Müsibətlərin Allah'ın qəhrinin təcəllisi olduğu deyilir. Hər müsibət üçün bunu söyləyə bilərikmi?

The Details of the Question
Müsibətlərin Allah'ın qəhrinin təcəllisi olduğu deyilir. Hər müsibət üçün bunu söyləmək mümkün müdir?
The Answer

Dear Brother / Sister,

     Hər müsibət qəhr deyildir; hər müsibəti, hər xəstəliyi yaxud hər fəlakəti mütləq bir qəhr təcəllisi olaraq görməmək gərək.

    Bir hədis-i şərifdədəbeləbuyurulur:

"Bəlaların ən böyüyü peyğəmbərlərə, sonra övliyaya, sonra digər xas qullara gələr." (bax. Münavi, Feyzü'l-Qadir, 1/519, no: 1056; əl-Hakim, əl-Müstədrək, 3/343)

    Bəla deyilincə"müsibətlərlə imtahan olmağı" anlayırıq. Ağır imtahanların nəticələri dəböyükdür. Tələbə imtihanıyla, məsələn məməmurun imtahanında soruşulan suallar əlbəttəbir deyil. Birincisi ikincidən nəqədər asansa, ikincinin nəticəsi dəbirincidən o qədər önəmli.

    Mövzuyla əlaqədar gözəl bir təsbit:

"Qədərin hər şeyi gözəldir, xeyirdir. Ondan gələn şər dəxeyirdir. Çirkinlik dəgözəldir." (Sözlər)

    İnsan əvvəlcəöz bədənini bir nəzərdən keçirməli. Hər orqanını ayrı-ayrı düşünməli. Və öz-özünə deməli:

    Hansının yeri, şəkili, ölçüsü, vəzifəsi ən gözəl şəkildə təqdir edilməmiş? Sonra öz ruh dünyasına intiqal etməli vəeyni düşüncəni o aləm üçün də davam etdirməli: Yaddaşmı gərəksiz, xəyalmı? Sevgimi artıq, qorxumu?

    Bədən bütün orqanlarıyla bir bütün təşkil etdiyi və ancaq o zaman fayda təmin etdiyi kimi, ruh da bütün duyğuları, hissiyyatı və lâtifələriylə bir bütün. O da ancaq bu şəkiliylə nəticə verəbilir. İnsan ruhundan, ağıl və yaddaşı çəkib alsanız heç bir funksiya icra edəbilməz olar. Narahatçılıq duyğusunu alsanız tənbəlləşər; nə dünyasına çalışar nə axirətinə. Qorxunu çıxsanız, həyatını qoruya bilməz hala gələr. Sevgi hissi daşımasa, heç bir şeydən zövq ala bilməz.

    Məhz insanın, həm bədəni həm dəruhu ən gözəl vəən hikmətli bir şəkildə tənzim edilmiş. Buna "bədihi qədər" deyilir. Eyni şəkildə, insanın bir ömür boyu başından keçən hadisələr dənizamlı və intizamlı. Buna da "mənəvi qədər" deyilməkdə. Bədihi qədər, mənəvi qədərdən xəbər verir. Hər ikisinin dəhər şeyi gözəl ... Əlbəttəki, cüzi iradəylə işlənən günahlar, üsyanlar xaric.

     Mənəvi qədərin iradəmiz xaricindəki təcəlliləri qarşısında, aciz bir qul olaraq, nə edəcəyimizi bilmədiyimiz, vurnuxduğumuz zaman, dərhal bədihi qədərə və ondakı sonsuz hikmətlərə nəzər etməliyik. Məsələn, ana rəhmindəki rahimanə tərbiyəmizi xatırlamalıyıq: O dövrdə İlâhî hikmət vərəhmət bizi ən gözəl şəkildə tərbiyə edirdi və biz olanların heç birinin fərqində deyildik.

    İndi də eyni rəhmətin başqa cilvələriylə yaşayırıq.

    "Allah'a qarşı hüsnüzən ibadətdir." (bax. Əbu Nuaym, Hilyətül-Övliya, III / 263)

    hədisindən dərsimizi tam alaraq, bizi o gün o şəkildə bəsləyən, böyüdən və hər şeyimizi ən gözəl şəkildə tənzim edən Rəbbimizin rəhmətinə etimad etməliyik. Qarşılaşdığımız hər hadisəni bir imtahan sualı olaraq dəyərləndirməli və nəfsimizin xoşuna gəlməyən hadisələrdə də bir rəhmət təcəllisi axtarmalıyıq. İnsan yalnız nəfsini ölçü aldımı yanılır. Bir gəncin nəfsi, məktəbə getməmək və oyun oynamaqdan yanadır. Amma ağıl bunun qarşısına çıxar. Gələcəkdəki gözəl məqamları, yaxud çəkəcəyi çətinlikləri göstərər, onu oyundan vaz keçirər. Demək ki, nəfs üçün gözəl olan, ağıl üçün gözəl olmur.

    Qəlb isətamam ayrı bir aləm. O, iman ilə nurlanarsa, hər şeyi vəhər hadisəni İlâhî isimlərin bir təcəllisi olaraq görər. "Allah'ın bütün isimləri gözəl olduğu kimi, onların bütün cilvələri, bütün təcəlliləri, təzahürləri də gözəldir." həqiqətinə çatar. Artıq bu bəxtiyar qul üçün, çirkinlik deyə bir şey qalmaz ortada.

    "Qəhrin də xoş, lütfün də xoş."deyənlər, bu məqama çatmış bəxtiyar insanlardır. Bu şəxslər, "Allah onları sevər, onlarda Allah'ı" sirrinə qovuşmuşlar.

