QƏBİR HƏYATI və QƏBİR ZİYARƏTİ

Submitted by on Sun, 10/07/2016 - 07:43
Dear Brother / Sister,
А - QƏBİR HƏYATI
Vəfat edənin torpağa dəfn olunduğu yerə qəbir deyilir. Cəmi “qübur”dur. Bu yerə məzar da deyilir. Ölümlə başlayıb yenidən dirilməyə qədər qəbirdə davam edən həyata “qəbir həyatı” və ya “bərzəx” deyilir. İnsan ruh və bədəndən meydana gələn canlıdır. Ruhun yaradılışı bədəndən əvvəldir. Beləliklə insan həyatının mərhələləri dörd qismdir:
a. Ruh mərhələsi: Ruhun yaradıldığı vaxtdan bədənə üfürülüncəyə qədər olan dövrdür. Rüşeym ana rəhmində 4 ay 10 günə qədərki dövrdə biolojik baxımdan canlıdır. Sözü gedən dövrdən etibarən ruh üfürülür və canlılıq mərhələsi başlayır. Ruhların kütləvi surətdə yaradılıb sorğuya çəkilməsi Qurani-Kərimdə belə qeyd olunur:
“(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq:
“Mən sizin Rəbbiniz deyiləmmi?”– soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!”– deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik” (Əraf, 7/171)
b. Dünya həyatı:Ruhun bədənə girməsi və doğumla başlayan dünya həyatı ruhun bədəndən ayrıldığı vaxta qədər davam edən dövrdür. Dünya həyatının məqsədi, insanın əməl və davranışlarını sınamaq və bunun nəticəsində axirət həyatında qarşılaşacağı əvəzdir. (Bax. Mülk, 67/2; Bəqərə, 2/55.)
c. Qəbir həyatı:Ölümlə başlayıb qiyamət gününə qədər davam edir.
ç. Axirət həyatı:Qiyamətin qopması ilə başlayan və sonsuz olan axirət həyatıdır.
Aşağıda üçüncü dövr olan qəbir həyatı ilə bağlı məlumat veriləcəkdir.
Ölən istər bir qəbrə qoyulsun, istərsə dənizdə qeyb olsun, odda yanıb kül olsun, ya da heyvanlar tərəfindən parçalansın hər insan üçün qəbir həyatı mərhələsi özünəməxsus şərtlər çərçivəsində başlayır. Qəbir və qəbiristan təşkil etmək bir növ dünyadakı məskənin davamı kimi insana verilən əhəmiyyət və ona göstərilən hörmət əlaməti kimi tarix boyunca bütün millətlərdə və ölkələrdə mövcud olmuşdur.
Qəbir həyatı ilə bağlı müxtəlif ayə və hədislər vardır. Onlardan bəziləri belədir:
“Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Firon əhlini ən şiddətli əzaba salın!” (Mömin (Ğafir), 40/46.)
Bu ayə qiyamət qopmadan əvvəl də əzabın mövcudluğundan bəhs edir. Bu da qəbir kimi şərh olunur. Həmçinin Tirmizinin və digərlərinin rəvayət etdiyi hədislərdə bildirildiyinə görə, qəbirdə o biri dünya ilə ilkin əlaqə belə başlayacaqdır:
İnsan öldükdən sonra qəbrə qoyulduqda, Münkər və Nəkir adlı iki mələk ona gələrək: “Rəbbin kimdir?”, “Peyğəmbərin kimdir?”, “Dinin nədir?” -deyə soruşarlar. İman və yaxşı əməl sahibləri bunlara düzgün cavab verdikdə, qəbirləri yetmiş arşın genişlədilir və işıqlandırılır. Ona “uzan və yat” deyilir. Həmin şəxs “gedim halımı ailəmə xəbər verim” dedikdə, mələklər ona “zifafa girən və ən çox sevdiyi şəxs tərəfindən oyandırılan şəxs kimi məhşər gününə qədər sən yatmağa davam et” -deyərlər. Kafir və münafiqlər isə bu suallara düzgün cavab verə bilməzlər, çaşıb qalarlar. Həmin vaxt torpağa "bu adamı yaxşıca sıx” -deyilər. Beləliklə yer onu sıxmağa başlar. O qədər güclü sıxar ki, adam sümüklərini bir-birinə girmiş kimi hiss edər. Bu əzab məhşər gününə qədər davam edər. (Bax. Bəqərə, 2/154; Ali-Imran, 3/169; Mömin, 40/46; Tirmizi, Cənaiz, 70; Buxari, Təfsiru surə, 14, Cənaiz, 86.)
