Fərz namazlarından başqa hansı namazların qəzası qılınar?

Sualın detalları
Salam aleykum. Fərz namazlarından başqa hansısa bir namazın qəzası qılınırmı? qılınırsa bunlar hansı namazlardır?
The Answer

Dear Brother / Sister,

 

Və aleykumussalam.

Vaxtı içində qılınmayan beş vaxt namazın qəzası fərz, vitr namazının qəzası vacib, sünnənin qəzası da sünnədir. Qəzası sünnət olan, ancaq sübh namazının sünnəsidir. Günün səhər namazı qəzaya qalmış isə günortaya qədər qılınınca fərziylə birlikdə sünnəsi də qəza edilər. Günortadan sonraya qalınca sünnə qılınmaz, yalnız fərz qəza edilər.   Zamanında qılına bilməyən bəzi vaxt sünnələri də daha sonra qılınaraq qəza edilər. Məsələn, camaata çatmaq üçün günorta namazının ilk sünnəti qılına bilmədiyi təqdirdə, fərzi qılıb iki rükət sünnədən sonra ayrıca qılınar. Cümə namazının ilk sünnəti xütbədən əvvəl qılına bilmədiyi zaman, yenə Cümənin iki rükət fərzindən sonra qəza edilərək qılınar, iki rükət qılınaraq yarıda buraxılan günortanın və cümənin ilk sünnəti eynilə bu şəkildə dörd rükət olaraq qəza edilər. Bu sünnələrin xaricindəki digər vaxt namazlarının sünnələri qılına bilinmədiyi zamanlar qəza edilməzlər. Məsələn əsr və işa namazının sünnətləri fərzdən əvvəl kılınmadıkları zaman daha sonra qılınmazlar.

Vitr namazının qəzası varmıdır?

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 6.793 times
In order to make a comment, please login or register