İki səcdə arasında dua edilərmi, edilərsə ana ataya da dua edilə bilər mi? Namazda ərəbcədən başqa dildə dua etmək olarmı?

The Details of the Question
Namaz qilarkan secdeye,gedib qalxanda sukur sene rebbim demek olar .
The Answer

Dear Brother / Sister,

        Sələmun aleykum.

        Xeyir olmaz.  Heç gərək də yoxdu. Şükrü qəlbimizdə yaşayaq. 

       Hənəfi məzhəbinə görə iki səcdə arasında sağ ayaq barmaqlar üzərinə dikili, sol ayaq içə bükülərək onun üzərinə oturular; bir dəfə 'sübhanəllah' deyəcək uzunluqda dayandıqdan sonra ikinci səcdəyə gedilər. Bu oturuş anında əllər dizlərin üzərinə qoyulur, baxış isə səcdə edilən yerə doğru çevrilər. Hənəfi məzhəbinin bu qaydaları Peyğəmbərimiz (s.ə.v.) 'in hədislərinə əsaslanır; ancaq Rəsulullah (s.ə.v.) 'ın fərqli zamanlarda fərqli şəkillərdə namaz qıldığı bir gerçəkdir.

     Peyğəmbər Əfəndimiz (s.ə.s.) 'in iki səcdə arasında dua etdiyinə dair açıqlamalar vardır. Ancaq bunu xüsusilə gecə namazlarında etdiyi aydın olmaqdadır. Bu səbəblə iki səcdə arasında dua etmək istəyənlər bu duaları yalnız nafilə namazlarda edə bilərlər.

     Bir hədis-i şərifdə; Peyğəmbər Əfəndimiz (s.ə.s.) 'in gecə qıldığı bir namazda rüku, səcdəsi və iki səcdə arasındakı duruşu eyni uzunluqda olduğu bildirilərkən bir digər hədisdə, səhabələr, Onun çox uzun dayanmasını qəribə qarşılayıb "Yoxsa çaşdı mı?" deyəcək hala gəldiyi aydın olmaqdadır. Bu oturuşlarda da müxtəlif şəkillərdə dua edən Peyğəmbərimiz (s.ə.v.) 'in bu duaları etdiyi rəvayət edilir:

     "Rabbiğfir li, va'rhamnî, və afin va'hdinî, va'rzuqnî = Allah'ım bani mağrifet ət, mənə mərhəmət ət, mənə afiyət ver, mənə hidayət ver, mənə ruzi ver"

     "Rabbiğfirlî, Rabbiğfirlî = Ey Rəbbim məni bağışla, ey rəbbim məni bağışla" və ya "Allah'ım mənə məğfirət et, məni zəngin et, mənə hidayət ver, mənə ruzi ver"

     Ayrıca bu hədis-i şərifdə Resu-i Əkrəm (s.ə.v.) 'in birinci rükətdə Bəqərə, ikinci rükətdə Aİ-i İmran, üçüncü rükətdə Nisa Sûrəsi'ini oxuduğu; dördüncü rükətdə da Maidə və ya Ənam surələrindən birini oxuduğu ifadə edilir. (bax. Əbu Davud, Salət, 145, 146, və s.)

     Buna görə nafilə namazlarda, xüsusilə gecə namazlarında iki səcdə arasında və ya səcdədə, insanın özü, ana atası və digər möminlər üçün dua etməsi uyğundur.

     Şâfiîlərə görə isə, iki səcdə arasında bu duanı oxumaq sünnədir:

     "Rabbiğfir li, va'rhamnî, va'cburnî, va'rfa'nî, va'rzuqnî, va'hdinî, və afini" (bax, Nəvəvi, əl-Minhac / əs-siracu'l-Vəhhac, s. 48)

 

     Hənəfilərə görə Rəsulullah sallallahu aleyhi və səlləm'dən gələn şəkildə dua etmək sünnədir. Çünki sünnədə olan duaları oxumaq daha fəzilətlidir.

   Hənəfilərə görə, bir kimsənin namazı əsnasında insanların adi sözlərinə bənzəyən sözlər ilə dua etməsi caiz deyildir. Məsələn, "Allah'ım mənə bunu ver, bunu ver." demək kimi. Yaxud insanlardan əldə edilməsi mümkün olmayan: "Allah'ım mənə filan xanımı ver." demək kimi. Bu təhrimən məkruhdur.

