Namaza başlamaq istəyirəm, amma qərar verə bilmirəm Əhli Sünnə ,yoxsa Şiə ?
Submitted by on Sun, 04/05/2014 - 10:41
Dear Brother / Sister,
Və aleykum Salam və rahmətullahi və bərəkətuhu.
Əziz qardaşımız Namazın mənası - Cənab-ı Haqqı təsbih, təzim və şükürdür. Yəni, cəlâlına qarşı dillə və hərəkətlə "Sübhânallah" deyib təqdis etmək, həm kamâlına qarşı sözlə və əməllə "Allahu Əkbər" deyib təzim etmək, həm camâlına qarşı qəlblə, dillə və bədənlə "Əlhəmdülillâh" deyib şükr etməkdir.
Demək, təsbih, təkbir və həmd, namazın çəyirdəkləri hökmündədirlər. Onun üçündür ki, namazın hərəkat və zikrində, bu üç şey hər tərəfində vardır. Həm ondandır ki, namazdan sonra namazın mənasını təkid etmək və möhkəmlətmə üçün bu mübarək kəlimələr, otuz üç dəfə təkrar edilir. Namazın mənası bu müxtəsər xülasələrlə təkid edilir.
İbadətin mənası budur ki; Qul Dərgâh-i İlâhîdə öz qüsurunu, acizlik, fəqirliyini görüb Kamâl-ı Rububiyyətin və Qudrət-i Samədâniyənin və Rəhmət-i İlâhiyyənin önündə heyrət və məhəbbətlə səcdə etməkdir. Sözlər,9
təqdis - Allah`ın hər cür əskiklik və çirkinlikdən uca olduğunu elan etmə
təzim - Allah`ın sonsuz əzəmət və böyüklüyünü dilə gətirmə
təsbih - Allah`ı hər cür nöqsan və qüsurdan uca tutaraq şanına layiq ifadələrlə anma
Qudrət-i Samədâniyə - hər şey özünə möhtac olduğu halda özü heç bir şeyə möhtac olmayan Allah`ın qüdrəti
Dərgâh-i İlâhî - Cənab-ı Allah`ın rəhmət qapısı
Kamâl-ı Rububiyyət - Allah`ın hər bir varlığa yaradılış məqsədlərinə çatmaları üçün möhtac olduğu şeyləri verməsinin, onları tərbiyə edib idarəsi və hakimliyi altında saxlamasının mükəmməlliyi
Rəhmət-i İlâhiyyə - Allah`ın şəfqət və mərhəməti
Bizim vəzifəmiz, gündə beş dəfə Rəbbimizin əmrinə tabe olub, onu yerinə yetirmək idrakı içində gözəlcə dəsdamaz alıb, bizləri qaranlıq bir yerdə bir su damlasından belə mükəmməl yaradıb, kainatı bizim xidmətimizə verən Cənab-ı Haqq`ın hüzurunda Qiyam, Rükü və Səcdə etməkdir.
Bilindiyi kimi, Hədis-i Şəriflər, ayələri açıqlayır. Ayələrdə qısa və öz olaraq bəyan edilən İlahi məqsədlərə hədislər aydınlıq gətirər.Qur`an`da olmayan bir mövzuda isə hökm ortaya qoyarlar.
"Namaz qılın!" əmri öz halındadır; təfsilatı isə hədislərə buraxılmışdır. Namazların rükət ədədləri, qılınma formaları ayədə geniş verilməyib. O halda, sünnə olmasaydı, "Namaz qılın!" əmri necə yerinə yetiriləcəkdi? "Mən namazı necə qılıramsa siz də elə qılın." (Hədisi Şərif).
Sünnəyə tabe olmağı Allah sevgisinin şərti olaraq təqdim edən bir ayə:
"De ki, Allah`ı sevirsinizsə mənə tabe olun, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və əsirgəyəndir." (Ali-İmran Surəsi, 3/31)
Allah Təala mənə yox, Peyğənbərə tabe olun deyir.Çünki:
"O, özbaşına danışmaz. Onun danışması ancaq endirilən bir vəhy ilədir." (Nəcm Surəsi, 53/3-4)
Və biz ona tabe olmaqla Allah`a tabe olmuş oluruq.
