İçtihad Nədir? Şərtləri nələrdir?
Submitted by on Mon, 06/07/2015 - 09:32
Dear Brother / Sister,
Sələmun aleykum.
“İctihad” sözünün lüğəvi mənası məşəqqətli, ağır, çətin bir işin öhdəsindən gəlmək üçün bütün gücünü sərf edərək səy göstərib çalışmaq deməkdir.
Termin kimi isə, qəti və aşkar dəlillərlə sabit olmayan subyektiv fikirlərə şəri dəlillərlə aydınlıq gətirmək məqsədi ilə bütün gücünü və bacarığını səfərbər etməkdir. Yəni Qur`an, hədis və icma ilə sabit olan şəri dəlillərdən hökm çıxarmaqdır.
Qur`ani-Kərim əzələ baxan və əbədiyyətdən xəbər verən bir dənizdir, sonsuz bir feyz və rəhmət xəzinəsidir. Onun himkət və əsrarı sonsuzdur. Hər əsrin alimləri bilikləri çərçivəsində ondan hissələrini almış və qiyamətə qədər də alacaqlar. Ümmət-i Muhamməd (sallallahu aleyhi və səlləm) də onun bərəkətinə məzhər olmuş, Qur`andan maddi və mənəvi baxımdan faydalanmış və faydalanmaqdadır.
Qur`an-i Kərim –bənzətmədə xəta olmasın– icmal şəklindədir və incə məqamlarla zəngindir. Bir çox prinsip və qaydaları, əsas və üsulları ehtiva edən zəngin xəzinədir.
Uca Allah bir ayədə belə buyurur:
“... elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın yazıda (Lövhi-Məhfuzda) olmasın!” (“Ənam” surəsi, 6/59).
Bədiüzzaman həzrətləri bu ayəni bu şəkildə təfsir edir:
“Bir fikrə görə, Kitabi-Mübin (Lövhi-Məhfuz) Qur`an`dan ibarətdir. Yaş və quru hər şeyin onda bəyan olunduğu bu ayədə xəbər verilir. Elədirmi? Bəli, hər şey onda əksini tapmışdır. Lakin hər kəs hər şeyi onda görə bilməz. Çünki bu əks olunma müxtəlif dərəcələrdə mövcuddur. Bəzən çəyirdəkləri, bəzən nüvələri, bəzən icmalları, bəzən düsturları, bəzən əlamətləri ya birbaşa, ya işarətlə, ya rəmzi şəkildə, ya üstüörtülü formada, ya da xəbərdarlıq tərzində olur. Ancaq ehtiyac nisbətində, Qur`anın məqsədinə münasib tərzdə və yerinə müvafiq surətdə bu tərzlərin biri ilə mütləq ifadə edilir”.
Əgər bu İlahi xəzinədə bəşəriyyətin qiyamətədək qarşılaşacağı bütün məsələlər açıq-aşkar surətdə, yəni hər kəsin bilavasitə oxuyub anlayacağı formada olsa idi, o zaman müqəddəs Qur`anın səhifələri indikindən min dəfə çox olardı.
İmam Şaraninin sözləri ilə desək:
“Əgər Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) icmalları Qur`ani-Kərimdə toplu halında, eyni zamanda yığcam şəkildə əksini tapmış elmləri insanların anlayacağı tərzdə açıqlamasa idi, həmin elmlər Qur`ani-Kərim`dəki icmal ifadələrdə bəşəriyyət üçün elə o cür də gizli qalacaqdı. Eyni ilə bunun kimi, müctəhid din imamları da sünnədə olan icmalları şərh edib onlara aydınlıq gətirməsələrdi, sünnət elə icmal şəklində qalacaqdı”.
Məlumdur ki, Allah`ın nəzərində ən məqbul əməl çətin olanıdır. “İbadətlərin ən fəzilətlisi çətinliklə əda edilənidir” hədis-şərifi də bunun bir dəlilidir. İctihad da çətin araşdırma və dərin incələmək tələb edən yüksək elmdir, ictihad edənlər üçün də müqəddəs vəzifədir. İctihad insanların bütün hal və davranışları ilə əlaqədardır. Buna nail olmaq isə quru bir iddia ilə yox, Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) tam anlamı ilə varis olmaqla mümkündür.
Müctəhid nədir? İctihad əhli kimdir?