Hz. Peyğəmbər bir qəbiristanlıqdan keçərkən iki qəbirdə yatanların bəzi kiçik qüsurlardan ötrü qəbirlərində əzab çəkdiklərini görmüşdü. Biri sözgəzdirənlik etmək, digəri də ayaqyolunda təmizliyə riayət etməmək üzündən bu sıxıntıya düşmüşdülər. Yerdən yaş bir ağac budağı götürərək iki yerə böldü və qəbirlərin başına basdırdı. Səbəbini soruşan səhabələrə: “Bu iki budaq qurumadığı müddətcə onların çəkdikləri əzabın yüngülləşməsi ümid olunur” -buyurdu. (Buxari, Cənaiz, 82, 89; Müslim, Iman, 34; Əbu Davud, Təharət, 26.)
Qəbirlərin yanına ağac əkilməsi adəti məhz bu hədisə istinad edir. Bəzi hədislərdə qəbir belə tərif olunmuşdur:
“Qəbir ya cənnət bağçalarından bir bağça və ya cəhənnəm çuxurlarından bir çuxurdur. ” (Tirmizi, Qiyamət,26.)
“Qəbir axirət dayanacaqlarının ilkidir. О dayanacaqdan xilas olan sonrakı dayanacaqları daha asan keçər. Xilas ola bilməzsə sonrakı dayanacaqları keçmək daha çətindir. ” (Tirmizi, Zöhd, 5; lbn Macə, Zöhd, 32.)
Quranda şəhidlərin qəbir həyatı ilə bağlı belə buyurulur:
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.” (Ali-İmran, 3/169.)
“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (Bəqərə, 2/154.)
Əbu Hənifəyəgörə peyğəmbərlər, şəhidlər və uşaqlar qəbir sorğu-sualı və əzabı ilə qarşılaşmazlar. Lakin Əbu Hənifə küfr əhlinin uşaqlarının qəbir və axirət həyatı ilə əlaqədar bir sualı cavabsız qoymuşdur. (Aliyyul-Kari, Fıkh–ı Ekber Şerh/, terc. Y.V.Yavuz, lst. 1979, s. 259.)
İbn Abbas və Əbu Hüreyrədən gələn hədislərdə Hz. Peyğəmbərin (s.ə.s) də belə bir suala, "onlar yaşasaydılar necə işlər görəcəklərini Allah daha yaxşı bilir” buyuraraq üstüörtülü cavab vermişdir. Ancaq Buxari bu hədislərin arxasından Əbu Hüreyrədən “Doğulan hər uşaq (İslam) fitrəti üzrə doğulur, lakin onu valideynləri yəhudi, xristian və ya məcusi edər” hədisini rəvayət etmişdir. (Bax. Buxari, Cənaiz, 93.)
Məsuliyyət (mükəlləfiyyət) yetkinlik yaşından etibarən başladığına görə, bu yaşdan əvvəl ölən uşaqların İslam fitrəti üzrə öldüyünü qəbul etmək yuxarıda qeyd olunan hədisə müvafiq və Uca Allahın sonsuz rəhmətinə daha uyğundur.
Qəbir əzabının yalnız ruhamı, yoxsa bədənəmi, yaxud hər ikisinə birlikdəmi ediləcəyi mövzusu alimlər arasında mübahisəli məsələdir. Bu əzabın həm ruha, həm də bədənə ediləcəyi rəyi üstün tutulmuşdur. Ruhun mahiyyəti də tam olaraq açıqlanmamışdır. Ayədə belə buyurulur:
“(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!” (İsra,17/85.)
B - QƏBİRLƏR və QƏBİRİSTANLIQLAR
Torpağa dəfn edilən insanın ən uzun qalacağı yer qəbiristanlıqdır.Buna görə İslam dini qəbirlərin olduğu yerlərin nizamlı və səliqəli düzəlməsini, təmiz saxlanmasını və yaşıllaşdırılmasını istəmişdir. Bununlabirlikdə qəbirlərə olan bu qayğı əslində insana verilən dəyərlə bağlıdır.Habelə hədisdə
“Ölülərinizi yaxşılıqla xatırlayın, onların pis işlərini örtün” buyurulmuşdur. (Əbu Davud, Ədəb, 42; Tirmizi , Cənaiz, 34.)
