Namazın gecikdirilməsi.

Sualın detalları
salam.sam namazi ile isa namazi arasinda saat ferqi cox azdi,ama men destemazini bir aliram,namazi heresini oz vaxtinda qiliram.Sam namazi saat ona(texmini),isa namazi ise saat on ikinin yarisinda olur,ikisini bir yerde saat nece qeder qilib qurtarmaliyam.Yeni sam namazini saat on bire ,on ikiye qeder qila bileremmi,yoxsa onda bitirmeliyem?
The Answer

Dear Brother / Sister,

Və aleykum Salam.

Sualınızı tam anlamadıq. Amma belə deyə bilərik.Hər namazın öz vaxtı var və o vaxt içərisində qılınmalıdır.Məsələn, indi(07.07.2014) axşam namazı 21:22-də girir və 23:07-yə qədər davam edir.Axşam namazı bu zaman aralığında istənilən vaxt qılına bilər (23:00-da da qılına bilər). Amma ən gözəli vaxtı girən kimi qulluq vəzifəmizi əda etməkdir.

Hz. Peyğəmbər aleyhissalatu vəssalam, ən fəzilətli əməlin hansı olduğunu soruşan səhabəyə: "Vaxtında və ya vaxtının başlanğıcında qılınan namazdır." buyurmuşdur. (Buxari, Məvâkît 162)

"Namazların ilk vaxtında Allah`ın rizası, son vaxtında isə Allah'ın əfvi vardır." (Tirmizi, Məvâkît 13)

Yatsı (işa) namazı da bu günə görə 23:07-dən 04:14-ə qədər olan zaman müddətində istənilən vaxt qılına bilər.

Gecikdirilən namazın həm savabı azalar, həm də namazın qəza olma təhlükəsi olduğundan ən gözəl əməl namazın vaxtında qılınmasıdır. 

 

 

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 10.651 times
In order to make a comment, please login or register