İslamdakı fərqli məzhəblərin meydana gəlməsinin hikməti nədir?

The Details of the Question
İslamdakı fərqli məzhəblərin meydana gəlməsinin hikməti nədir?
The Answer

Dear Brother / Sister,

Bir qisim insanlar tərəfindən gündəmə gətirilən mövzulardan biri də "məzhəb" məsələsidir. Məzhəb məsələsini bir tərəfdən İslamda bir ayrılıq səbəbi kimi göstərməyə çalışır, digər tərəfdən bir sıra demaqoqluqlarla saf zehinləri bulandırmaq istəyirlər. Məsələyə bir az diqqətlə yanaşsaq, məzhəblərin bir ehtiyacdan meydana gəldiyi, heç cür ixtilaf ünsürü olmadığı aydın olacaq.

“Etiqad və əməl deyə iki qisimdən meydana gələn İslam dinində, məzhəblər, əməli (praktikada yaşanan) qisimləri əhatə edir. Birdən çox məzhəbin meydana gəlməsi, nəzəri prinsiplərin məzhəb imamları tərəfindən fərqli başa düşülməsindən irəli gəlmişdir.” (Məktubat, 449 )

Məsələn, Hz. Peyğəmbər (s.ə.v.) əfəndimiz namaz qılarkən mübarək alınlarına daş batır və alınları qanayır. Hz. Aişə (r.ə.) anamız daşı Peyğəmbər (s.ə.v.) əfəndimizin alnından götürərək yerə atır. Peyğəmbər (s.ə.v.) əfəndimiz yenidən dəstəmaz alaraq namazına davam edir. Hənəfi məzhəbi imamı, İmam Azam Əbu Hənifə həzrətləri ilə Şafii məzhəbi imamı, İmam Şafii həzrətləri dəstəmazı pozan halları ələ alarkən bu məsələni qiymətləndirirlər. İmamı Azam həzrətləri, "Peyğəmbər (s.ə.v.) əfəndimizin alnına batan daş qan çıxardığı üçün əfəndimiz dəstəmaz almışdır," hökmünə gəlir; Şafii həzrətləri isə dəstəmazın pozulmasını Hz. Aişə (r.ə.) anamızın Peyğəmbər (s.ə.v.) əfəndimizin alnına toxunmasına bağlamışdır. Beləcə Hənəfi məzhəbində az bir qan dəstəmazı pozan səbəblərdən biri olduğu halda, Şafii məzhəbində qadının təmasıyla dəstəmazın pozulması qayda olaraq mənimsənmişdir. Görüldüyü kimi hər iki hökm də doğrudur və haqlı bir səbəbə əsaslanır.

Məzhəblərin meydana gəlişi

Peyğəmbər (s.ə.v.) əfəndimizə qədər etiqadi nöqtələrdə eyni olan şəriətlər təfərrüat qisimlərində dəyişərək gəlmiş, hətta bir əsrdə ayrı-ayrı qövmlərə ayrı şəriətlər göndərilmişdir. Ancaq Peyğəmbər (s.ə.v.) əfəndimizlə birlikdə daha başqa şəriətlərə ehtiyac qalmamış və onun dini bütün əsrlərə kafi gəlmişdir. Lakin təfərrüat məsələlərdə bir sıra məzhəblərə ehtiyac qalmışdır. Haqq məzhəblərin imamları bu vəzifəni haqqıyla yerinə yetirmişlər və insan oğlunun bütün ehtiyaclarına cavab vermişlər. Peyğəmbər (s.ə.v.) əfəndimiz bir möcüzə olaraq bu imamların gələcəklərini və böyük bir vəzifə ifa edəcəklərini daha bunlar gəlmədən xəbər vermiş və bu görkəmli şəxsiyyətlər də etmiş olduqları xidmətlərlə Rəsulullah (s.ə.v.) əfəndimizi felən təsdiq etmişlər...