     Hənəfilər bu mövzuda bu hadisə əsaslanır:

"Bu namazda insanların sözlərindən bir şey söyləmək caiz olmaz. Namaz ancaq bir təsbeh, təkbir və Qur'an oxumaqdır." (Müsnəd, 5 / 447-448; Nəsaî, Səhv, 20; bax. Müslim, Məsâcid, 35; Əbu Dâvûd, Salət, 174)

    Hənəfilər xaricindəkilər isə, namazda insan sözlərinə bənzəyən sözlərlə dua etməyi caiz görmüşlər.

     Hənəfilər belə demişlər: Ərəbcədən başqa dillərdə dua etmək haramdır. Lakin Əbu Hənifəyə görə namazla əlaqədar zikrlər ərəbcədən başqa dildə edilərsə, imameyindən (İmam Yusuf və İmam Muhamməd) fərqli olaraq təhrimən məkruh olmaqla yanaşı caiz olar.

    Şâfiîlərə görə Ərəbcə bilməyənlər, üzrləri səbəbiylə və aciz olduqları üçün, məndup olan dua və zikrləri öz dillərinə tərcümə edə bilərlər. Ancaq edə bilənlərin, bacaranların bunu etmələri caiz deyildir. Çünki üzrləri yoxdur.

    Hənəfilər, Hz. Huzeyfə`dən gələn bu hədis müvafiq olaraq səcdədə "Sübhanə rabbiyəl a'la" duasını oxuyurlar. Hüzeyfə (r.ə) deyir ki:

"Hz. Peyğəmbər rükuunda 'Sübhanə rabbiyəl azim'; səcdəsində də 'Sübhanə rabbiyəl a'la' deyərdi." (Əbu Davud, II / 30).

    Neçə dəfə söyləniləcəyi haqqında da ölçü alınan hədis budur: Abdullah b. Abbas bildirir:

"Sizdən biriniz rüku etdiyi zaman, üç dəfə 'sübhanəkə rabbiyəl azim' desin. Üç, təsbehin ən az miqdarıdır. Səcdə etdiyi vaxt də üç dəfə 'Sübhanəkə rabbiyəl a'lâ' desin; bu, təsbehin ən azıdır." (Əbu Davud, II / 40).

    Ancaq Rasulullahın səcdələrində bunun xaricində də fərqli dualar etdiyi bir gerçəkdir. Məsələn,

"Səbbih ismə rabbikəl a'lə";

"Subhanə rabbiyəl ə'la və bihamdihi";

"Subbuhun, quddusun, Rabbul mələikətihi vər-Ruhi";

"Subhanə zil-cəbərut vəl-mələkuti, vəl-kibriyai valazaməh";

"Allahummə Rabbənə və bihamdikə, Allâhümməğfirlî";

"Allâhümməğfirlî zənbi kulləhu diggahu və cilləhu və əvvələhu və âxirəhu alaniyətəhu və sırrahu";

"Əuzu bi rıdâkə min sehatike və əuzu bimuâfâtikə min uqûbətikə və əuzu bikə minkə la ahsî sənâən əleykə, əntə kəmə əsnəytə alə nəfsikə"

     kimi duaları, Hz. Peyğəmbər sallalalhu aleyhi və səlləm səcdələrində oxuyardı. (Əbu Davud, II / 28-35).

     Hənəfi məzhəbinə görə şəxsin səcdədə, hədisdə rəvayət edilən təsbihlərdən başqasını söyləməsi uyğun deyildir.

     Səcdədə "Sübhanə rabbiyəl ala" demək sünnədir. Bu səbəblə bu duanı tərk edən sünnəti tərk etmiş olar. Namazı keçərlidir.  Ancaq sünnə savabından məhrum qalar.

      Səcdədəykən, xüsusilə sünnə və nafilə namazlarda istədiyiniz qədər və istədiyiniz şəkildə dua edə bilərsiniz. Ancaq fərz namazlarda digər fərzləri gecikdirmə söz mövzusu olacağı üçün, vacibi tərk etdiyinizə görə məsul olarsınız və səhv səcdəsi edilməlidir.

     Ən gözəli yuxarıda verdiyimiz duanı üç dəfə söyləməkdir. Nafilə namazların səcdəsində isə sərbəst olaraq istədiyiniz kimi dua edə bilərsiniz.

      Fərz namazlarda duanın ölçüsü:

    - Namazın təşəhhüdündə "ət tahiyyatu, Allahümmə salli, Allahümmə barik, rəbbəna atina və rabbenağ firli" dualarının xaricində başqa dualar oxuna bilər mi?

