Peyğəmbərimiz (s.ə.s.) öz soyunu necə ifadə etmişdir?

The Details of the Question
Peyğəmbərimiz (s.ə.s.) öz soyunu necə ifadə etmişdir?
The Answer

Dear Brother / Sister,

Bir gün Səhabələrdən Abdullah bin Cabir (r.ə.),
"Ya Rəsulullah," dedi, "mənə, Allahın hər şeydən əvvəl yaratdığı şey nədir, söyləyərsənmi?" Bu cavabı verdilər:
"Hər şeydən əvvəl sənin Peyğəmbərinin nurunu, öz nurundan yaratdı. Nur, Allahın qüdrəti ilə dilədiyi kimi gəzərdi. O zaman nə Lövhü Məhfuz, nə qələm, nə Cənnət, nə Cəhənnəm, nə mələk, nə səma, nə ərz, nə günəş, nə ay, nə insan və nə də cin vardı." 1Səmanı bütün haşmetiyle işıqlandıran nur, sonra ilk olaraq Hz. Adəmin alınında parladı. Sonra peyğəmbərlərdən peyğəmbərə keçərək İbrahimə (ə.s.) qədər gəldi. Ondan da oğlu Hz. İsmayıla intiqal etdi…
Hz. İbrahim, bu müqəddəs binanın təkrar inşası üçün Cənabı Haqqdan əmr aldı  və oğlu İsmayılla birlikdə dərhal işə başladı.
Kəbənin inşası tamamlanınca, ata oğul əllərini dərgahı İlahiyyə açaraq belə yalvardılar:
"Ey Rəbbimiz! Nəsilimizdən gələn Müsəlman ümmət içindən bir peyğəmbər göndər. Ki o, onlara ayələrini oxusun, Kitabı və hökmlərini öyrətsin. Onları günahlardan təmizləsin! "2   Cənabı Haqq, edilən bu səmimi duanı cavabsız buraxmadı və Hz. İsmayılın nəsilindən peyğəmbərlərin rəisi Hz. Məhəmmədi (s.ə.s.) göndərərək qəbul etdi. Bu gerçəyi Kainatın Əfəndisi, "Mən, atam İbrahimin duasıyam..." 3 buyuraraq ifadə etmişlər.
Hz. İsmayılın övlad və nəvələri getdikcə çoxaldı və Ərəb Yarımadasının hər tərəfinə dağıldı. İçlərindən Adnanoğulları, onlar içindən Mudaroğulları və onlar içindən də Qureyş Qəbiləsi digərlərindən üstün və fərqli oldu. Qureyş Qəbiləsi içində isə Haşimiler qolu hamısından daha çox fəzilət və şərəf tapdı.
Bu gerçəyi də şəxsən özləri bu şəkildə ifadə buyurarlar:
"Allah, İbrahimoğullarından İsmayılı, İsmailoğullarından Kinaneoğullarını, Kinaneoğullarından da Qureyşi, Qureyşdən də Beni Haşimi, Beni Haşimdən də məni seçmişdir." 4
"Mən dövrdən dövrə, (nəsildən nəsilə, ailədən ailəyə) seçilərək intiqal edən Adəmoğulları soylarının ən təmizindən gəldim, sonunda içində olduğum 'Haşimoğulları' ailəsindən doğuldum."
"Allah məni, daim halal ataların sülbünden, təmiz anaların rəhminə nəql edərək, sonunda atamla anamdan ızhar etdi. Adəmdən, ana-atama gələnə qədərki nesebim içində nikahsız birləşən olmamışdır."
1. Kastalanî , Mevabibü'l -Ledünniye:1/7
2. Bəqərə Surəsi, 129
3. İbni Hişam, Sire: 1/175; Taberi, Tarix: 2/128.
4. İbni Sad, Tabakat: 1/20. Müslim: 7/58

Salih Suruç

 

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 4.845 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR