Namazda fatihədən sonra, heç bir sürə oxunmasa və oturuşda əttəhüyyatü`dən sonra heç bir dua oxunmasa, bu cür namaz keçərlidir?
Submitted by on Fri, 11/04/2014 - 18:15
Dear Brother / Sister,
İki rükətli namazların hər iki rükətində, üç və dörd rükətli fərz namazların ilk iki rükətində Fatihə və Surə oxumaq vacibdir. O halda Fatihə birinci və ya ikinci rükətdə tərk edilsə və ya az qisimi oxunularaq kifayətlənilsə "Səhv (Yanılma) Səcdəsi" lazımdır; çoxunu oxusa lazım deyil.(Fetâvâ-yi Kaadıhan)
Sünnət, nafilə və vacib olan namazların hər rükətində Fatihə və Surə oxumaq vacibdir. Bunların hansı rükətində tərk edilirsə edilsin, vacibin tərkindən ötəri "Yanılma Səcdəsi" lazımdır. (bax. Bahrı raik)
Fərz namazlarının son iki rükətində heç bir şey oxumaz, təsbeh də etməzsə, Ebû Yusuf'un İmam Ebû Hanife' dən etdiyi rəvayətə görə, hər iki vəziyyətdə də heç bir şey gərəkməz. Bu rəvayət etimada daha uyğun hesab edildiyindən fətvaya əsas qəbul edilmişdir. (Fetâvâ-yi Kaadıhan - Fetâvâ-yi Hindiyye; bk. Celal Yıldırım, Kaynaklarıyla İslam Fıkhı, Uysal Kitabevi: 1/422-423)
Hz. Peyğəmbərin(sallallahu aleyhi və səlləm) namazı belə qıldığına dair Cabir və Əbu Katadedən nəql edilən rəvayətlər vardır. (bax. Bedaiu’s-sanayı’, əlaqədar yer).
Zammı surə nədir, ən azı nə qədər olmalıdır?
Namazda Fatihə surəsinə başqa bir surə və ya bir surə yerini tutacaq qədər ayə əlavəsi Hənəfi məzhəbinə görə vacibdir. Belə ki: Fərz namazlarının əvvəlki ilk iki rükətlərində Fatihədən sonra digər bir surə və ya bir surəyə bərabər bir miqdarda ayə oxunması vacib olduğu kimi, vitr namazı ilə nafilə namazlarının hər rükətində Fatihə və Fatihədən sonra bir surə və ya ona bərabər bir ayə oxunması da vacibdir.
Fatihə`yə başqa bir surə və ya ayənin əlavə olunması üç imama görə sünnədir.
Namazda Fatihə`dən sonra oxunması gərəkən minimum miqdar, qısa üç ayə və ya buna bərabər bir uzun ayədir. Oxunan ayələrin hökmən bu qədər hərf və ya sözdən meydana gəlməsi kimi bir zərurət söz mövzusu deyil. Ən qısa ayələrdən biri olan: "Mudhammetan" ayəsinin üç misli qədər uzun olan hər hansı bir ayəni və ya o uzunluqdakı bir ayə parçasını oxumaq kifayətdir.
Kövsər surəsinin zammı surə olaraq oxunmasının kafi olduğunda kiçik bir tərəddüd belə söz mövzusu deyil. (bax. Ö. N. Bilmən, İslam İlmihali, s.129; İSLAM ilmihali, s.241).
QA`DE-İ AXİRƏ
Hənəfilərə görə, namazların son oturuşunda əttəhiyyatü`nü sonuna qədər oxuyacaq şəkildə oturmaq fərzdir. Bu qədər müddət keçdikdən sonra, imamın arxasında namaz qılan kimsə imam salâm vermədən əvvəl namazdan ayrılsa, onun namazı tamamlanmış sayılar. Şafiî və Hənbəlilərə görə, əttəhiyyatü`dən sonra "Allahümmə salli alə Muhamməd" deyəcək qədər daha gözləmək rüknün əhatəsinə girər. Mâlikîlərə görə isə, salâm verəcək qədər oturmaq rükndür. Hənəfilərə görə, ilk və son oturuşlarda əttəhiyyatünü oxumaq vacib, "Allahümmə salli" və "barik" dualarını oxumaq isə sünnədir (el-Kâsânî, a.g.e., I, 113; İbnü`l-Hümâm, a.g.e., I, 113; İbn Kudâmə, a.g.e., I, 522 vd.).Şafiî və Mâlikîlərə görə, oturma halında namazdan çıxmaq üçün ilk salâm, Hənbəlilərə görə isə, iki salâm fərzdir. Cənazə və nafilə namazlarıyla, tilavət və şükr səcdəsi bundan müstəsnadır. Bunlarda tək salamla namazdan çıxıla bilər. Çünki Hz. Peyğəmbər, namazların sonunda daim salâm vermiş və bunu tərk etməmişdir (eş-Şevkânî, a.g.e., I, 292).
Namazların son oturuşunda "Allahümmə salli və barik” dualarının oxunması hədislə sabitdir. Əshab-ı kirâm, Hz. Peyğəmbərə(Aleyhissalâtü Vəssəlâm); "Biz sənə necə salâm gətirəcəyimizi bilirik, lakin necə salât gətirəcəyik? bunu bilmirik" dəyincə, Allah elçisi bu duanı buyurdu (bax.Buhârî, Enbiyâ, 10 , Müslîm, Salât, 65, 66, 69; Nesâî, Sehv, 49, 50-54).