     Dualarda əfdal olanları bunlardır. Bu baxımdan insanların sözlərinə bənzər tərzdə dua etmək və ya xalqdan istənilməsi hər zaman üçün mümkün olan şeyləri arzulayaraq bəzi sözlərlə dua etmək uyğun deyildir. Buna bir nümunə verək:

    «Allah'ım! məni filan qızla evləndir ... »,

     «Mənim tarla baxçama su endir ...» kimi.

     Məhz bu cür sözlərlə dua etmək doğru deyildir. Hətta caiz olmadığını söyləyənlər var ki, səhih olan da budur. (Əl-Ayni, Şərh-i Hidayə - Fətava-yi Hindiyyə.)

      Duada bu ölçünü nəzərə alanlara görə, «Allah'ım! Mənə çox mal ver» desə, namazı pozular. «Allah'ım! Mənə elm və həcc nəsib eylə» desə, namazı pozulmaz. Çünki birincisi xalq sözlərindən birdir. 

    Bunun üçün sünnəyə uyğun duaları əzbərləyib oxumaq daha uyğundur. Dilin başqa bir sözə sürüşməsinin qarşısını alar. (Əl-Velvaliciyye / Əbdürrəşid - Tatarhaniyyə.) 

     Ancaq bu mövzuda ümumi qaydanı unutmamaq lazımdır:

     Təşəhhüdə oturduqdan sonra, yəni «Ət-Tahiyyat'ı» oxuduqdan və ya onu oxuyacaq miqdar oturduqdan sonra, insanların sözünə bənzər məna və ölçüdə edilən dualar namazı pozmaz, ancaq şəxs belə etməklə namazdan çıxmış olar. Son fərz olan Təşəhhüd miqdarı qədər oturmaq yerinə yetirildiyi üçün, namazın pozulması söz mövzusu deyildir. Bu miqdar oturmadan göstərilən məna və ölçüdə dua edəcək olarsa, o təqdirdə namazı pozulmuş sayılır. (Ət-Tebyin / Zeylaî - Fətava-yi Hindiyyə.)

    Rəvayət yolu ilə sabit olan dualardan biri də, Əbu Bəkr Siddiq (Allah ondan razı olsun) 'dən nəql edilənidir:

 Rəsulullah Aleyhissalatu Vassəlam Əfəndimiz, namazda oxumaq üçün mənə bu duanı öyrətdi:

«Allahummə, inni zaləmtu nəfsi zulmən kəsiran va innəhu la yağfîru'z-zunube illə əntə, fəğfir li məğfiratən min indikə varhamnî innəkə əntə'l-ğafuru'r-Rahim.»

Mənası:

«Allah'ım! Mən özümə çox haqsızlıq etdim. Həqiqətən, günahları ancaq Sən bağışlayarsan; məni bağışla, öz qatından bir bağışlamayla məni məğfirətinə qovuşdur. Mənə mərhəmət ət. Çünki ancaq Sən həm Ğafur'san, həm Rahim`sən, »

      Böyük səhabə İbn Məsud (Allah ondan razı olsun) da daha çox bu duanı tövsiyə etmişdir:

 «Allahummə inni əsəlükə minə'l-xayri kullihi, mə alimtu minhu vama lâ a'ləmu və əuzu bikə minə'ş-şərri kullihi mə alimtu minhu vama lâ a'ləmu. »

Tərcüməsi:

«Allah`ım! Bildiyim, bilmədiyim bütün xeyirləri Səndən diləyirəm. Bildiyim və bilmədiyim bütün şər və pisliklərdən Sənə sığınıram. » 

    Ət-Tahiyyat və bəzi dualardan sonra bu duanı da etmək müstəhəbdir:

«Rabbî'c'alnî muqîmə's-Saləti və mîn zürriyyəti Rabbənə və təkabbəl duai. Rabbənə, iğfir li vəli validəyyə və lil mü'minînə yəvmə yəqumu'l-hisəb. »

Tərcüməsi:

«Ey Rəbbimiz! Məni də, soyumu da namaz qılanlardan et. Rəbbimiz! Duamızı qəbul et. Rəbbimiz! Məni, anamı-atamı və bütün möminləri insanların hesaba çəkiləcəkləri gün bağışla. » 

     (bax. Cəlal YILDIRIM, qaynaqlarıyla İslam Fiqhi, Uysal Kitabevi: 1 / 263-265; Prof. Dr. Vehbe Zuhayli, İslam Fiqhi Ensiklopediyası)

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 7.628 times
In order to make a comment, please login or register