Namazı birləşdirib 3 dəfə qılmaq olar?

Sualın detalları
SUNNI NAMAZINI BIRLESDIRIB 3 DEFE QILMAQ OLAR???
The Answer

Dear Brother / Sister,

Salam aleykum.

        Namaz ibadətlərin ən əzəmətlisidir. Hər gün beş vaxtda qılınır."Şübhəsiz Namaz möminlərə müəyyən vaxtlarda  fərz edilmişdir" (Nisa,4/103) âyət-i cəlîləsinə  görə hər namazın vaxtında qılınması fərz-i ayındır. Bu səbəblə iki vaxt namazını bir vaxtda qılmaq (ki fiqhdə buna Cəmus-Səlâteyn  deyilir) Hənəfî məzhəbinə görə caiz olmaz. Çünki, iki vaxtı bir yerdə qılmaq, ya birini vaxtı girmədən qılmaq və ya vaxtı çıxdıqdan sonra qılmaq yoluyla olar. İkisi də səhih deyil. Vaxtı girmədən namaz qılınmaz. Namazı vaxtından sonraya da saxlamaq câiz  deyil. Ədâ yerinə keçməz,yəni qılınmış sayılmaz.Vaxtlarına görə Namazlar:

1.     Sübh (2 rükət):

«… Sübh namazını da qıl». («əl-İsra», 78, və ya bax: «Hud», 114; «ər-Rum», 17).

2.     Zöhr, yəni günorta (4 rükət):

«…Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək (günorta, ikindi, axşam və gecə) namaz qıl …» («əl-İsra», 78 və ya bax: «Hud», 114; «ər-Rum», 18).

            3. Əsr, yəni ikindi (4 rükət):

 «Namazlara, (xüsusi ilə) orta namaza riayət edin və Allah`a itaət üçün ayağa qalxın» («əl-Bəqərə», 238 və ya bax: «əl-İsra», 78; «Hud», 114; «ər-Rum», 18).

          4. Məğrib, yəni axşam (3 rükət):

«Elə isə axşam-səhər Allah`ı təqdis edib şəninə təriflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın)» («ər-Rum, 17 və ya bax: «əl-İsra», 78; «Hud», 114; «əl-İsra», 78).

          5. İşa, yəni gecə (4 rükət):

«…gecənin qaranlığınadək (günorta, ikindi, axşam və gecə) namaz qıl …» («əl-İsra», 78 və ya bax: «Hud», 114; «ər-Rum», 17).

          Hər namaz öz vaxtında qılınmalıdır:

 «…Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir.» («ən-Nisa», 103).

          Həmçinin «əl-Muzzəmmil» surəsinin 20-ci ayəsinin təfsiri gecənin bir hissəsi (üçdə ikisini, yarısını və ya üçdə birini) qılınan namazı rüsxət verərək, gün ərzində beş vaxt namazın əmr olduğunu bildirir:

«… O sizin bunu (gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi (yaxud bütün gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün sizi əfv etdi (rüsxət verərək gecə durub namaz qılmağı siz möminlərə vacib etmədi, fərz kimi gün ərzində beş vaxt namazı buyurdu)…» («əl-Muzzəmmil», 20).

        Müsəlman və ya mömin namaza qarşı səhlənkar olmamalı və namazında riyakarlıqdan uzaq olmalıdır: «Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar). Onlar (namazlarında) riyakarlıq edər» («əl-Maun», 4-6).

 

Səfərdə namazlar necə qılınar? Hənəfilərə görə səfərdə “cəmi-təqdim” və “cəmi-təxir” edilərmi ?

 

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 17.444 times
In order to make a comment, please login or register