm) ta­nıyan, Onun bəyanları əsasında özünə istiqamət təyin edən, həqiqəti dərk edən insanlar isə Cənnət yollarının sağını-solunu tutan məkarihin iç üzünü anlayar, zahirinə aldanmazlar. Çünki onların vicdanında nüvə şəklində olan Cənnət hər an inkişaf edir və ruh dünyasına hopur. Başqa insanlar Cənnəti çöldə axtararkən, onlar iç dünyalarında tapdıqları Cənnətlə səfa sürürlər. Halbuki, dünyanın maddi Cənnətində yaşayan insanlar onların vicdanda yaşadığı Cənnətin bir dəqiqəsini belə bir ömür boyu tapa bilməzlər. İman içində Cənnət olan çəyirdək, küfr içində Cəhənnəm daşıyan toxumdur. Bunlar o biri aləmdə böyüyüb qol-budaq atacaq və həqiqi Cənnət və Cəhənnəmə çevriləcək. Demək ki, mömin dünyada belə Cənnət həyatı yaşa­yır, amma yaşadığı şeylər zahirən məkarih kimi görünür.

Cənnətə qovuşma arzusu ilə çırpınan ruhlar bu hər mənzili bir səadət xanəsi olan yolda çox vaxt ruhun əksinə olaraq, nəfsin xoşuna gəlməyən dəstəmaz, namaz, oruc kimi fiziki ibadətlərin çətinliklərinə, zəkat, sə­dəqə və digər vergi növləri kimi olduqca ağır mükəlləfiyyətlərə, həcc və cihad kimi maddi və cismani mükəlləfiyyətlərə qatlanırlar. Bəziləri üçün bu mükəlləfiyyətlər keçilməz səddə çevrilir. Bu yolda kimiləri dəstəmaza, namaza, kimiləri aclığa, susuzluğa, kimiləri mal-mülk, can sevgisinə, kimiləri də bir neçəsinə birdən ilişib qalır və bütün dəbdəbə və ehtişamı ilə bir-neçə addımlıqda onu gözləyən Cənnətə çata bilmir.

Bəli, Cənnət (bir neçəsini qeyd etdiyimiz) yüzlərlə mükəlləfiyyət və məsuliyyətin o biri ucunda neçə-neçə maneə və əngəllərlə əhatələnmiş gözəl dünya və hər cür xoşbəxtlik təsəvvürlərinin fövqündə rənga­rəng bir röyalar ölkəsidirsə - ki, elədir - buna müqabil Cəhənnəm də nəf­si coşduran, cismani arzuları cuşa gətirən, hədsiz istək, ehtiras və şəh­vətlərlə əbədiyyət yolçularının qarşısını kəsən, zəif ruhların diqqətini daim öz üzərində toplaya bilən və qara dəliklər kimi səmtindən keçən­ləri o müdhiş "mərkəzəqaçma" gücü ilə cəzb edib köksündə yox edən bir qulyabanilər qəyyasıdır.

Cəhənnəmin o bəzəkli hicabına baxıb ovsunlanan və özünü o qəyyaya atan, Cənnətin də sırf zahirinə, görükən tərəfinə baxıb o əbədi xoşbəxtlik diyarından, o mükafatlar aləmindən (Cənnətdən) ürküb geri çəkilən nə qədər insan vardır!

Fitrət haqqında məlumat verə bilərsinizmi? "Fitrətə uyğun hərəkət etmək? (Rum surəsi, 30/30) nə deməkdir?


Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 7.350 times
In order to make a comment, please login or register