Məkkədə yaşamaqla başqa bir yerdə yaşamaq arasında nə kimi fərq var?
Dear Brother / Sister,
Va aleykumussalam!
Məkkədə (Allah şərəf və izzətini artırsın) yaşamaqla Məkkə xaricində yaşamaq eynidir. Məkkədən uzaqda yaşayıb salih əməllə ömür sürmək, Məkkədə yaşayıb günahkar olmaqdan daha xeyirlidir. Məkkədə yaşamağın ömrün çoxaldacağına və ya uzadacağına gəlincə bu da etiqadımıza və əqidəmizə ziddir. Bizim etiqadımıza görə Allahın verdiyi ömür hansısa bir yan səbəblə artıb azalmaz. Sadəcə bunu qeyd etmək olar ki, nəticə etibarı ilə Məkkədə yaşayıb günah və pisliklərdən uzaq yaşayanın ömrü digərinə nisbətən daha bərəkətli ola bilər. O mənada ki, məsələn əməl dəftərində daha çox təvaf və ya daha cox namaz ola bilər. Amma bir insan Məkkədə yaşasa altmış il, yaşamasa əlli doqquz il ömür sürəcək deyə bir şey ola bilməz, yoxdur, bunu iddia edənin dəlili də yoxdur. Ən doğrusunu Allah bilir.
Suallarla İslam

