Kişi zövcəsiylə namazı necə qılmalıdır?
Submitted by on Sun, 22/11/2015 - 09:23
Dear Brother / Sister,
Və aleykum Salam.
İnsan evdə həyat yoldaşı ilə camaatla namaz qıla bilərmi? Camaatla namaz necə qılınır? İmam olan kişi Fatihə və bir surəni içindən oxumalıdır yoxsa səsli? Kişi içindən ya da xaricindən oxuyarkən, camaatdakı adam ya da adamlar də içindən oxumalıdırmı?
Beş vaxt namazı camaatla qılmaq mömin kişilər üçün vacibə yaxın müəkkəd sünnətdir. Peyğəmbər Əfəndimiz (s.ə.s.) bütün namazlarını camaatla qıldığı kimi, bir çox hədislərində də namazı camaatla qılmağın fəzilətini dilə gətirmiş, camaat savabından məhrum qalınmamasını tövsiyyə etmişdir.
Namazın camaatla qılınması qadınlar üçün müəkkəd sünnət olmamaqla bərabər, onlar da imkan nisbətində bu savabdan nəsiblərini ala bilərlər.
İmamlıqda axtarılan bir şərt də imamın kişi olmasıdır. Bunun üçün qadın kişiyə imam ola bilməz. Qadının qadına imamlığı və namaz səhihdirsə də məkruhdur. Əgər qadınlar öz aralarında camaatla namaz qılacaq olsalar, imamlığa keçəcək qadın ortada, aralarında durur, önlərinə keçməz. İmam olan qadının bir az qabaqda dayanması məkruhdur. Ən yaxşısı və üstün olanı, qadınların camaat qurmayıb namazlarını tək başlarına qılmalarıdır.
Evdə ailəlikcə camaatla namaz qılına bilər. Ailə fərdləri bu nizama görə dururlar:
Ata imam olur, oğlan uşaqları onun arxasına, ana bir səf arxada, qız uşaqları da onun bir səf arxasında dururlar. Fəqət yer uyğun deyilsə, bunlar bir ayaq boyu geri dururlar. Həmişə birlikdə camaatla namazlarını əda edərlər.
Evdə yalnız ər-arvad varsa, bu vəziyyətdə kişi imam olur, qadın da camaat olur. Qadın imamdan bir saf boyu geridə durur. Lakin yer uyğun deyilsə, qadın imamın topuq xəttini keçməyəcək şəkildə yanında dayana bilər. Tam xətdə dayansa namaz pozular. Namazı bu şəkildə camaatla qılmaq sünnətdir, qılanlar camaat savabını alırlar. Bu namazın camaatla qılınan digər namazlardan fərqi yalnız yuxarıda sözünü etdiyimiz xüsusiyyətlərdir.
Qadın kişilərin olduğu yerdə müəzzinlik edə bilməz. Ancaq həyat yoldaşı və uşaqlarının yanında müəzzinlik etməsinin bir qorxusu yoxdur.
Bu anda bu vəziyyəti də xatırladaq: Ər-arvad eyni namazın fərzini camaatla deyil də, ayrı olaraq qılacaq olsalar bir cizgidə durmalarında məhzur yoxdur. Evdə qılınan camaatla namaza, kişinin özünə nigahı düşən və ya düşməyən qadın əqrabaları da qatıla bilərlər. Kişi yaxınları varsa, yuxarıda təsvir etdiyimiz səf tərtibinə görə camaat olurlar.
Namazın evdə camaatla qılınması, evdə mənəvi bir havanın təşəkkülünə səbəb olması baxımından əhəmiyyətlidir. Beləcə namaz qılma çağına gəlməmiş olan uşaq belə camaatda iştirak etmə sevinciylə ruhlarında namazın zövqünü yaşayarlar. Bu vəsiləylə həmçinin evdə namazın vaxtında qılınması reallaşdırılmış olur.
Camaatla qılınan namazlarda imam səhər, axşam və yatsı namazını səsli, günorta və ikindi namazlarını isə səssiz oxuyur. Camaat isə Fatihə və zəmmi surə oxumaz və susar.
Imama uyan bir kəs, yəni muqtədî, imam təkbir aldıqdan sonra, o da təkbir alaraq namaza durur. Yalnız Subhanəkəni oxuyub sükut edər. Fatihə və başqa ayə oxumaz. İmam rükuya getdiyi zaman, o da təkbir gətirərək rükuya gedər. Rükudaki təsbehləri söyləyər. İmam rükudan "Səmiallahu limən həmidəh" deyərək qalxır, doğrulduğunda isə, "Rəbbəna ləkəl-həmd." deyər. Səcdəyə gedəndə də səcdə tərifini oxuyar. Üç və ya dörd rükətli namazların ilk oturuşunda yalnız Təhiyyat oxunur. Son oturuşda isə, Təhiyyat ilə birlikdə salavat və dualar oxunaraq imamla birlikdə salam verilir.
İmama uyan kimsənin, onun arxasında Fatihə və zəmmi-surə oxuması təhrimən məkruhdur. Çünki imam camaata riyasətən (rəis, başçı olaraq) oxumaqdadır. İmamın oxuması camaatın oxuması yerinə də keçər. Necə ki, hədisi-i şərifdə də bu xüsusiyyət sarih (açıq olaraq) göstərilmişdir. Ancaq İmam-ı Muhamməd, imamın qiraəti aşkar oxuduğu namazlarda camaatın oxumasını məkruh görmüşdürsə də, imamın gizli oxuduğu yerlərdə camaatın da oxumasını caiz görmüşdür.
Suallarla İslam
- Bayram və Bayram Namazları
- Qəza namazı qılmaq üçün, qadınlar da azan oxuyub və qamət gətirməlidirlər?
- Camaat namazı.
- Cümə, Cənazə (meyit), Təravih, Bayram, Səfər Namazları ve Namazların qəzası
- Camaatla namaz qılarkən, ayaqların sağ və solda duran adamların ayaqları ilə bitişməsi mövzusunda bir hədis vardırmı? Səflərdə diqqət edilməsi lazım olan mövzular nələrdir?
- Fərqli məzhəbdən olanlara imam olacaq kimsənin diqqət yetirməsi lazım olan xüsuslar nələrdir, dəstəmaz vəziyyəti necədir?
- Namazın fərdi və ictimai faydaları nələrdir
- Qadınların öz aralarında camaatla namaz qılmaları
- Namazda imamın qiraətini dinlənilmədiyinə görə namaz pozular mi? Qiyamda olarkən imamın oxuduğu Qur'anı dinləmək fərzdir. Amma bəzən insanın ağlı bir anlıq başqa bir yerə gedir və bəzi ayələri qaçırır...
- Namaz