Ölən kimsə dünyayla əlaqə qura bilər?

The Details of the Question
Ölən kimsə dünyayla əlaqə qura bilər? Məzarına gələnləri görə bilər?
The Answer

Dear Brother / Sister,

Bədənlər ümumiyyətlə çürüyüb torpaq olduğu və ruhlar baqi qaldığı üçün "ruhlar aləmi" də deyilən ölümdən sonrakı həyat, qeybi mövzulardandır. Həyatda olan insan ilə qəbir aləminə köçmüş olan adam ayrı-ayrı aləmlərdədir. Qəbir aləmindəkilərin də özlərinə görə bir həyatı vardır, ləzzətləri, əzabları, fərah və sevincləri hiss edər. Lakin hələ maddə aləmində olanlar ruhun bədəndən sonrakı həyatını və orada adamın nələr hiss etdiyini, nələrlə qarşılaşacağını normal duyğularıyla hiss edib bilə bilməz. Bu xüsusu, ancaq ilahi həqiqətlərə sahib olan Peyğəmbərimizdən öyrənərik.

 

Mömin ruhların qəbir aləmində bir-birləri ilə görüşdüklərini Peyğəmbərimizin hədislərindən anlamaqdayıq. Ayrıca ölülərin həyatdakılardan xəbər aldıqları və qəbirlərinin başına gedən kəsləri gördükləri yenə rəvayətlərdə vardır. Onlar üçün edilən dua və mənəvi hədiyyələrin kimlərdən gəldiyini belə bilərlər. Mömin ruhlar nemət içində olduqları üçün və ruhları sərbəst olduqları üçün sərbəst gəzə bilərlər. Ancaq kafirlərin ruhları və günahları çox olan möminlərin ruhları əzabla məşğuldurlar.

 

Ölülərə Quran oxunduğu zaman evə gəlmələri mümkün ola bilər. Ancaq bunu hər ölü üçün söyləmək çətindir.

 

Ölülərin Qəbir aləmində bir-birləri ilə görüşmələri:

 

Qəbir aləmindəki ruhlar iki qisimdir: Nemət içində olanlar və əzabda olanlar. İbnul-Qayyim'in şərhinə görə əzabda olan ruhlar bir-birləri ilə görüşməyə fürsət tapa bilməzlər. Onlar bir cür məhbus kimidirlər. Amma məhbus olmayıb sərbəst olan yəni nemət içindəki ruhlar bir-birləri ilə görüşərlər, bir-birlərini ziyarət edərlər. Dünyadakı olmuş və olacaq şeyləri müzakirə edərlər. Hər ruh, əməldə öz tayı və öz dərəcəsində olan yoldaşlarıyla birlikdə olar. Hz. Peyğəmbər (s.ə.s.)in ruhu isə Refiku'1-A'la (ən yüksək mərtəbə)dədir.

 

Nisa Surəsində: "Kim Allaha və Peyğəmbərə itaət etsə, onlar, Allahın özlərinə nemət verdiyi Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və salehlərlə bərabərdirlər. Onlar nə gözəl yoldaşdırlar. "(1) buyurulmuşdur ki, bu birlik dünyada, qəbirdə və axirətdə olmaq üzrə üç yerdədir. Bu üç aləmin hamısında da adam sevdiyi ilə bərabərdir. (2)

 

 

 

 

Həyatdakıların Qəbirdəklilərlə Görüşmələri:

 

Hələ həyatda olanların qəbirdəkilərlə görüşmələri oyanıq və yuxu halında olmaq üzrə iki şəkildədir.

 

Oyanıq ikən görüşmənin dəlili, Rəsulullah (s.ə.s.)in Miracda bəzi Peyğəmbərlərin ruhlarıyla qarşılaşdığını xəbər verən və qəbir ziyarətini öyrədən hədislərdir.

 

Cənabı Allah Qurani Kərimdə, Hz. Məhəmməd (s.ə.s.)a xitab olaraq: "Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən soruş ki; biz, Rəhmandan başqa ibadət olunacaq ilahlar etmişik? "(3) buyurmaqdadır. Təfsirçilərdən bir qisimi buradakı soruşma hərəkətinin yalnız İsra və Mirac gecəsinə xas olduğunu söyləyərkən, (4) bəziləri də hər istədiyi zaman Allah Təalanın Rəsulullah (s.ə.s.)a əvvəlki peyğəmbərlərlə danışma imkanı verdiyi şəklində təfsir etmişlər.

Hz. Peyğəmbər (s.ə.s.)in əvvəlki peyğəmbərlərlə daha özü həyatda ikən görüşməsi, hadisəsi mümkün olan işlərdəndir. Və Allahın qüdrətinə görə bunda heç bir çətinlik yoxdur. Allah Təala görüşdürüncə də bu hadisə reallaşmışdır ki, Hz. Peyğəmbər (s.ə.s.) Mirac gecəsində, oyanıq halda ikən digər Peyğəmbərlərin ruhlarıyla Beytü'l-Makdis'de (Qüdsdəki Məscidi Axsa da) bir araya gəlmişdir. Daha sonra göylər aləmində də onlardan bəziləri ilə bir araya gəlib danışdığına səhih xəbərlər dəlalət etməkdədir, (5)

 

 

 

1- Nisa, 4/69.

2- İbnu'l-Kayyim, s. 17; Suyuti, Büşra'1-Keib, v. 147 b; Həsən əl-'Idvi, s. 74; Rodosizade, Əhvalı Aləmi Qəbir, əlyazma, İstanbul. Süleymaniyyə Kitabxanası. v. 19 a.

3- Zuxruf, 43/45. '

4- baxın. Ibn Kəsr, Təfsir, c. IV, s. 129.

5- Bu xüsusdakı hədislər üçün baxın. Buxari, Səhih, Salat, l, c. I, s. 91-92; Ənbiya, 5, c. IV, s.

 

Qaynaq: Prof. Dr. Süleyman Torpaq, Qəbir Həyatı, s. 247-258

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 4.452 times
In order to make a comment, please login or register