Məkkə Peyğəmbərimizin (s.ə.s.) duası ilə quraqlıqdan necə xilas oldu?

Sualın detalları
Məkkə Peyğəmbərimizin (s.ə.s.) duası ilə quraqlıqdan necə xilas oldu?
The Answer

Dear Brother / Sister,

Sevimli Peyğəmbərimiz (s.ə.s.), hələ babası Abdülmuttalibin himayəsində idi. Quraqlıq üzündən Məkkə və ətrafı dəhşətli bir çətinlik və qıtlıq içində qıvrılıb dayanırdı. Abdülmuttalib, böyüklüyünü anladığı nəvəsini Əfəndimizi yanına alaraqoğlu Əbu Talib ilə birlikdə Əbu Kubeys Dağına çıxdı. Onların arxasınca da Qureyşlilər gəlirdi.

Abdülmuttalib üzünü Kəbəyə çevirdi və Peyğəmbər Əfəndimizi üç səfər səmaya doğru qaldıraraq, "Allahım! Bu uşaq haqqı üçün, bizi bərəkətli bir yağış ilə sevindir" deyə yalvardı. Kainatın Əfəndisinin üzü hörmətinə edilən dua qəbul oldu. Anında yağış damlalarıyla xalqın və Qureyş şərəflisinin sevinc gözyaşları bir-birinə qarışdı.

Bütün bu olub bitənlər, babanın nəvəsinə qarşı içdən sevgisi və bağlılığını qat qat artırır, gələcəkdə böyük bir insan olacağı qənaətini qüvvətləndirirdi. Bunun üçün də Nur Nəvəsinə böyük bir qayğı göstərirdi.

 

Saleh Suruç

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 5.559 times
In order to make a comment, please login or register