    Nur Küllayatı'nda, gözəllik iki qisimdə incələnir: "Birbaşa gözəl" və"nəticələri etibarilə gözəl" deyə. Bu təsnifata bəzi nümunələr verə bilərik: Gündüz birbaşa gözəldir, gecənin də özünə görə ayrı bir gözəlliyi vardır. Biri oyanıqlığı, digəri yatmağı xatırladır. İkisinə də ehtiyacımız olduğu aydın deyil mi?

    Digər tərəfdən, meyvə birbaşa gözəldir, dərman isə nəticəsi etibarilə gözəl.

    İnsanın müxatəb olduğu hadisələr dəya gecə kimidir, yaxud gündüz kimi. Sağlamlıq gündüzü xatırladır, xəstəlik isə gecəni. Xəstəliyin günahlara kəffarə olduğu, insana acizliyini dərs verdiyi, qulluğunu xəbərdar etdiyi, qəlbini dünyadan kəsib Rəbbinə çevirdiyi düşünülərsə, onun da, ən az sağlamlıq qədər böyük bir nemət olduğu görülər. Sağlamlıq bədənin bayramıdır, xəstəlik isə qəlbə qidadır.

    "Gecə və gündüz" bu kainatda fasiləsiz fəaliyyət göstərən "cəlal və camal" təcəllilərinin sadəcə bir halqası. Elektrikin mənfi və müsbət qütbləri, gözün qarası və ağı, qanın qırmızı və ağ qan leykositləri kimi daha nə qədər halqalar var. İç dünyamızda və xarici aləmdə bu ikiliklərlə əhatə edilmiş və hər birindən ayrı faydalar əldə edirik.

    Mövzuyla əlaqədar bir ayət-i kərimənin tərcümələri belədir:

"Olur ki, sizin bir şeydən xoşunuz gəlməz, halbuki o, haqqınızda bir xeyirdir. Və olur ki, bir şeyi sevərsiniz, halbuki haqqınızda o bir şərdir."(Bəqərə, 2/216)

     Ayəti-i kərimə cihadla əlaqədar, amma hökmü ümumi. Və bu ayə ilə bir başqa "ikili" nəzərimizə verilir: Hərb və sülh. Sülh yəni sülh gündüz kimidir, hər kəsin xoşuna gələr; hərb isə gecəni xatırladır. Amma lazım gəldikdə hərb etməyənlərin gələcəyi, istiqbalı qaralar, nəsilləri daimi bir zülmətə boğular. Cihadda şəhid olanlar isə bir anda vəlayət məqamına çıxarlar və itirdikləri dünya həyatı onların bu yeni həyatları yanında gecəkimi qalar.

    Ölümdən daha irəli bir müsibət düşünüləbilərmi? Ayəti-i kərimə, nəfsin xoşlanmadığı bu hadisənin altında böyük xeyirlər olduğunu xəbər verməklə, dünyanın digər bəlaları, xəstəlikləri, fəlakətləri üçün bizlərə böyük bir təsəlli vermiş olmur mu?

    Bir hədis-i qüdsi:

"Mərhəmətim qəzəbimi keçdi." (bax. Acluni, Kəşfül-Xafa, 1/448)

    Bu hədis-i qüdsiyə belə bir məna verilmişdir:

    "Hər müsibətin altında Allah'ın elə rəhmət cilvələri vardır ki, o müsibətin verdiyi əzabları, ağrıları keçmişdir."

    Əbədiyyət yanında ömür bir an kimi dəqalmır. Bu qısa həyatda başımıza gələn xəstəliklər, bəlalar, sıxıntılar əbədi həyatımız haqqında xeyirli olursa, nə qəm! Sonsuza görə yetmiş-səksən ilin nə hökmü var?! .. Bu dünyanın bütün fani bəlaları və sıkıntıları əbədi səadət yanında heç hökmündə qalmır mı?

    Amma, insanın nəfsi, hazır zövqü istəyir; gələcəyə nəzər etməz. O sahə, ağıl və qəlbə aiddir. Az öncə də qeyd etdiyimiz kimi, hər müsibət mütləq "qəhr" deyildir. Nəfsimizin xoşuna getməyən və fâni dünyamızı qaraldan hadisələr: Ya İlâhî bir xəbərdarlıqdır, bizi yanlış yoldan geri çevirər. Və ya, günahlarımıza kəffarədir; ağrımızı bu dünyada çəkdirər, əbədi aləmə buraxmaz. Yaxud, insan qəlbini fani dünya həyatından, Allah'a v əaxirətə çevirməyə bir vasitədir.

    Digər tərəfdən, müsibətlər insan üçün səbir imtahanıdır; bu imtahanı qazanmanın mükafatı isə çox böyükdür.

    Son olaraq, bunlar İlâhî bir şillə, bir Qəhrdir. Ümumi müsibətlərdə bunların hamısının də hissəsi ola bilər. Bir qrup üçün qəhr, bir başqası üçün xəbərdarlıq, bir digəri üçün günahlara kəffarə...

    Fərdi bəlalarda isə, bizə görən salamat yol, bu olsa gərək:

    Müsibət öz başımıza gəlmişsə, nəfsimizi günahlandıraq; onu tövbəyə sövq edək. Başqalarına gələn bəla və fəlakətlər isə onların tərəqqilərinə vəsilə bilək. Beləcə həm nəfs tərbiyəsində yol qət etmiş, həm də başqaları haqqında pis düşünməkdən qurtulmuş olarıq.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Read 706 times
In order to make a comment, please login or register