Qəbirlərin sadə, göstərişsiz olması üçün üzərinin torpaqla örtülü olması lazımdır. Quranda bütpərəstliyin toplumda sevilən bir neçə adamınvəfatından sonra abidələrini ucaldaraq, sonrakı nəsillərin bunlara sitayişetməsilə başladığı belə bildirilir.
“(Nuh qövmindən bir topluluq) dedilərki: öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Vəddi, Suvai, Yəğusu,Yəuqu, və Nəsri atmayın!” (Nuh, 71/23.)
Bunlar Hz. Nuhun qövmündən çox sevilən saleh insanlar idi. Vəfat etdikləri zaman onların yaşadıqları yerlərdəşeytanın təlqini ilə abidələri ucaldılmışdı. Sonra da onları tanıyanlar qalmayınca yeni gələn nəsillər bunlara sitayiş etməyə başlamışdır. (Əlusi, Təfsir, XXXIX, 95; Elmalılı, Hak Dini Kuran Dili, Azim baskısı, Vlll, 356.)
Hz. Aişə Rəsulullahın (s.ə.s) son xəstəliyi əsnasında belə buyurduğunu rəvayət etmişdir:
"Allah, yəhudi və xristianlara lənət etsin. Onlar Peyğəmbərlərinin qəbirlərini məscid halına gətirdilər. " Hz. Aişə belə deyir:
Əgər məscid edilməsindən qorxulmasaydı, Hz. Peyğəmbərin qəbrini kənardan bəlli olacaq şəkildə düzəldərdilər.” (Buxari, Cənaiz, 42, 96, ll, 90, 91; Müslim, Məsacid, 22.)
Müslimin Cündəb (r.a) dan rəvayət etdiyi hədis belədir:
“Diqqət edin! Sizdən öncəkilər Nəbilərinin və saleh qulların qəbirlərini məscid etdilər. Siz qəbirləri məscid etməyin, bunu sizə qadağan edirəm. ” (Müslim, Məsacid, 23.)
Həmçinin Hz. Aişə belə demişdir: “Ümmü Həbibə və Ümmü Sələmə (r.anhumə) Həbəşistanda gördükləri, içində bir neçə təsvirlər olan bir kilsədən danışdıqları üzərinə, Allahın Rəsulu belə buyurmuşdur: “Bunlar, içində saleh bir kimsə vəfat etdikdə, onun qəbrinin üzərinə məscid tikib və onu şəkillərlə bəzəyərlər. Onlar, qiyamət günündə Allah qatında insanların ən şərliləridir.” (Nəsai, Məsacid, 13.)
Qısaca, yəhudi və xristianlar peyğəmbərlərinin qəbirlərinə, onların şəninə təzim edərək səcdə etməyə, onları qiblə etməyə və onları büt olaraq qəbul etməyə başlayınca, Allah onlara lənət etdi və müsəlmanları da buna oxşar əməllərdən çəkindirdi.
Ancaq saleh bir səxşin ətrafında bir məscid tikərək, bunula təzim və qiblə olması qəsd edilmədən, sadəcə Allaha yaxınlaşmaq məqsədilə təbərrükü qəsd edən kimsənin bu məqsəddə olmaması lazımdır. (Bax. Nəsai, Məsacid, 13. Çağrı nəşriyyatı, ll, 41.)
Yol keçməsi, su basması, başqasına aid mülk olması və ya düşmənin məzarı dağıtma qorxusu kimi zərurət hallarında qəbrin başqa yerə nəqli, köçürülməsi caizdir. Cabir ibn Abdullah (r.a) anladır:
“Uhudda ilk şəhid olan babam başqa birisi (Amr İbnul-Cumuh) ilə eyni yerə dəfn edilmişdi. Buna qəlbim razı olmadı. Altı ay sonra qəbri açıb babamı çıxartdım və ayrı bir qəbrə basdırdım. Saç və saqqalında torpağın təsiri xaricində onu təptəzə gördüm.” (Əbu Davud, Cənaiz, 73, H. No: 3232.)
Cənazəni öldüyü yerin məzarlığına basdırmaq məndubdur. Ancaq bir və ya iki mil qədər məsafəyə nəql etməkdə bir qüsur olmaz. Habelə Mədinə qəbiristanlığı yaxın olduğu halda Uhud şəhidləri elə oradaca dəfn edilmiş, Dəməşqi (Şam) fəth edərkən şəhid olan səhabələr şəhərin qapıları yanında dəfn edilmişdir. Dəfndən öncə bir zərurət və ya ehtiyac səbəbi ilə cənazəni başqa yerə aparmağı caiz görənlər də olmuşdur. (İbn Abidin, RədduI-Muxtar, lll, 495)
Qəbirdəki adam məşayixdən, alim və məhşur insanlardan olarsa üzərində türbə tikməyin məkruh olmadığını söləyənlər də olmuşdur.İbn Abidin bunun ancaq vəqf olmayan məzarlıqda ola biləcəyini və bəzilərinin bunda qüsur görmədiyini müəyyən etdikdən sonra bunu belə açıqlayır:
Əbu Hənifədən bir rəvayətə görə, qəbrin üzərinə ev, qübbə və bunlara oxşar bir şey tikmək məkruhdur. Çünki Cabir İbn Abdullahın:
“Rəsulullah (s.ə.s) qəbirlərin kirəclə rənglənməsini, üzərinə yazı yazılmasını, ev tikilməsini və üzərinə oturulmasını qadağan etdi” dediyi rəvayət edilmişdir. (Tirmizi, Cənaiz, 58, H. No: 1052; Müslim, Cənaiz, 94–98; İbn Abidin, e.a.ə., lll, 491, 492.)
Ancaq bəzi ölkələrdə müsəlmanlar məzarları soyulmaqdan, çökməkdən qorumaq və ziyarət üçün yerinin rahatca tapılmasını təmin etmək məqsədilə, kənarlarını daş və ya kərpiclə hörür və ya betonlama bərpası aparırlar. Çox israf və göstərişə getməmək şərtilə bunu ”mü- səlmanların gözəl gördüyü şey, Allah qatında da gözəldir. ” hədisi ətrafı nda dəyərləndirmək lazımdır.
Habelə Hz. Peyğəmbərin bir daş gətirərək Osman İbn Mazunun qəbrinin baş tərəfinə qoyduğu və “bununla qardaşımın qəbrini tanıyacağam və ailəmdən vəfat edəni bunun yanına dəfn edəcəyəm” buyurduğu rəvayət edilmişdir. Günümüzdə qəbir daşına yazı yazmaq bir tanıma məqsədidir. Ancaq qəbrin üzərinə Quran ayəsi yazmaq məkruhdur. (İbn Abidin, e.a.ə., ııı,492.)
İslam ölkəsində yaşayan zimmət əhlinin (yəhudi və xristianlar) qəbirləri də İslam toplumunun mühafizəsi altındadır. Həyatda ikən onlara əziyyət edilmədiyi kimi, ölümlərindən sonra da qəbirlərinə toxunulmaz. Ancaq müsəlmanların yeni ələ keçirdikləri bir yerdə, ehtiyac olursa düşmənə aid qəbirlər açılaraq, sümükləri bir yerə toplanıb həmin yer müsəlman məzarlığı və ya məscid etmək kimi başqa məqsədlərlə istifadə oluna bilər. (Fətaval–Hindiyyə, Beyrut 1980, I, 165–167; Bilmen, e.a.ə., lst. 1985, s. 295 vd.)
C - QƏBİR ZİYARƏTİ
Qəbir ziyarəti kişilər üçün müstəhəb, qadınlar üçün caizdir. Salehlərin, ana–ata və yaxın qohumların qəbirlərini ziyarət etmək isə məndubdur.
Qadınların qəbir ziyarətində ifrata varmaması və ziyarət qaydalarına riayət etməsi labüddür. Belə ki, Hz. Peyğəmbər uşağının qəbri başında ağlayan bir qadına səbir tövsiyə etmiş və onun ziyarət etməsinə mane olmamışdır. (Buxari, Cənaiz, 7, Əhkam, 11; Müslim, Cənaiz, 15.)
Bundan əlavə Hz. Aişənin qardaşı Əbdürrəhman İbn Əbi Bəkrin qəbrini ziyarət etdiyi rəvayət olunur. (Tirmizi, Cənaiz, 61.)