Şafiî və Hanbelîlərə görə, namazların son oturuşunda əttəhiyyatü`dən sonra yalnız; "Allahümme salli alə Muhamməd" (Allah`ım, Muhamməd (Aleyhissalâtü Vəssəlâm)`a rəhmət et) şəklində qısa salavat gətirmək rukün, "Allahümmə salli-barik" dualarının davamını oxumaq isə sünnətdir. Dəlil bu ayədir:
"Şübhəsiz, Allah və mələkləri o peyğəmbərə salât edərlər. Ey iman edənlər, siz də ona salât edin, tam bir təslimiyyətlə də salâm verin" (əl-Ahzâb, 33/56).
Allah`ın salâtı, möminlərə rəhməti: insan və mələklərin salâtı, dua və intiğfar; peyğəmbərlərin müsəlmanlar haqqındakı salâtı isə, onları teziskiyə(təmizləmə) və ilahi rəhmətə məzhər etməkdir. Salâtın lüğət mənası; dua, təbrik və ta`zim (ululama)dır.(bax.Râgib,əl-Müfrədât və Seyyid Şərif, ta`rifât,"salât" maddəsi). Yuxarıdakı ayə əmr ifadə edir. ət-Təhiyyatü`də peyğəmbəri salâmlama yerinə yetirilmiş, peyğəmbərə salât qisimi əskik qalmışdır. İşdə buna görə,yalnız Hz. Peyğəmbərə salât oxumaq, təşəhhüdə daxil olar (əz-Zühayli, a. g. e., l, 670).
Hənəfi və Mâlikîlərə görə isə, "Allahümme salli və barik" dualarını oxumaq sünnətdir. Ka`b b. Ucre (Allah ondan razı olsun)`dan bir topluluq belə nəql etmişdir:
Rəsulullah (Allah`ın Salâmı və Salâtı Onun üzərinə olsun) bizim yanımıza gəldi. Biz: "Ey Allahın elçisi, Allah bizə, sənə necə salâm verəcəyimizi öyrətdi. Biz sənə salâtı necə edəcəyik? Hz. Peyğəmbər belə buyurdu: "Salâtı belə edin: Allahümme salli alə Muhammədin və alə âli Muhamməd, kema salleytə alə əli lbrahimə, innəkə hamidun məcid. Və barik alə Muhammədin və alə âli Muhamməd, kəma barəktə alə âli İbrâhimə innəkə hamidun məcid" (eş-Şevkânî, Neylü`l-Evtâr, Mısır t.y., II, 284; İbn Kesir, Tefsîr, III, 507).
Bu dualarda "alə âli İbrâhim " ifadələrindən əvvəl "alə İbrâhimə və..." əlavəsiylə salavat duasının ən mükəmməl şəkli ortaya çıxmış olar. Duanın toplu mənası belədir: "Allahım, İbrâhim`ə və İbrâhim övladına rəhmət etdiyin kimi Muhamməd`ə və Muhamməd övladına da rəhmət et. Şübhəsiz sən təriflənmisən, ucasan. Allahım! İbrâhim`ə və İbrâhim övladına bərəkət verdiyin kimi Muhamməd`ə və Muhamməd övladına da bərəkət ver. Şübhəsiz sən təriflənmisən, ucasan".
Bu məsələnin fiqhi yönüdür.Bir şeyi etmək,nəyisə əldə etmək və nəyəsə nail olmaq və s şeylər üçün insan oğlu tələsər.Bu məlumdur ki tələsmək şeytandandır (xeyir işlər istisna).Şeytan isə cəhənnəmə aparar insanı .Ama unudulmamalıdır ki,Kainatı,biz və işlərimizi idarə edən,tənzimləyən Cənab-ı Haqq`dır.Bizim istədiyimiz kimi baş verməz hadisələr.Bizlər hər hansı bir işimiz üçün Yaradan`ımızın hüzurundan tələsərik,ama unudarıq ki,o işimiz də O`nun İradəsinə bağlıdır.Həm də Müsəlman sözü təslim olan mənasına gəlir .Yəni müsəlman Rəbbinə təslim olmalı,Ondan gələnə razı olmalı.Bəzən bizlər də aldanırıq şeytanın bu hiyləsinə.Bəzən gecikmə qorxusuna görə sünnət namazını qılmaz və ya "təsbihatı yolda apararam " deyib tələsirsən və gəlib iki sünnət namazı qədər müddətdə avtobus dayanacağında gözləyirsən.Həm namazımızdam həm də dünyamızdam(zaman) itirdik.Hz Ömər(Allah ondan razı olsun) demişkən:"Qəlbinizdə ilk sıraya Allah`ı qoymazsanız həm Allah`ı itirərsiniz,həm də ilk sıraya qoyduqlarınızı " .
Suallarla İslam
- Səhv Səcdəsi İlə Bağlı Məsələlər
- Səhv səcdəsi necə edilir?
- Namaz Surələri və Duaları
- Namaz
- Namaz surələrini hansı sırayla oxumalıyıq? Sırasız oxumaq məkruh mu? Surələrin uzunluğu və oxunuş sırası haqqında məlumat verərsiniz?..
- Namaz necə qılınar?
- Namazda surə və ya duada yalnış etdiyim zaman həmin hissəni yenidən təkrar etdikdə, sonda səhv səcdəsi etmək gərəkirmi?
- Namaz qılarkən fatihə və bir surə oxuyanda bəsmələ deyilməlidir?
- Yasin Suresi?
- Namazın surələrin öyrənənə qədər surələr yazılmış kagıza baxaraq namaz qılmaq olar?