İslam məzhəbləri - bir iki cüzi məsələ xaric - heç bir zaman daxili müharibə və qarışıqlıqlara gətirib çıxarmamış və bu məzhəblərin imamları da bir-birinə daim hörmətlə yanaşmış, bir-birlərini rədd və inkar etməmişlər. Ayrıca bir məzhəb təsis etmək niyyətiylə ortaya iddialı bir şəkildə çıxmamışlar, daha sonra bir yerə toplanaraq bir məzhəb halına gətirilən ictihadlarını ehtiyac anında ortaya qoymuşlar.

Məsələn: İmamı Azam (H. 80-150) bir hadisə ilə əlaqədar olaraq fətva verdikləri zaman, "Bu Numan bin Sabitin (İmamı Azam) rəyidir. Çıxara bildiyimiz rəylərin ən gözəli budur. Kim bundan daha gözəlini irəli sürsə, doğruya daha yaxın olan odur,"-deyərdi.

İmam Malik (Maliki məzhəbi qurucusu, H. 93-179), "Mən bir bəşərəm. Bəzən səhv, bəzən də isabət edərəm. Bu səbəblə mənim rəy və ictihadımı araşdırın. Kitab və ya sünnətə uyğun görsəniz, qəbul edin, görməsəniz rədd edin,"-demişdir. (Hayreddin Karaman, Fiqh Üsulu, 33)

Hənbəli məzhəbi qurucusu İmamı Hənbəli (H. 164-241) və İmamı Şafii həzrətləri (H. 150 - 204) də heç bir zaman iddialı danışmamış və həmkarlarını təhqir edici sözlər söyləməmişlər. Daha sonra bu böyük insanların rəy və ictihadları tələbələri və alimlər tərəfindən bir araya gətirilərək Müsəlmanların könül rahatlığı ilə ibadət etmələri təmin edilmişdir.

Haqq birdən çox olarmı?

Bir zamanlar qəzet səhifələrində Müsəlmanlara meydan oxuyarcasına soruşulan və hələ də təkrarlanan bir sual vardır: "Haqq bir olar; necə dörd məzhəbin ayrı-ayrı, bəzən bir-birinə zidd hökmləri haqq ola bilər?"

Bu suala Bədiüzzaman Səid Nursi həzrətləri xülasə ilə bu cavabı verər: "Bir su, beş müxtəlif mizaçlı xəstələrə görə beş hökm alır. Əhəmiyyətli miqdarda su itirən bir xəstəyə su içməsi vacibdir, şərtdir. Yeni əməliyyatdan çıxmış bir xəstəyə zəhər kimi zərərlidir. Tibbən ona haramdır. Digər bir xəstəyə qismən zərərlidir; su içmək ona tibbən məkruhdur. Digər birinə zərərsiz mənfəət verər, tibbən ona sünnətdir. Digər birinə də nə zərərdir nə də mənfəətdir. Tibbən ona mübahdır, nuşla içsin... Bax burada haqq təəddüt etdi, birdən çox oldu. Beşi də haqdır. "Su təkcə dərmandır, təkcə vacibdir, başqa hökmü yoxdur,"-deyilə bilərmi?

Bunun kimi İlahi hökmlər məzhəblərə uyanlara görə dəyişir. Həm də haqq olaraq dəyişir və hər biri də haqq olur, məsləhət olur.

Bir-birindən fərqli kimi görünən məzhəblərdəki təfərrüat məsələlərinin hansını ələ alsaq, imamların əsaslandıqları nöqtələrin haqq və həqiqət olduğunu görə bilərik. Bu barədə İmam Şarani həzrətləri "Mizan" adlı bir əsər yazmış, məzhəb imamları arasında müqayisə apararaq hansı hökmü necə anladıqlarını ortaya qoymuşdur.

Bir misal:

Məzhəb imamları İslami məsələlərdə deyil, tətbiq tərzində özlərinə görə haqlı səbəblərlə ixtilaf etmişlər. Məsələn dəstəmaz alarkən başa məsh çəkməkdə bütün imamlar ittifaq etmişlər. Ancaq məshin tərzində və miqdarında ixtilaf etmişlər.

