Peyğəmbərimiz (s.ə.s.) neçə yaşında ikən babası vəfat etmişdir?
Submitted by on Sun, 02/05/2010 - 03:29
Dear Brother / Sister,
Yaşı çox irəliləmiş olan Abdülmuttalib, bir gün birdən xəstələndi. Narahatlığı getdikcə şiddətini artırırdı. Artıq bir başqa aləmə köçün yaxında başlayacağını anlamışdı.
Ancaq görməsi lazım olan bir vəzifə vardı: Sevimli Peyğəmbərimiz (s. a. s. )i təslim edəcək təhlükəsiz bir adamı seçmək.
Bunun üçün bütün oğullarını çağırtdı. Ağlına Əbu Ləhəb gəldi. Lakin o qatı ürəkli mərhəmətsizin biri idi. "Olmaz" dedi.
Ya Abbas? Xeyr o da ola bilməzdi. Çünki, uşağı çox idi. Ancaq onlarla məşğul ola bilərdi.
Həmzə ola bilər? Ona da razı olmadı. Çünki, Həmzə gənc və ova maraqlı idi. Nəvəsiylə gərəyi kimi maraqlana bilməzdi.
Yaxşı, ya Əbu Talib! İşdə Nur Nəvəsinin himayəçisini tapmışdı. Hərçənd Əbu Talibin sərvəti az idi, amma mərhəməti və şəfqəti bol idi. Məhəmmədi (s.ə.s.) himayəyə ancaq o layiq ola bilərdi.
Bununla birlikdə Abdülmuttalib, Peyğəmbər Əfəndimizin də (s.ə.s.) fikirini almağı laqeyd yanaşmadı:
"Əmilərindən hansının himayəsinə girmək istəyərsən?" deyə soruşdu.
Sevimli Peyğəmbərimiz (s.ə.s.) babasının sualına cavab olaraq yerindən qalxdı, gedib əmisi Əbu Talibin boyuna sarıldı. Beləcə onun himayəsini qəbul etdiyini ifadə etmiş olurdu. Abdülmuttalib də seçimində isabət etdiyinə sevindi. Sonra Əbu Talibə dönərək belə dedi:
"Onu sənə əmanət edirəm. O, İlahi bir əmanətdir. Onu hər şeyə baxmayaraq, canın və başın bahasına da olsa qoruyacağına dair mənə açıqca söz ver ki, gözlərim arxada qalmadan könülüm rahatlasın."
Əfəndimizin özünə qarşı təvəccöhündən olduqca mütehassis olan Əbu Talib, gözləri dolu dolu atasına bu cavabı verdi:
"Sən heç narahat olma ata. Onu öz uşaqlarımdan, hətta öz canımdan belə çox qoruyacağıma əmin ola bilərsən. Həyatda olduğummüddətcə ona heç kimin zərər verməsinə icazə verməyəcəyimə söz verirəm."
Oğulunun bu ifadələri Abdülmuttalibi çox məmnun etdi. Gözləri sevinc gözyaşları ilə doldu. Tutulduğu narahatlıqdan xilas ola bilməyən Abdülmuttalib, nəvəsinin sevincinə, sevgisinə, təbəssümünə doya bilmədən gözlərini dünyaya səksən yaşını aşan bir qoca olaraq bağladı. 1
Tarix: Miladi, 578. Fil İlindən səkkiz il sonra.
Məkkə bazarı Abdülmuttalibin vəfatı səbəbindən günlərlə bağlı saxlanıldı. Qureyşlilər, sevdikləri və hörmət etdikləri bu şəxsin ölümü səbəbindən günlərlə yas tutdular, cənazəsini əl üstündə dolaşdırdılar. Sonra Həccin Qəbirisitanlığına, babası Kusayın yanına dəfn etdilər.
Sevimli Peyğəmbərimiz (s.ə.s.), babasını itirməkdən dərin kədər duydu. Çünki bu hadisə, atasının və anasının da əbədi aləmə köçünü xatırladırdı.
Babasının cənazəsi və dəfni əsnasında Peyğəmbərimiz (s.ə.s.), gözyaşlarını tuta bilmədi; bəzən hıçqıraraq, bəzən də səssiz sədasız ağladı.
İllər sonra bir gün özlərinə, babasının ölümünü xatırlayıb xatırlamadığı soruşulduğunda,
"Bəli, xatırlayıram. Mən, o sırada səkkiz yaşında idim " cavabını verəcəkdi.
Peyğəmbər Əfəndimizin səadətli ömürünün ilk səkkiz illik hissəsi belə ağrılarla,kədərlə dolu keçmişdir. Sanki böyük ruhu və riqqətli ürəyi, ta o yaşlardan etibarən gələcəkdə çəkəcəyi məşəqqətlərə dözmək üçün izdirab və çətinlik gəmisində yoğurulurdu.
1. Tabakat, 1/119; Ensab, 1/57
Saleh Suruç
Suallarla İslam
- Peyğəmbərimizin (s.ə.s.)in babası Abdulmuttalibin cahiliyyə dövründə əxlaqı və həyatı necə idi?
- Məkkə Peyğəmbərimizin (s.ə.s.) duası ilə quraqlıqdan necə xilas oldu?
- Peyğəmbərimiz (s.ə.s.) süd anasından neçə yaşındaykən ayrılmışdır, daha sonra süd anasıyla və süd qardaşıyla görüşdüyü olmuşdurmu?
- Peyğəmbərimiz (s.ə.s.)in soy silsiləsi necədir və məşhur babaları kimlərdir?
- Yəmən hökmdarı Seyf bin Ziyəzən Peyğəmbərimizin (s.ə.s.) peyğəmbər olacağına dair Abdulmuttalibə nələr izah etmişdir?
- Peyğəmbərimiz (s.ə.s.) süd anaya nə üçün verilmiş və süd ana yanında qalarkən ortaya çıxan möcüzə hadisələr nələrdir?
- Tarixdə "fil hadisəsi" deyə məşhur olmuş hadisə necə reallaşmışdır?
- Peyğəmbərimizin əmiləri və digər ailə böyükləri kimlərdir?
- Peyğəmbərimiz (s.ə.s.) Hz. Əlini nə vaxt və nə üçün yanına götürmüşdür?
- Peyğəmbərimizin (s.ə.s.) atası Abdullahı qurban edilməsi hadisəsi necə reallaşmışdır?