Hz. Peyğəmbər hələ qədərlə bağlı əqidənin möhkəmlənmədiyi və cahiliyyə vərdişlərinin davam etdiyi, cənazələrdə qadınların dil deyib fəryad etdiyi dövrdə qəbir ziyarətini qadağan etmiş, lakin bunu daha sonra bu hədisi ilə sərbəst buraxmışdır:
"Sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Bundan sonra qəbirləri ziyarət edin. Çünki bu ziyarət sizə ölümü xatırladır.” (Bax. Müslim, Cənaiz, 106, Əzahi, 37; Tirmizi, Cənaiz, 7, 60; Əbu Davud, Cənaiz, 77, Əşribə, 7; Nəsai, Cənaiz, 100; Malik, Müvəttə, Dəhaya, 8.)
Əbu Hüreyrə (r.a) belə demişdir:
“Rəsulullah (s.ə.s) anasının qəbrini ziyarətə getmişdi. Orada ağladı və ətrafındakıları da ağlatdı. Sonra belə buyurdu: Anama istiğfar üçün Rəbbimdən izin istədim, mənə bunun üçün izin verilmədi. Onun qəbrini ziyarət üçün izin istədim, mənə izin verildi. Bundan sonra artıq siz də qəbirləri ziyaret edin. Şübhəsiz bu, ölümü xatırladır.” (Əbu Davud, Cənaiz, 75–77, H. No: 3234; Müslim, Cənaiz, 105, 106; Nəsai, Cənaiz, 101, H.)
Hz. Peyğəmbərin ana-atası İslamdan əvvəlki dövrdə təmiz yaşayışı olan ailələrdəndi. İslamdan əvvəl açıq-aydın küfr və şirkləri bilinməyənləri Uca Allaha həvalə etmək məqsədə uyğundur. Çünki bunlar arasında Vərəqə İbn Növfəl kimi əvvəlki ilahi dinə mənsub olanlar vardı. Bunlar hənif dinindən sayılır və bir peyğəmbərdən bixəbər olduğu üçün fətrət dövrünə daxil idilər.
Müşrik olaraq öldüyü açıq-aşkar bilinənlər üçün dua edilməz. Belə ki, müşrik olaraq ölən ana-atası üçün istiğfar edən bir səhabəni Hz. Əli tənbeh etmiş, bu səhabənin Hz. İbrahimin də bütpərəst olan atası üçün istiğfar etdiyini söyləməsi üzərinə Hz. Əli bunu Hz. Peyğəmbərdən soruşmuşdu. Buna Hz. Peyğəmbər belə cavab vermişdir:
“İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.” (Tövbə,9/114; Nəsai, Cənaiz, 102, H.No)
Hz. Peyğəmbərin qəbirləri çox ziyarət edən qadınlara lənət etdiyini bildirən hədislər (Bax.Tirmizi, Səlat, 21, Cənaiz, 61; Nəsai, Cənaiz, 104; Ibn Macə, Cənaiz, 49.) ziyarət qadağası olan dövrə aiddir. Tirmizi bunu açıq-aydın ifadə etmişdir.(Tirmizi, Cənaiz, 60.) Hz. Aişə və İbn Əbdilbərr bu rəydədirlər.
Hənəfilərin mötəbər rəyinə görə, qadının qəbir ziyarəti ifrata varmamaq şərtilə caizdir. Çünki hədislərdəki rüxsət qadınları da əhatə edir. (Tirmizi, Cənaiz, 60, 61; Ib_r_ı Abidin, е.ә.ә., lst. 1984, II, 242)
Qəbir ziyarəti axirəti xatırladır, insanı zöhd və təqvaya yönəldir, dünya hərisliyinə və haram işləməyə əngəl olur. Hz. Peyğəmbər və salehlərin qəbrini ziyarət ruhlara təskinlik verir və ali duyğuların möhkəmlənməsinə kömək edir. Belə bir ziyarət üçün yolçuluğa çıxmaq məndubdur. Bir hədisdə belə buyurulmuşdur:
“Kim məni öldükdən sonra ziyarət edərsə, sanki mən həyatda ikən ziyarət etmiş kimi olur. ” (Əli Nasif, Tac, əl–Camiul–Usul, ll, 190.)
Hz. Peyğəmbər hər ilin başında Uhuddakı şəhidlərin qəbirlərinə gələrək belə deyərdi: "əs-Sələmu aleykum bi mə sabərtum fə nimə uqbəddər" (Səbir etdiyiniz şeylər müqabilində sizə salam ve salamatlıq olsun!Məhz dünyada ən gözəl nəticə budur).