Dəstəmazı bizlərə fərz edən Rəbbimizin, "Başınıza məsh çəkin," əmri "bi ruusikum" ibarəsiylə gəlmişdir. Dillərin ən zəngini olan Ərəbcədə müxtəlif sözlərin əvvəlində gələn “b” hərfi, bəzən "gözəlləşdirmək", bəzən "bəzi" mənasını vermək, bəzən də "bitişdirmək" mənasını vermək üçün gəlir. Dəstəmaz ayəsinin "ruusiküm" sözünün əvvəlində gələn “b” hərfini məzhəb imamlarının hər biri ayrı mənada anlamışlar və bundan fərqli bir tətbiq ortaya çıxmışdır.

Bunun üçündür ki İmamı Malik həzrətləri: "Başa məsh çəkərkən, başın hamısı məsh edilməlidir. Çünki buradakı “b” hərfi sözü gözəlləşdirmək üçün gəlmişdir. Tək başına bir mənası yoxdur" deyir.

İmamı Əbu Hənifə həzrətləri isə: "Bu “b”, bəzi mənasını verən “b”-dir. Başın bir qisminə məsh çəkilsə kifayətdir,"-deyir.

İmamı Şafii həzrətləri isə: "Bu “b”, bitişmək mənasını verən “b”-dir. Yalnız əlin başa bitişməsi, bir neçə saça dəyməsi kifayət edər, məsh tamam olar,"-deyir. Hal belə olunca məzhəb imamlarının hər birinin haqq yolda olduqları, təfərrüatdakı ayrılıq kimi görünən hökmlərin bir ixtilaf mövzusu olmadığı öz-özünə ortaya çıxır və pis məqsədli olanların iddialarının boş olduğunu göstərir...

* * * * *

İslami məzhəblər ilə xristianlıqdakı məzhəblər arasında bənzərlikdən söhbət gedə bilərmi?

Müəllif: Mehmet Kırkıncı 2006-05-09

İslam dinindəki məzhəblər ilə Xristian dinindəki məzhəblər arasında böyük fərqlər vardır. Çünki İslami məzhəblər etiqad və ibadətə aid təməl hökmlərdə müttəfiqdirlər. Xristian aləmindəki məzhəblər isə bir-birlərinin küfrünə, dəlalətinə hökm etmişlər, hər birisi sanki müstəqil bir din halını almışdır. Aralarında illərcə davam edən mübarizələr olmuşdur.

İslam məzhəbləri ilə Xristian məzhəblərinin arasındakı fərqliliyin təməlində bu məzhəblərin meydana gəlmə şəkli dayanır.

İslam məzhəblərinin üç ana qaynaqdan bəsləndiyini görürük:

Birincisi Qurandır. Məzhəblər, eyni Quranın ictihada açıq ayələrinin fərqli şərh olunmasından yaranmışlar.

Xristianlıqda isə İncil bir dənə deyil. Yetmişə çatan İncil sayı, İznik yığıncağı ilə ancaq dördə endirilə bilmişdir. Fərqli İncillərdən yaranan məzhəblərin isə ayrı bir din kimi ortaya çıxması qaçınılmaz olmuşdur.

İkinci qaynaq Hədisdir. Allah Elçisi (s.ə.v.) şəxsən ictihad etmişlər və bu ictihadlar məzhəb imamları üçün əhəmiyyətli bir qaynaq olmuşdur. Həzrəti İsa (ə.s.)-ın isə İncil üzərində etdiyi bir ictihad göstərilmir.

Üçüncü qaynaq əshabələrin etdikləri ictihadlardır. Bu ictihadların bir qismi Rəsulullah həyatda ikən edilmiş və onun qəbuluna məzhər olmuşdur. Allah Rəsulunun (s.ə.v), əshabənin alimlərinə ictihad icazəsi verməsi ilə, əshabələr tərəfindən bir çox ictihadlar edilmişdir. Bunlar da məzhəblər üçün üçüncü əhəmiyyətli qaynaqdır.

