Muta nigahı(Siyğə)

The Details of the Question
Salam Aleykum və Rahmətullahi və Bərakətuh Hənəfi məzhəbinə görə siyğə necə dəyərləndirilir?
The Answer

Dear Brother / Sister,

Və aleykum Salam və Rahmətullah. Muta nigahı , ödəniş müqabilində müəyyən bir müddət üçün qadınla evlənməkdir. Câhiliyyətdə mübah olduğu kimi, İslamın ilk günlərində də mübah idi. Sonra nəsx edilib qüvvədən qaldırıldı.

Tirmizi belə deyir: "Muta nigahı İslamın ilk günlərində idi. Adam bir şəhərə gedəndə kimsə ilə tanış olmadığına görə orada qalacağı müddət qədər bir qadınla evlənə bilər. O da əşyasına baxar, mühafizə edər, işini nizama salardı."

Muta nigahının haram olduğuna dair ittifaq vardır. Rafizilər ilə Şiələr istisna olmaqla, bütün uləma haram olduğunu qəbul edir.

İbn Abbas, muta nigahının uzun zaman nəsx edilmədiyini söyləyirdi. Sonralar isə mənsuh (hökmdən qaldırılmış) olduğunu qəbul edərək elan etdi. Bir gün İbn al-Zübeyr ilə İbn Abbas arasında muta nigahı barəsində ixtilaf oldu. İbn Zübeyr, İbn Abbasa sataşaraq: "Nə oldu, bəzi kəslərin gözü kor olduğu kimi bəsirəti də bağlandı. Rəsulullahın muta nigâhına icazə verdiyini söyləyirlər." dedi.

Bundan aydın olur ki İbn Abbas nəsxdən yəni muta nigahının haram qılındığından xəbərsiz idi, nəsx halını öyrənincə görüşündən döndü. Necə ki, Səid bin Cübeyrdən belə rəvayət edilmişdir: "İbn Abbas bir gün bir xütbə oxudu, dedi ki: Muta nigahı leş, qan və donuz əti kimidir." (Əl-Fiqh alə'l-Məzâhib al-arba'a VI / 90-93).

(Bax. Halil GÜNəNÇ, Günümüz məsələlərinə Fətvalar, II / 122)

Əlavə məlumat üçün:

MUT`A

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 5.194 times
In order to make a comment, please login or register