İctihad
Bütün güc və qüvvətini istifadə etmək. Haqqında qəti hökm olmayan bir məsələdə kitab və sünnəyə əsaslanaraq hökm vermək.
İctihad, cəhd və səy göstərmək, bir mövzuda bütün gücünü və qüvvətini istifadə etmək, mənasına gəlir. Fiqhdə isə, istinbat-ı ehkam üçün, yəni ayə və hədislərdəki dərin mənaları və gizli hökmləri çıxarmaq üçün çalışmaq şəklində təsvir edilir. Bu elmi qüdrətə və bu ilâhî ehsana nail olan zatlara müctəhid deyilir.
İstinbat, quyudan çətinliklə su çıxarmaq deməkdir.
Kâinat kitabı Allah'ın əsəri olduğu kimi, Qur'ân-ı Kərim də O'nun fərmanıdır. Kâinat kitabının su, hava, torpaq kimi maddələrini hər kəs az çox bilməkdə və bunlardan istifadə etməkdədir. Amma eyni kitabın fizika qanunları, şüalar, atomlar, genlər kimi necə gizli məsələləri də vardır ki, bunlar elm adamlarının araşdırmalarına buraxılmışdır. Onlar, bu tükənməz elm xəzinəsini araşdırmağa başlamış, bu uğurda bütün gücləriylə qorxmadan usanmadan çalışmış və sonunda necə möcüzələr kəşf etmişdirlər.
Bənzər bir vəziyyət də Qur'ân-Kərim üçün söz mövzusudur. Qur'ân-ı Kərim'in qəti hökmləri hər kəsə açıq bildirilmişdir və bu təməl məsələlər Bədiüzzamanın ifadəsiylə "bir almaz sütundur" və şəriətin yüzdə doksanını təşkil etmişdir. Bu təməl hökmlərə görə təfərrüat sayıla biləcək bir sıra hökmlərin çıxarılması da fiqh sahəsindəki səlahiyyətli alimlərin cəhd və səyinə buraxılmışdır.
Necə ki Məktubat`da, "Hər müstaid; nəfsi üçün ictihad edə bilər, təşri' edə bilməz." deyilir. Yəni, ictihad səlahiyyətini daşıyanlar bir məsələdə gerçək hökmü tapmaq və onunla əməl etmək üçün ictihad edərlər. Amma gəldikləri bu hökmü təşri' edə bilməzlər, yəni "gerçək sadəcə budur, şəriət mənim anladığım kimidir" deyə bilməzlər.
Cənâb-ı Haqq bu ayə-i kərimə ilə səlahiyyətli alimlərin ictihad etmələrini, digər kəslərin də onlara tabe olmalarını istəməkdədir:
"... Halbuki onlar bu xəbəri Peyğəmbərə və aralarındakı səlahiyyət sahibi kimsələrə götürsəidilər, onların içərisində hökm çıxarmağa (istinbat-ı ahkâmə) gücü çatanlar əlbəttə onun nə olduğunu bilərdilər." (Nisâ, 4/8)
Bu ayənin verdiyi icazə ilə Qur'ân'da açıq hökm tapılmayan bəzi mövzularda şəxsən Allah Rəsulu (sallallahu aleyhi və səlləm.) ictihad etmişlər. Yenə səhabələrin alimləri də ictihad etmişlər.
Asr-ı səadətdən sonra ictihadın qadağan olduğuna dair bir hökm olmadığına görə, müctəhidlər də yeni məsələlər haqqında ictihad etmişlər və bu ictihadlara tabe olanların çoxalması ilə məzhəblər ortaya çıxmışdır.
Suallarla İslam
- Namaz qılarkən diqqətim yayınır,fikirlərim dağılır.Fikrimin dağılmaması üçün nə etməliyəm?
- Susuz olaraq həb qəbul etmək orucu pozarmı?
- İctihaddan bir və iki savab qazananlar.
- İctihaddan bir və iki savab qazananlar.
- İctihad nədir?
- Müctəhid kimdir?
- İctihad haqqında məlumat verərsinizmi?
- Quran Maddi Və Mənəvi Xəstəliklərə Şəfadır
- Qadın hicabsız kitabdan dua oxuya bilərmi? Qüsulsuz qadın Qur`an oxuya bilərmi?
- Məzhəblər niyə 4-ə ayrılır?