Beləliklə, məzhəb imamları bu üç qaynaqda açıq hökmü olmayan bəzi yeni məsələlərdə ictihad etmişlər. Bunlar isə şəriətin ancaq yüzdə onunu təşkil edir.

Xristianlıqda isə həvarilərə əsaslanan bir ictihad da yoxdur.

Belə halda, keşişlər yuxarıda sayılan üç qaynaqdan məhrum qalmışlar və öz həvəslərinə, zənlərinə, bəzən də mənfəətlərinə görə şəxsi görüşlər ifadə etməkdə sərbəst qala bilmişlər və bir-birinə zidd məzhəblər ortaya çıxmışdır.

Xristianlıq dini, ruhani rəislərin əlində bir zülm və təhkim vasitəsi olaraq istifadə edilmişdir.

Bədiüzzaman Həzrətləri bu cəhəti belə ifadə etmişdir:

“Havas və hökumət adamları əlində çox zaman Dini-Xristiyani, xüsusən Katolik Məzhəbi; bir vasiteyi-təhəkküm və istibdad olmuşdu. Havas, o vasitə ilə nüfuzlarını avam üzərində davam etdirirdilər. Və "sərsəri" təbir etdikləri avam təbəqəsində intibaha gələn hamiyətpərvərlərini və havas zalımların istibdadına qarşı hücum edən azadlıqpərvərlərin mütəfəkkir qisimlərini əzməyə vasitə olduğundan, və dörtyüz ilə yaxın Firəngistanda qiyamlar ilə istirahəti-bəşəriyəni pozmağa və həyatı-içtimaiyəni zirü-zəbər etməyə bir səbəb qəbul edildiyindən; o məzhəbə, dinsizlik adına deyil, bəlkə Xristianlığın digər bir məzhəbi adına hücum edildi.”

Digər tərəfdən, İslamiyyətdə "düşün, sonra iman et" həqiqəti hakimdir. Xristianlıqda isə "Düşünmədən inanacaqsan, sonra yenə düşünməyəcəksən" xurafatı hakimdir. Çünki Xristianlıqda din ağılın hökmlərinə ziddir. Hətta, iman barəsində təfəkkür küfrdür. Bir Xristian ruhani rəisinin nəsihəti belədir: “Əsla ağılı rəhbər tutmayın, çünki din ağıla tamamilə müxalifdir."

İslam dini dəlil ilə bir şeyi qəbul etməyi əmr edər. Xristianlarda isə dəlil ilə məşğuliyyət gərəksizdir. Bununla məşğul olanlar alçaldılır. Keşişlər din adına təlqin etdikləri fərziyyə və xurafatlar ilə heç bir zaman ağılı qane edə və vicdanları hüzura qovuşdura bilməmişlər. Yalnız həqiqət ilə xurafatları fərqləndirə bilməyəcək qədər şüursuz olan bir qisim avam insanları aldatmışlar.

Bədiüzzaman Həzrətləri Xütbə-i Şamiyə adlı əsərində:

"Biz, Quran şagirdləri olan Müsəlmanlar, bürhana (qüvvətli dəlil) tabe oluruq. Ağıl və fikir və qəlbimizlə həqaiqi-imaniyəyə giririk. Başqa dinlərin bəzi əfradları kimi ruhaniləri təqlid üçün bürhanı buraxmırıq,"- buyurur. Yenə bir başqa əsərində də: "hər deyilən sözün qəlbə girməsinə yol verməyin. Sizə söylədiyim sözlər xəyalın əlində qalsın, məhəng daşına vurun. Əgər qızıl çıxdı isə qəlbdə saxlayın,"-buyurmuşdur.

İslamiyyətdə müctəhid və mürşidlər tərəfindən ortaya qoyulan həqiqətlər araşdırıldıqda, bu həqiqətlərin əqli və nəqli dəlillərə söykəndiyi görülür.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 3.952 times
In order to make a comment, please login or register