Peyğəmbərimizin əmiləri və digər ailə böyükləri kimlərdir?

The Details of the Question
Peyğəmbərimizin əmiləri və digər ailə böyükləri kimlərdir?
The Answer

Dear Brother / Sister,

Hz. Peyğəmbər əfəndimizin (s.ə.s.) 10 əmisi olduğu, atasıyla birlikdə 11 qardaş olduğu ifadə edilər. Həris, Zübeyr, Əbu Talib, Əbu Ləhəb, Kusəm, Dırar, Mukavvim, Hacl, Hz. Həmzə (r.ə.) və Hz. Abbas (r.ə.)dır.

 

 

Peyğəmbərimiz (s.ə.s.)in Ailə Böyükləri

 

Peyğəmbərimizin (s.ə.s.) babalarından Kusay bin Kilab, Huzaalılardan Kəbə əmanətlərini alaraq, yaxşı idarəsi ilə öz qəbiləsini hörmətli bir mövqeyə gətirib, Kəbə ətrafında yığdı. Bundan ötəri onun qəbiləsinə Qureyş (yığmaq, birləşdirmək) adı verildi.

 

Hz. Peyğəmbərin (s.ə.s.) babasının atası Haşim Məkkədən qışda Yəmənə, yazda Şama ticarət səfərlərini ilk başladan şəxsdir. Hətta Bizans imperatoru ilə razılaşma təmin edərək Qureyş tacirlərinin Bizans torpaqlarında ticarət vergilərindən azad tutulmasını da təmin etdirib.

 

Rəsulullahın babası Abdulmuttalib uzun boylu, sarışın idi və sevimli bir saqqalı vardı.

 

Peyğəmbərin (s.ə.s.) ata tərəfdən nənəsinin adı Fatimədir.

 

Əfəndimizin (s.ə.s.) nənəsinin adı Bərrədir.

 

Peyğəmbərimizin dayısı yoxdur.

 

 

Əhzap Surəsinin 50-ci ayəsindən  Hz. Peyğəmbər (s.ə.s.)in bibilərinin və xalalarının olduğunu anlayırıq.

 

 

Əfəndimizin (s.ə.s.) bibiləri altı dənədir.  Adları; Beyza, Berra, Cəldə, Safiyye, Erva, Ümeymedir. Bunlardan Cəldə, Safiyye, Erva iman etmişdir.

 

 

Hz. Peyğəmbər (s.ə.s.)in Fərida və Fahita adında iki xalası vardır. İkisi də onun peyğəmbərliyindən əvvəl vəfat etmişdir.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 7.783 times
In order to make a comment, please login or register