Namaz surələrini hansı sırayla oxumalıyıq? Sırasız oxumaq məkruh mu? Surələrin uzunluğu və oxunuş sırası haqqında məlumat verərsiniz? ..
Submitted by on Tue, 05/08/2014 - 19:32
Dear Brother / Sister,
Və aleykumussalam və rahmətullah.
Ayət-əl Kursi zamm-ı surə kimi oxunula bilər.
Namazda, Qur'anda yerləşdirildiyi kimi surələrin tərtibinə riayət etmək sünnədir. Bunun müstəhəb olduğunu söyləyənlər də var. O halda birincilərə görə, birinci rük'ətdə oxuduğu surədən öncə gələni ikinci rük'ətdə oxumaq məkruhdur. Ayələr arasındakı tərtibə beləcə riayət lazımdır. Bir rük'ətdə bir neçə ayə oxuyarkən, sıra və tərtibi keçmək, yəni bir ayə oxuduqdan sonra bir və ya bir neçə ayənin üstündən keçərək başqa bir ayə oxusa, bunda kərahət var deyənlər olduğu kimi, bir xəta yoxdur deyənlər də var. Hökm, tamamən surələr haqqındakı kimidir. (Əl-Mühit / Səraxsi - Fətava-yi Hindiyyə.)
Bütün bu deyilənlər fərz namazlara aiddir. Sünnə və nafilə namazlarda isə bildirilən tərtibə riayət etməyə ehtiyac yoxdur. Necə rahat olarsa elə oxunular.
Ancaq fərz namazda bildirilən tərtibə riayət unudular və ya dil eləcə sürüşüb taqdim (əvvələ alma) və tə'xir (gecikdirmə) şəklində qiraətə başlayarsa, bunu dəyişdirməsinə ehtiyac yoxdur, başladığı kimi davam edib bitirər və bundan dolayı səhv səcdəsi də lazım deyil. Çünki belə etməklə yalnız bir müstəhəb və ya sünnə tərk edilmiş sayılır. (Əz-Zahirə / Tacəddin.)
Al-i İmran surəsini oxumaq istəyərkən dili Bəqərə surəsinə sürüşüb bir və ya iki ayə oxuduqan sonra bunu dəyişdirmək istəsə kərahət (xoşa gəlməz hal) işləmiş olar. Hətta bir-iki söz oxuduqdan sonra belə dəyişdirmənin məkruh olduğu fikiri ağırlıq qazanmışdır. Fətva buna görədir. Açıqlamalar da buna görə ediləcəkdir.
Qiraəti bitirdikdən sonra rükuya getmək istəyərkən, hələ əyilmədən bir neçə ayə daha oxumaq istəsə, bunda bir xəta yoxdur. Amma eyildikdən sonra qayıdıb əlavə oxuması məkruhdur. (Fətava-yi Hindiyyə - ƏI-Xülasə.)
Namazda bir rük'ətdə yalnız Fatihə surəsini və ya həm onu, həm də bir və ya iki ayəni oxumaqla kifayətlənərsə, kərahət işləmiş olar. Məlumdur ki zəmmi-surənin qəsdən tərk edilməsi, vacibi tərk olduğundan namazın yenidən qılınması lazımdır. Unudulub tərk edilərsə, səhv səcdəsi edilər. (Əl-Mühit / Radıyüddin Səraxsi.)
Necə ki bu mövzuda edilən səhih rəvayətdə, Əbu Qatadə (Allah ondan razı olsun) deyir ki:
«Resulillah sallallahu aleyhi və səlləm Əfəndimiz zöhr, əsr və sübh namazlarında ilk iki rük'ətdə həm Fatihə`ni, həm bir surə oxuyardı. Zöhr, əsr və işada son iki rük'ətdə yalnız Fatihə`ni oxumaqla kifayətlənərdi. Çox zaman oxuduğu surələri eşidə bilirdik. Birinci rük'ətdə qiraəti ikinciyə nisbətən uzun edərdi. » (Buxarı - Müslim - Əbû Dâvud - Fıkhü's-Sünnə.)
Namazların Fatihə surəsindən sonra, bir miqdar daha Qur'an oxunması lazım olan rükətlərində tam bir surə oxunması daha fəzilətlidir. Bununla birlikdə bir surənin bir qisimi bir rükətdə, digər qismi də o biri rükətdə oxuna bilər, bunda kərahət yoxdur.
Namazın bir rükətində bir surənin sonunu, digər rükətində də başqa bir surənin sonunu oxumaq, səhih olan görüşə görə məkruh deyildir.
Namazın bir rükətində bir surənin başından və ya ortasından, digər rükətində də başqa bir surənin başından və ya sonundan oxumaqda və ya qısa bir surə oxumaqda kərahət yoxdur. Fəqət yaxşısı, bir zərurət olmadıqca belə oxumamaqdır.
