Fitrə sədəqəsi kimlərə verilə bilər ?

Sualın detalları
Fitre sadakasi toplandiginda nerelere kullanila bilir? fitre toplamagin sevabi hakkinda bir hadis varmi? indiden tesekkurler
The Answer

Dear Brother / Sister,

Salam aleykum.

İslam alimlərinin ümumi qəbuluna görə, fitrə verəcək kəslərin zəkatda olduğu kimi əvvəlcə yaşadıqları yerdəki kasıblardan və fitrə verilməsi caiz olan qohumlarından başlamaları daha uyğundur. Fitrə veriləcək kəslərdən dindar və gözəl əxlaqlı olanlarının seçilməsi mümkün olduğu kimi bu mövzuda yoxsulluq dərəcəsi də ölçü götürülə bilər.

Digər tərəfdən fitrə bir adama də verilə bilər, bir neçə adam arasında da bölüşdürüləbilər.

Bununla birlikdə fitrənin bir ehtiyacı qarşılayacaq miqdarda olmasına da diqqət göstərilməlidir. Ayrıca bir ailənin fitrələrinin hamısını bir kasıba verməsi caiz olduğu kimi bir neçə kasıba bölüşdürülməsi də mümkündür.

Fitrə kasıbların xaricində borclulara, yolda qalanlar, qəlbləri İslam`a isinişib bağlanmaqda olanlar kimi zəkatın veriləcəyi yerlər olaraq Qur`an`da bildirilən (Tövbə, 9/60) digər kəslərə də verilə bilər.

Fitrə toplamanın savabı ilə əlaqədar bir rəvayət bilmirik.

 

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 3.870 times
In order to make a comment, please login or register