Bundan əlavə Hz. Peyğəmbər (s.ə.s) ölüləri ziyarət etmək üçün Mədinə qəbiristanlığına gedər və belə deyərdi: “əs-Sələmu aleykum yə darə qavmin muminin və innə inşəallahu bikum Iahiqun, əsəlullahə li və ləkumul–afiyətə” (Ey möminlər yurdunun sakinləri! Salam sizə. Biz də inşallah sizə qovuşacağıq. Uca Allahdan bizim və sizin üçün sağlıq, axirətlə bağlı qorxu və sıxıntılardan xilas olmağı arzulayıram). (Müslim, Cənaiz, 104; Nəsai, Cənaiz, 103; Ibn Macə, Cənaiz, 36; Ə. Ibn Hənbəl, ll, 375, 408.)
İbn Abbas Hz. Peyğəmbərin bir dəfə Mədinə qəbiristanlığına baş çəkdiyində üzünü qəbirlərə çevirərək belə dediyini rəvayət etmişdir: “əs-Sələmu aleykum yə əhləl-qubur! Yağfirullahu lənə və lekum. Əntum sələfunə və nəhnu bil-əsəri” (Ey qəbir əhalisi! Sizə salam olsun! Allah bizi və sizi bağışlasın. Siz bizdən əvvəl getdiniz, biz də sizin ardınızdan gələcəyik). (Tirmizi, Cənaiz, 59, H. No: 1053.)
Hz. Aişə bir gecə Allahın Elçisini təqib edərək Mədinə qəbiristanlığına gəlmişdi. Onu görən Nəbi (s.ə.s) belə buyurmuşdur: Mənə Cəbrail (ə.s) gəldi və “Rəbbin gedib Baqi qəbiristanlığındakılar üçün istiğfar etməyini əmr edir” -dedi. Hz. Aişə soruşdu: onlar üçün necə dua edim? Ey Aişə belə dua et: “əs-Sələmu alə əhlid–diyar minəl-muminin vəl-muslimin və yərhamullahu əlmustəqdiminə minnə vəl-mustəxirinə və innə inşaallahu bikum ləhiqun” (Mömin və müsəlmanlar diyarının əhalisinə salam olsun! Allah bizdən əvvəl gedənlərə və sonra gələcəklərə rəhmət eləsin! lnşallah biz də sizə qovuşacağıq). (Müslim, Cənaiz, 103; Nəsai, Cənaiz, 103, H. No: 2035.)
Ziyarət əsnasında qəbrə qarşı namaz qılmaq məkruhdur. Qəbirlərdən məscid kimi istifadə edilməsi və şam yandırılması caiz deyil.(Müslim, Cənaiz, 97, 98; Əbu Davud, Səlat, 24; Tirmizi, Səlat, 236.)
Lakin ətraf mühiti işıqlandırma bundan istisna edilmişdir.
Qəbirlərin yanında yatmaq, ətrafını zibilləmək, yaş ot, çiçək və ağaclarını qoparmaq məkruhdur.Çünki yaşıllaqların qəbirdə olan ölülərin əzabının xəfifləməsinə səbəb olacağı ümid olnur.
Qəbrin yanında Yasin surəsi oxunduqda, Uca Allahın ölülərə asanlıq verəcəyi, oxuyana da ölülərin sayı qədər savab bəxş edəcəyi, Hz. Əli və Ənəs lbn Malikdən (r.a) rəvayət edilmişdir. (Bilmen, e.a.ə., s. 265.)
Dəlilləriylə İslam Elmihalı, İpək Yolu Nəşriyyatı, Bakı-2010
Suallarla İslam
- İslamda qəbir ziyarətinə icazə verilirmi?
- 20 yanvar
- Qəbir ziyarətinin faydaları nələrdir? Ölülər qəbirinə gələnləri görürmü?
- Qəbirlər üzərinə məscid tikmək və qəbirlərə doğru namaz qılmaq
- ALLAH YOLUNDA ŞƏHİD OLMAQ
- Qəbirləri tikmənin, mərmərdən etmənin bir qorxusu var?
- Qəbir əzabının səbəbləri nələrdir?
- Qəbrin dəhşəti
- Namazların Qəzası Haqda
- Oruc və Ramazan haqda hədislər