Hamiləliyin Təxirə Salınması-Əzl

The Details of the Question
sualim beledi er ve arvad yatqda bir yedre olan er bowalan vaxti oz yoldawinin icine deyilde kenara bowalsa bu haramdirmi?
The Answer

Dear Brother / Sister,

Bu terminlə müəyyən əsaslı səbəblərdən ötrü uşaq istəməyən ər və arvadın bunun üçün tədbir alması nəzərdə tutulur.Hz. Peyğəmbər (Allah’ın Salamı və Salatı Onun üzərinə olsun) zamanında bu tədbir əzl üsulu ilə edilirdi. Əzl kişinin həyat yoldaşı ilə cinsi əlaqəyə girdiyi zaman spermanı çölə axıtmasıdır. Əshabələrdən Cabir (Allah ondan razı olsun) belə demişdir:                      

“Biz Hz. Peyğəmbər (sallallahu alehyi və səlləm) zamanında əzl edərdik, (həmin vaxtlarda) Qur`an da nazil olurdu.”  Buxari, Nikah, 95.  Yəni bunu qadağan edən bir ayə nazil olmamışdır.

Əbu Hənifə, Malik və Əhməd bin Hənbəlin rəyinə görə əzl edərkən xanımdan icazə almaq daha münasibdir.

Dövrümüzdə bu məqsədlə apteklərdə bir sıra dərman preparatları və başqa vasitələr satılır. Belə vasitələr qadında sonsuzluq yaratmadıqca, xəstəliyə səbəb olmadıqca, döllənmiş yumurtaya zərər vermədikcə işlədilə bilər. Elə isə imanlı və mütəxəssis həkim məsləhətini almaq zəruridir.

Bildiyimiz kimi İslamda evlənməyin əsas məqsədi nəslin artması və müsəlmanların çoxalmasıdır. Bu baxımdan doğuma nəzarət müəyyən zaman dilimində (müvəqqəti olaraq) hamiləliyi təxirə salmaq kimi anlaşılmalıdır.

İSLAM NÖQTEYİ-NƏZƏRİNDƏN EVLİLİK VƏ MƏHRƏM XÜSUSLAR/ARİF ABDULLAH

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 2.179 times
In order to make a comment, please login or register