"Kim Rəsula itaət etsə, Allah`a itaət etmiş olar." (Nisa Surəsi, 4/80 )
"Peyğəmbər sizə nəyi verdisə onu alın, Və sizə nəyi qadağan etdisə ondan da çəkinin. Allah`dan qorxun, çünki Allah`ın əzabı çətindir." (Həşir Surəsi , 59/7)
Siz təmiz və səmimi bir qəlbə Allah`a dua edin, İmam-ı Rabbabi həzrətləri Məktubat əsərində belə dua edir:
"Ya Rəbbi! Doğrunu bizə doğru olaraq göstər və ona tabe olmağı bizə nəsib et və yanlış, pozulmuş olan şeylərin səhv olduqlarını bizə göstər və onlardan çəkinməmizi nəsib et! İnsanların ən üstünü hörmətinə bu duamızı qəbul buyur!"
Allahü Təâlâ, İslamiyyəti doğru olaraq öyrənmək istəyənə, bunu nəsib edəcəyinə söz verib. Bir âyət-i kərimə məali:
"Doğru yolu axtaranları, səadətə çatdıran yollara qovuşdurarıq." (Ənkəbut, 69)
"Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allah`ı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allah`ın doğru yoludur. Onunla istədiyini doğru yola yönəldir. Allah`ın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz." (əl-Zumər,23)
Allahü teâlâ`nın sözünə güvənib, Ona sığınmalı. Allahü teâlâ`ya belə dua etməkdən çəkinməməli.
"Ya Rəbbi, haqqı haqq olaraq göstər və ona tabe olmağımızı, batili batil olaraq göstər və ondan çəkinməmizi nəsib et. Hansı qrup doğru yoldadırsa, mənə onları sevməyi, dünyada və axirətdə onlarla birlikdə olmağı nəsib et"
"Ya Rəbbi hansı qrup doğrudursa, razılığın hansı qrupdadırsa, mənə onu nəsib et!"
"Haqqı haqq, batili batil olaraq göstə
deyə dua edilməlidir. Əgər doğru yoldadırsa, dəstəmaz üstünə dəstəmaz almış kimi, nur üstünə nur olar. İman təzələmək də belədir. Kəlimə-i tövhidi söyləyən, imanından şübhələndiyi üçün deyil, imanını təzələyib qüvvətləndirmək üçün söyləyər.
İkinci olaraq da bir mömin həyatını yuxuları üzərində qurub, yaşaması doğru deyil, hələ-hələ bu Əbədi Həyatı ilə bağlı bir məsələdirsə.
Geniş məlumat üçün aşağıdakı linklərə baxın:
Doqquzuncu Söz: Namazın bu müəyyən beş vaxta təyin edilməsinin hikməti
Əhl-i Sünnə nədir? Əhl-i Beyt nədir? Hz. Peyğəmbər`in nəvələri əhli -sünnə ola bilərmi ? Əhl-i beyt Əhl-i sünnə yolunda deyilmiydi?
Yuxu və İslamdakı yeri nədir? Yuxu ilə əməl edilərmi ?
Peyğəmbərimizin vəfatından sonra yetmiş üç firqə çıxacağı və bunlardan yalnız bir dənəsinin doğru yolda olub digərlərinin olmayacağı hədislərdə keçir. Bu yetmiş üç firqəni necə anlamalıyıq? Doğru yolda olan firqənin hansı olduğunu necə biləcəyik?
Suallarla İslam
- Əhl-i Sünnə nədir? Əhl-i Beyt nədir? Hz. Peyğəmbər`in nəvələri əhli-sünnə ola bilərmi? Əhl-i beyt Əhl-i sünnə yolunda deyilmiydi?
- "Ya Vədûd" duası necə bir duadır, Vədûd adı Qur`an`da keçirmi?
- Allah və Peyğəmbər sevgisini içimdə necə artıra bilərəm? Onlara olan sevgimin daha böyük olmasını istəyirəm...
- 73 firqə hədisi
- Əhli-sünnə, nə deməkdir və xüsusiyyətləri nədir?
- Əhli-Sünnə nə deməkdir və xüsusiyyətləri nədir?
- Ruzi nədir?
- Qədər mövzusunda detallı məlumat verərsinizmi? Evlilikdə küllü iradəmi yoxsa cüzi iradəmi var; yəni ana atamız kimi evləniləcək adam Allahın iradəsinəmi (küllü) daxildir?
- Hz. Fatimə`nin ölümü barədə məlumat verərdiniz və xahiş edirəm deyərdiniz nəyə görə onun məzarının yeri bilinmir?
- Cehmiyyə firqəsi haqqında məlumat verərsinizmi?