Namazın bir rükətində bir surə, digər rükətində isə arada iki və ya daha çox olmaq üzrə aşağıya doğru başqa bir surə oxunması məkruh deyildir. Fəqət arada bir surənin olması məkruhdur. Ancaq tərk edilən bu surə, öncə oxunan surədən ən az üç ayə miqdarı uzun olarsa məkruh olmaz.
Namazda bir surənin bir ayəsindən arada ən az iki ayə olmaq üzrə digər ayəsinə keçmək məkruh deyildir. Fəqət yaxşısı, bir zərurət olmadıqca keçməməkdir.
Bir rükətdə iki surəni toplayaraq oxumaqda kərahət yoxdur. Ancaq arada bir və ya bir neçə surə buraxılmış olarsa məkruh olar. Bununla birlikdə fərz namazlarda belə iki surənin bir rükətdə toplanmaması daha yaxşıdır.
Zərurət olmadıqca, bir rükətdə bir ayədən digər ayəyə keçmək məkruhdur. Aralarında üç ayə belə olsa belədir. Əgər yanılaraq belə bir keçid edilmiş olar də sonra xatırlansa, bu ayələr sıraları üzrə yenidən oxunar.
Bir namazda bir ayəti-kərimə təkrarlansa və ya bir surə bir rükətdə iki dəfə oxunsa və ya bir surə iki rükətdə də oxunsa baxılar: Əgər tək başına qılınan bu namaz bir nafilə namaz isə məkruh olmaz. Fəqət fərz namaz isə, unutmaq və ya başqa bir surə bilməmək kimi bir üzr olmadığı təqdirdə məkruh olar.
Birinci rükətdə "Nas" surəsi oxunsa, ikinci rükətdə də bu surənin oxunması uyğun olar. Çünki təkrar etmək, geriyə qayıdıb oxumaqdan daha yaxşıdır. Ancaq xətm ilə namaz qılan bir kimsə, birinci rükətdə "Muavvizeteyn" (ixlas, fələq, nas) surələrini oxumuş isə, ikinci rükətdə Fatihədən sonra Bəqərə surəsindən bir miqdar oxuyar.
İkinci rükətdə, birinci rükətdə oxunan surənin üstündəki surəni oxumaq məkruhdur. Qəsdən edilməzsə məkruh olmaz. Bununla birlikdə oxunmağa başlanmış isə tərk edilməməlidir. Bunun nafilə namazlarda məkruh olmayacağını söyləyənlər də vardır.
Fərz namazlarla nafilə namazlarda, ikinci rükətləri birinci rükətlərdən uzun etmək məkruhdur. Fəqət nafilələrdə üçüncü rükətləri birinci və ikinci rükətlərdən uzun tutmaqda kərahət yoxdur. Çünki nafilələrdə hər iki rükət müstəqil bir namaz sayılır.
Namazda sünnə miqdarı Qur'an oxunduqdan sonra, insanda bir tutulma (və çaşma) olarsa, dərhal rükuya getməli, başqa bir ayə və ya surəyə keçməməlidir. Fəqət hələ sünnət miqdarı okumamışsa, başqa bir yerə keçməsində kərahət olmaz.
Qur'an-ı Kərim, fərz namazlarda yavaşca və hərfləri vurğulayaraq, aydın bir şəkildə oxumalı. Təravih namazlarında isə, yavaş və sürətli oxunuş arasında bir qiraət etməlidir. Digər gecə namazlarında sürətlə oxuna bilər. Fəqət məna aydın şəkildə olmalı və təcvid xətası olmamalıdır..
Cəlal İldırım, Qaynaqlarıyla İslam Fiqhi, Uysal Kitabevi: 1 / 272-273.
Suallarla İslam
- Namaz qılarkən fatihə və bir surə oxuyanda bəsmələ deyilməlidir?
- Namazın surələrin öyrənənə qədər surələr yazılmış kagıza baxaraq namaz qılmaq olar?
- Səhv Səcdəsi İlə Bağlı Məsələlər
- Camaat namazı.
- Namazda fatihədən sonra, heç bir sürə oxunmasa və oturuşda əttəhüyyatü`dən sonra heç bir dua oxunmasa, bu cür namaz keçərlidir?
- Namaz
- Səhv səcdəsi necə edilir?
- QURAN OXUYARKƏN 14 SƏCDƏ AYƏSİNƏ ÇATDIQDA TİLAVƏT SƏCDƏSİ NECƏ EDİLİR?
- Namazda imamın qiraətini dinlənilmədiyinə görə namaz pozular mi? Qiyamda olarkən imamın oxuduğu Qur'anı dinləmək fərzdir. Amma bəzən insanın ağlı bir anlıq başqa bir yerə gedir və bəzi ayələri qaçırır...
- Nafilə və ya Tətəvvü Namazları.