Peyğəmbərimizi (s.ə.s.) himayəsinə aldığı Əbu Talibin Qureyş içərisindəki mövqeyi necə idi?
Submitted by on Sun, 02/05/2010 - 03:30
Dear Brother / Sister,
Əbu Talib son dərəcə mərhəmətli bir insan idi. Lakin olduqca kasıb idi. Məkkə ətrafında yayılan və şəhərə gətirilincə südündən faydalanılan bir neçə dəvəsindən başqa bir mala və mülkə də sahib deyildi. Ailəsi sıx olan Əbu Talib, halıyla dolanışıq cəhətdən böyük bir çətinlik içində olurdu.
Bütün bunlara baxmayaraq o, dürüstlüyü və doğru yaşayışıyla Qureyşlilər tərəfindən sevilər, sayılar və hörmət edilərdi. Hz. Əli, atasının bu vəziyyətini bu ifadələrlə dilə gətirər:
"Atam, Qureyşin kasıb, lakin irəli gələnlərindən şərəfli biri idi. Halbuki, özündən əvvəl, belə yoxsul olduğu halda, qövmünün ulu adamı olmuş bir kimsə gəlməmişdir."
Əbu Talib, yaşayışı baxımından da, Cahiliyyə dövrünün pislik və çirkinliklərindən uzaq idi. Qureyşli müşriklərin su kimi içdikləri içkini o, atası Abdülmuttalib kimi əsla istifadə etməzdi. Əbu Talib, hər halıyla Kainatın Əfəndisini himayə edəcək vəziyyətdə idi.
Əbu Talib, eyni zamanda qardaşı Zübeyrdən özünə keçən "Kəbə perdedarlığı" demək olan "Rifade" və "hacılara su içirmə xidməti" demək olan "Sikayə" vəzifələrini də icra edirdi. Nə var ki, çox xərc tələb edən bu vəzifələrin altından dar büdcəsiylə qalxa bilməyəcəyini anlayınca, üç həcc mövsümündən sonra bu vəzifələri qardaşı Hz. Abbasa təhvil vermək məcburiyyətində qaldı. "Sikayə" və "Rifade" xidmətləri Məkkənin fəthinə qədər Hz. Abbasın əlində davam etdi. Rəsulullah Məkkəni fəth etdikdən sonra bu vəzifələri yenə götürdü.
Saleh Suruç
Suallarla İslam
- Peyğəmbərimizi (s.ə.s.) himayəsinə alan Əbu Talib və xanımı Fatimə xatunun Əfəndimizə qarşı davranışları necə idi?
- Rahib Bahiranın Peyğəmbərimiz (s.ə.s.) üzərində nə müşahidələri olmuşdur?
- Peyğəmbərimiz (s.ə.s.) neçə yaşında ikən babası vəfat etmişdir?
- Peyğəmbərimiz (s.ə.s.) Hz. Əlini nə vaxt və nə üçün yanına götürmüşdür?
- Peyğəmbərimizin (s.ə.s.) Hz. Xədicə ilə evlənməsi necə reallaşmışdır? Toy mərasimləri necə olmuşdur?
- "Ficar" müharibələri nə deməkdir? Peyğəmbərimizin (s.ə.s.) bu müharibələrə qatıldığı olmuşdur?
- Peyğəmbərimizin (s.ə.s.) Hz. Xədicə ilə olan ailə həyatı necə idi?
- Peyğəmbərimizin (s.ə.s.) ticarət üçün çıxdığı ikinci Şam səfəri necə reallaşmışdır?
- Peyğəmbərimizin əmiləri və digər ailə böyükləri kimlərdir?
- Məkkə Peyğəmbərimizin (s.ə.s.) duası ilə quraqlıqdan necə xilas oldu?