İnsanlar nəvəsinin nəvəsini görən kimi cənnətlikdir deyilir. Bu doğrudur? Uzun yaşayanlar cənnətlikdir?

The Details of the Question
Bir də müəyyən bir yaşı keçdikdən sonra cənnətlikdir deyilir. Bu nə qədər doğrudur? Əgər belə bir şey varsa əvvəlki dövrlərdə yaşayanlar ən az dörd yüz il yaşayırlarmış, onların hamısı cənnətlik olmurmu? ..
The Answer

Dear Brother / Sister,

Cənnətə girməyin şərti imandır. Bu səbəbləbir insan nəqədər yaşayırsa yaşasın iman etmədiyi müddətcə cənnətə girə bilməz.

Həyatını imanla və ibadətlə keçirən, iman və ibadəti ruhunun bütün lətifələrinə və bədəninin bütün hüceyrələrinə yerləşmiş, iman və ibadət abidəsi olan bir nurlu qocanın əlbəttə cənnətə getmə ehtimalı çox yüksəkdir.

"Beli bükülmüş yaşlılarınız olmasaydı bəlalar üzərinizə sel kimi yağacaqdı."(Əl-Acluni, Kəşful-Xafa, II / 163; Süyuti, Kənzul-Ummal, IX / 167; İmam-ı Qəzali, İhyau Ulumid-din, s . 341; Məcmauz-Zəvaid, X / 227)

buyuran Peyğəmbərimiz (s.ə.s ) imanlı və ibadətli qocaların Allah qatında nəqədər qiymətli olduğunu ifadəetmişdir.

Bəzi kitablarda uzun müddət yaşayan və həyatını iman və ibadətlə keçirən yaşlı nənə və babaların imanla qəbrə girəcəkləri göstərilir. Sizin eşitdiyiniz sözlər bu ifadələrə əsaslana bilər ..

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 3.276 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR