Namazda əllərin bağlanması lazımdır?

Sualın detalları
Dinimizdə bəzi müsəlmanlar namazı əli bağlı şəkildə qılırlar. Mən də elələrindənəm. Əllərim sinəmdə, bağlı şəkildə qılıram. Bunun səbəbini məndən soruşurlar amma bilmirəm. Əlləri bağlı qılmağın mənası nədir?
The Answer

Dear Brother / Sister,

Namazda əllərin bağlanması sünnədir. Bu baxımdan əllər yana salınaraq qılınan namaz etibarlıdır. Əhli Sünnə məzhəblərindən Hənəfi, Şafi və Hənbəli məzhəbinə görə namazda əllərin bağlanması sünnədir. Maliki məzhəbinə görə isə əllərin yana salınması sünnədir. Cəfərilərə görə də əllər yana salınaraq namaz qılınar.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 4.103 times
In order to make a comment, please login or register