Hamiləlikdə saç kəsməyin bir qorxusu var?

Sualın detalları
Hamiləlikdə saç kəsməyin bir qorxusu var?
The Answer

Dear Brother / Sister,

Gərək hamilə ikən, gərək başqa zamanlarda xanımların saçını kəsmələrinə iki tərəfdən baxmaq lazımdır. Birincisi: Saç qadının bəzəyi və zinətidir. Bir yerdə qadını kişidən ayıran ən əhəmiyyətli bir xüsusiyyətidir. Bundan ötəri heç bir qanuni səbəb yoxkən və bəhanə olmazkən qadının saçını kəsməsinə icazə verilməz. Ancaq baxımında və qurudulmasında bəzi çətinliklərlə qarşılaşsa qısaltmasında bir üzrlü olmamalıdır. Hamilə və lohusa olan bir xanım üçün bu səbəb məqbul və yerindədir. Demək ki, hamilə bir xanım istəsə saçını qısalda bilər. Bunun sünnədə bir dəlilinin varlığına gəlincə; Kenzü'l-Ummal'da bu tərcümədə bir hədisi şərif yazılmaqdadır:

"Ezvacı tahirat, Peyğəmbərimizin xanımları qulaq yumşağını keçməyəcək miqdarda saçlarını qısaldardılar. "1

 

Burada gözdən uzaq tutulmaması lazım olan əhəmiyyətli digər bir nöqtə də, qadının saçını kəsərkən kişiyə bənzəmə kimi bir niyyətinin olmaması lazımdır və ya saçını kişi təraşı kimi etməməlidir. Çünki hədisi şərifdə Peyğəmbər Əfəndimiz, "Allah, qadınlardan kişiyə bənzəməyə etina edənləri İlahi rəhmətdən uzaq etsin" buyurmaqdadır. 2,3

 

1 Kenzü'l-Ummal, 3: 35 Müsnedin kənarı

2 Əbu Davud, Libas: 31.

3 Bu mövzu üçün Qadın Evlilik və Ailə adlı kitabımıza baxıla bilərsiniz.

 

Məmməd Paksu

Ailəyə Xüsusi Fətvalar

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 3.442 times
In order to make a comment, please login or register