Namazın surələrin öyrənənə qədər surələr yazılmış kagıza baxaraq namaz qılmaq olar?
Submitted by on Tue, 20/05/2014 - 16:06
Dear Brother / Sister,
Salam aleykum və rahmətullah.
Namazda oxuyacaq surə, ayə və ya duaları bir kağıza baxaraq və ya divarda yazılan ayələri oxumaq namazı pozar. Bu baxımdan əzbərdən oxumanız lazımdır. Ciddi bir cəhd və şövqlə Allah`ın kəlamın öyrənməyə yönəlin və şeytanın "öyrənə bilməyəcəksən" vəsvəsələrinə önəm verməyin. Cənab-ı Haqq, kəlamını öyrənməyə çalışan bir qulunu köməksiz, yardımsız buraxmaz, ona olan lütf və ehsanını daha da artırar. Unutmayaq yaddaşımız O`nun əmrindədir. Nə istədiyimizi unuda nə də istədiyimizi xatırlaya, yadda saxlaya bilirirk.
Namazı əda etmək üçün Qur`an-ı Kərim`dən üç qısa ayə və ya üç qısa ayə uzunluğunda bir uzun ayə oxumaq kifayətdir. Ancaq Namazda fatihəni oxumaq və fatihə ardından üç qısa ayə və ya bir uzun ayə oxumaq isə vacib görülmüşdür. Bu baxımdan heç əzbər ayə və ya surə bilmirsinizsə bir ayə əzbərləyər və bununla namazı qılarsınız. Ən qısa zamanda da fatihəni əzbərləməyə çalışarsınız.
Namazda qiraət: Namaz qılanın özü eşidə biləcək dərəcədə dili ilə hərfləri ifadə edərək Qur`an-ı Kərim ayələrindən bir miqdar oxunması, namazın bir rüknü olaraq fərzdir. Özü eşidə bilməyəcək qədər bir səslə okumaq qiraət deyil. Ancaq, imama uyan şəxs bu qiraətdən müstəsnadır , bu kimsə Qur`an oxumaz. İrəlidə açıqlanacaq.
Vitrin və nafilə namazların bütün rükətlərində , iki rükətli fərz namazlarının hər iki rükətində qiraət fərzdir. Lakin dörd rükətli fərz namazlarda, üç rükətli fərz namazda təyin edilmədən yalnız iki rükətlərində qiraət fərzdir. Ancaq qiraətin ilk iki rükətdə edilməsi vacib görülmüşdür. Bunun üçün ilk iki rükətdə qiraətin qəsdən tərk edilməsi məkruhdur.
Yanılaraq tərk edilməsi də səhiv (yanılma) səcdəsi edilməsini tələb edir. Fərzlərin digər rükətlərində Fatihə oxunması , səhih qəbul edilən görüşə görə vacibdir. Yanılaraq Fatihənin tərk edilməsi də sehiv səcdəsini tələb edir.
Lakin digər rəvayətlərə görə, fərzlərin son üçüncü və dördüncü rükətlərində qiraət caiz olduğu kimi təsbihdə olmaq(zikir) və ya üç təsbeh miqdarı susmaq da caizdir. Ancaq Qur`an oxumaq daha fəzilətlidir. Fatihə oxumaq da sünnədir.
Namazda qiraətin fərz olan mikdarına gəlincə: İmam Azam'a görə bu fərz olan miqdar, qiraət fərz olan hər rükətdə (fərz namazlarının ilk 2 rükətində, sünnət namazlarının bütün rükətlərində), ayə qısa da olsa, ən az bir ayədir. Bu miqdar Qur`an oxundu mu, bu fərz yerinə yetirilmiş olar. Lakin iki İmama və İmam Azam'dan digər bir rəvayətə görə, bu miqdar üç qısa ayə və ya ən az üç qısa ayə miqdarı olacaq qədər uzun bir ayədir. Ehtiyata uyğun olan da budur .
Bir hərfdən və ya bir sözdən ibarət olan "Nun " və " Müdhammətân " ayələrinin oxunması , səhih olan görüşə görə , ittifaqla yetərli olmaz. Çünki bu miqdar, qiraət sayılmaz.
Bir ayəti-kərimədən başqasını oxumağı bacarmayan kimsə, o ayət- i kəriməni İmam Azam'a görə bir rükətdə bir dəfə oxuyar, üç dəfə oxumaz. İki imama görə, üç dəfə təkrarlayar. Lakin üç ayə oxumağa gücü çatan kimsənin bir ayəni üç dəfə təkrarlaması iki İmama görə də caiz deyil.
"Ayətü'l - Kürsî" kimi uzun bir ayədən bir qisimini bir rükətdə , digər kısmınıda digər rükətdə oxumaq , səhih olan görüşə görə , yetərli olar ; çünki bunlar üç qısa ayəyə bərabər olmuş olur.
Suallarla İslam
- Namaz surələrini hansı sırayla oxumalıyıq? Sırasız oxumaq məkruh mu? Surələrin uzunluğu və oxunuş sırası haqqında məlumat verərsiniz?..
- Namazda fatihədən sonra, heç bir sürə oxunmasa və oturuşda əttəhüyyatü`dən sonra heç bir dua oxunmasa, bu cür namaz keçərlidir?
- Səhv Səcdəsi İlə Bağlı Məsələlər
- Namazda səsli və ya səssiz oxumaqla əlaqədar hökmlər nələrdir?
- Namaz
- Namaz qılarkən fatihə və bir surə oxuyanda bəsmələ deyilməlidir?
- Səhv səcdəsi necə edilir?
- Namazda imamın qiraətini dinlənilmədiyinə görə namaz pozular mi? Qiyamda olarkən imamın oxuduğu Qur'anı dinləmək fərzdir. Amma bəzən insanın ağlı bir anlıq başqa bir yerə gedir və bəzi ayələri qaçırır...
- Vitr namazı neçə rükətdir, vaxtı nə zamandır, sünnədi, yoxsa vacib, hansı vaxtda qılmaq daha fəzilətlidir və əhəmiyyəti nədir?
- Bayram və Bayram Namazları