Namazda surə və ya duada yalnış etdiyim zaman həmin hissəni yenidən təkrar etdikdə, sonda səhv səcdəsi etmək gərəkirmi?

The Details of the Question
Salam aleykum. Namazda surə və ya duada yalnış etdiyim zaman həmin hissəni yenidən təkrar etdikdə sonda səhv səcdəsi etmək gərəkirmi?? Allah hamınızdan razı olsun..
The Answer

Dear Brother / Sister,

   Və aleykum Salâm.

  Bir kimsənin namazda  Qur`an oxuyarkən əskik və ya səhv oxunan yeri doğru oxumaq üçün geri qayıdıb doğru bir şəkildə tələffüz etməsində bir qəbahət yoxdur və buna görə də səhv səcdəsi lazım deyil.

   Qur`an'ın bir sözü namazda təkrarlansa baxılar: Əgər bununla məna dəyişməzsə namaz pozulmaz. Digər bəzilərinə görə isə pozular. Səhih görülən də budur. "Rabbil aləmin" yerinə "Rəbbi rabbil aləmin" demək kimi. Bununla mənanın dəyişəcəyini bilən kimsənin bunu qəsdən oxuması şübhəsiz namazı pozar. Lakin bir dil dolaşması və ya söz düzəltməsi məqsədi ilə olduğu təqdirdə, namazın pozulmayacağı daha uyğun görülmüşdür.

   Deyilir ki, bir namaz bir çox cəhətlərdən səhih (düzgün) olduğu halda, bir cəhətdən xətalı olsa, ehtiyat olaraq pozulduğuna hökm verilər. Bundan qiraət xüsusu müstəsnadır; çünki bunun üzərində əksəriyyət baxımından düzgün oxuma çətinliyi vardır. Ona görə də asan cəhəti seçilər. Bununla birlikdə bu barədə də, namazı yenidən qılmaq ehtiyata daha uyğundur.

  Keçmiş namazlarda qiraətdə edilmə ehtimal olunan səhvlərə görə namazların qəzasını qılmaq lazım deyil. Çünki namazın pozulub pozulmadığı qəti olaraq bilinmir. Ancaq oxunuşda xəta varsa bunların düzəldilməsi lazımdır.

   Şafii və Hənbəlilərə görə, Fatihə xaricindəki oxunuşlarda meydana gələn səhv namazı pozmaz. Ancaq belə bir kimsə bilərək mənanı pozacaq şəkildə səhv oxusa özünün də, ona tabe olan camaatın də namazı pozular.

   Lakin bir kimsə namaz qılarkən Fatihəni, mənanı dəyişdirəcək şəkildə səhv oxusa, bunu istər bilərək, istərsə yanılaraq etsin namazı batil olar. Bu görüş, Fatiha'sız namazın caiz olmayacağı hədisinə əsaslanır. Çünki bu məzhəblərə görə namazda Fatihəni oxumaq fərzdir. 

 

Namazın qiraətində edilən səhvlər (Zelletü'l-kari) haqqında detallı məlumat verərsinizmi? Namazda oxunan Qur`an, düz oxunmazsa namaz pozularmı, səhiv səcdəsimi lazımdır? Edilən hərf, hareke səhvləri namazı pozarmı?..

   Səhv səcdəsi nə vaxt və necə edilər?

   Səhv səcdəsi necə edilir?

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 11.500 times
In order to make a comment, please login or register