Nəzir qurbanının ətindən kimlər yeyə bilməz? Əgər mən özüm səhvən yemişəmsə bunun hökmü nədir?
Submitted by on Sun, 18/05/2014 - 16:08
Dear Brother / Sister,
Və aleykum Salam və rahmətullah.
Cənab-ı Haqq övladınızı saleh qullarından eyləsin.İnsanlığa, millətimizə, ata-anasına xeyirli və sadiq övladlardan olsun. Allah onu madii və mənəvi bütün şər qüvvələrdən qorusun, ilk dünyaya gəldiyi kimi onu təmiz və pak saxlasın. Amin...
Bilindiyi kimi adak (nəzir, əhd) insanın fərz və ya vacib cinsindən bir ibadəti edəcəyinə dair Allah`a söz verərək o ibadəti özünə borc etməsi deməkdir. Əhd (nəzir) fərdin, arzu etdiyinə qovuşmaq, qorxduğundan çəkinmək barəsində Allah`ın kömək və dəstəyini təmin etmək məqsədiylə, özlüyündən bir sıra dini mükəlləfiyyətlər altına girməsi olaraq şərh oluna bilər.
Hz.Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ilə öndə gələn səhabələrinin tətbiqləri göz önünədə saxlanıldığında, irəlidə olması istənilən bir şey üçün nəzir verməyin dinən tövsiyə edilən bir şey olmadığı görülər. Əslində belə bir nəzir Allah`ın təqdirini dəyişdirməz. Müqəddər nə isə o da olar. Ancaq şərtlərinə uyğun olaraq deyilən nəzirin yerinə yetirilməsi də vacibdir .
Adak (Nəzir) qurbanının ətinin, nəzir deyən (əhd edən) adamın həyat yoldaşı , üsul və fürûu (yəni anası, atası, nənələr,babaları, uşaqları, nəvələri) xaricində olan kasıblara paylanması lazımdır. Bunların xaricindəki qohumlar yoxsuldurlarsa onlar da yeyə bilərlər. Bu ət kasıbların haqqıdır. Zənginlər bundan yeyə bilməzlər.
Adak (nəzir) heyvanın ətindən, adak ətini yeməsi caiz olmayanlar yesə, yedikləri ətin qiymətini sədəqə vermələri lazımdır. Yəni nə qədər yediklərini müəyyən edib, onun qiymətini hesablayıb, o dəyərdə sədəqə(məsələn pul) verilməlidir. Bundan başqa nəzir verilən ətdən istifadə edənlər, o ətdən nəzir sahiblərinə və ya zənginlərə ikram etmələri caizdir, yeyə bilərlər. Çünki, ət onların mülkiyyətinə keçdiyindən istədikləri kimi istifadə edə bilərlər.
Adamın kəsəcəyi qurbanı şəxsən satın alması , özünün kəsməsi və ya kəsilərkən yanında olması , - qurbanın səhih olması üçün - lazım deyil. Bunlar vəkalət yoluyla da edilə bilər. Çünki qurban, pulla olan bir ibadətdir. Pulla olan ibadətlərdə vəkalət, mütləq olaraq caizdir. Qurban mövzusunda vəkalət, güvəndiyi bir adamı və ya təşkilatı öz adına qurban kəsməsini və paylamasını etməklə vəzifələndirmə deməkdir. Bu əməliyyat, kəsəcək adamı vəzifələndirmə və ya pulun güvəndiyi təşkilata qurban sahibi adına verilməsilə həyata keçmiş olar. Kəsəcək adamın qurban sahibindən telefonla tək-tək vəkalət alması lazım deyil. Ancaq, vəkil adam qurbanı kəsərkən o adam adına kəsməlidir.
Heç bir bəhanə olmadan da adam öz qurbanını satın alıb kəsmək üzrə güvəndiyi bir kimsəni vəkil təyin edə bilər. Vəkil həqiqi şəxs ola biləcəyi kimi , hökmü şəxs ( yəni xüsusi və ya rəsmi bir quruluş ) da ola bilər.
Əlavə məlumat üçün:
Nəzir Qurbanı
Suallarla İslam
- Qurban kəsməklə bağlı tez-tez soruşulan suallar...
- Nəzir Qurbanı
- Qurban bayramı.
- Qurban bayramı.
- ADAK (Nəzir).Nəzir dediyin bir şeyi yerinə yetirmək...
- Akika Qurbanı haqqında ətraflı məlumat verərsiniz, niyə kişilər üçün iki, qızlar üçün bir qurban kəsilər?
- Qəza namazı nə zaman və neçə qılınır?
- Nəzir haqda
- Qurban haqqında məlumat verərsinizmi?
- SƏRƏXSİNİN “MƏBSUT” ADLI ƏSƏRİNDƏ İBADƏTLƏRLƏ BAĞLI BƏZİ FİQHİ QAYDALAR