Hz. Məhəmməd (s.ə.s.) "Mən, atam İbrahimin duasıyam." buyurmaqdadır. Bunun mənası nədir?

Sualın detalları
Hz. Məhəmməd (s.ə.s.) "Mən, atam İbrahimin duasıyam." buyurmaqdadır. Bunun mənası nədir?
The Answer

Dear Brother / Sister,

İlk banisi Hz. Adəm olan yer üzünün ilk məbədi Kəbə, uzun zamanın keçməsiylə yıxılmış, sanki yerlə bir olmuşdu. Hz. İbrahim, bu müqəddəs binanın təkrar inşası üçün Cənabı Haqqdan əmr almış və oğlu İsmayılla birlikdə dərhal işə başlamışdı.
Kəbənin inşası tamamlanınca, ata oğul əllərini dərgahı İlahiyyə açaraq belə yalvardılar:
"Ey Rəbbimiz! Nəsilimizdən gələn Müsəlman ümmət içindən bir peyğəmbər göndər. Ki o, onlara ayələrini oxusun, Kitabı və hökmlərini öyrətsin. Onları günahlardan təmizləsin!" 1
İşdə, Cənabı Haqq, edilən bu səmimi duanı cavabsız buraxmadı və Hz. İsmayılın nəsilindən peyğəmbərlərin rəisi Hz. Məhəmmədi (s.ə.s.) göndərərək qəbul etdi. Bu gerçəyi Kainatın Əfəndisi, "Mən, atam İbrahimin duasıyam..." 2 buyuraraq ifadə etmişlər.

1. Bəqərə Surəsi, 129
2. İbni Hişam, Sire: 1/175; Taberi, Tarix: 2/128;Kainat' ın Əfəndisi (s.ə.s.),
Salih Suruç
 

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 5.573 times
In order to make a comment, please login or register