Qəlbin rahat olması nə deməkdir? Qəlb necə mutmain olar?

The Details of the Question
Qəlbin təmin olması nə deməkdir? Qəlb necə mutmain olar?
The Answer

Dear Brother / Sister,

     Qəlbə "saməd aynası" deyilir. Saməd, yəni hərşeyin ona möhtac olduğu, ehtiyacdan münəzzəh Allah...

    Və bu qəlbin razı olması üçün yeganə resept:

"Bilin ki, qəlblər ancaq Allah`ın zikrilə aram tapar (Allah'ı xatırlamaqla sükunət tapar). (Rad, 13 /28)

     Mədəyə və ona göndərilən qidaya, görməyə və onu təmin edən ziyaya, ağla və onu qane edən mənaya, qısacası maddî və mənəvi nə qədər ruzilərə möhtac olan bu aciz və fəqir bəşərin, o ummanlardan daha geniş qəlbini, ancaq bütün məxluqatın Xaliqi və maliki olan Allah'ı zikr, yəni O`nu yad etmək, O`nu xatırlamaq qane edə bilər.

     O halda insan, Allahdan başqa nəyi yâd etsə məxluqu yad etmiş, O'ndan qeyri nəyi sevsə fani olanı sevmiş olar. Bunlar isə şərəf və qiymət etibarilə qəlbdən çox aşağı olan şeylər. O ülvi qəlb, bu süfli əşya ilə qane olmadığı üçündür ki, qafil insanı daim rahatsız edər. Bax can sıxıntısı,hüzursuzluq,narahatlıq, stress dediyimiz şeylər həmişə bu doymayan qəlbin aclıq fəryadları, ölüm naləsidir.

     Kainatın meyvəsi və cənnətin yolçusu olan insanı, bu fâni dünyanın bəsit işləri qane, razı edə bilmir.

     Nur külliyyatından bir ülvi resept:

"İman tövhidi, tövhid təslimi, təslim təvəkkülü, təvəkkül səadət-i dareyni iqtiza edir (tələb edir)." (Sözlər)

     Demək ki, iki dünya səadətinin birinci şərti və hər cür mənəvi xəstəliklərin ən böyük dərmanı: iman. 'iman' edən insan, sahibsiz, hamisiz olmadığının fərqinə varmışdır. Bu isə başlı başına və ən böyük bir səadət. 'Tövhid`ə qovuşan insan hər kəsi, hər şeyi və hər hadisəni Allah'a isnad etmənin rahatlığına qovuşmuşdur.

      Ana bətnində, Rəbbinin rəhmətinə əmanət olmasının nə qədər həyatî nəticələr doğurduğunun şüuru içində, bu dünya həyatında O'na 'təslim' olan insanın ruhunu, heç bir hadisə yaralaya bilməz, heç bir ağrı incidə bilməz, heç bir kədər qaralda bilməz.

     Və sonunda 'təvəkkül'ün ruhuna çatan insan, özünə Rəbbinin bir ehsanı olan cüz-i iradəsini, yenə O`nun adına və razılığı dairəsində istifadə edərək O'na təvəkkül edər və hər cür təqdirinə razı olar. Səadət-i dareyn, yəni dünya və axirət səadəti də bu dörd əsasa bağlıdır.

     Məhz stress, hüzur və rahatı bu dairənin xaricində axtaranların acı aqibətinin adıdır.

     İki mənzərəBir yanda, insanı pərişan etmək üçün fasiləsiz çalışan inanc qatilləriiffət düşmənləri, ən qısa ifadəsiylə şər mərkəzləri ... Zəhər satışa çıxaran meyxanələr, pis havalı qumarxanalar, həya düşməni moda mərkəzlərikörpə zehinləri rəzalətə özəndirən (həvəsləndirən) romanlar, hekayələr ... Və dünyanın hər tərəfindən ekranlara hücum edərək ruhu gəmirən ədəbsiz səhnələr. Ümidsizlik aşılamaqla qəlbi pərişan edən acı xəbərlər. Bitmək bilməyən boğuşmalar. Cinayətlər, yol qəzaları ... Siyasət səhnəsindən heç əskik olmayan böhtan palçıqları, qaralamalar, yalanlar, qeybətlər.

     Bəridə, hörmət-məhəbbət münasibətini itirmiş viranə ailələr. Adət ənənə bəlası, desinlər ehtirası yaxud deməsinlər qorxusu üzündən, israf ilə qabaran məsrəf rəqəmləri. Yuxu qaçıran kreditlər ...

    Dünyanın, çox zaman insanların əliylə icra edilən və insanı insana sanki bəla edən bu qədər maddi və mənəvi sıxıntısı qarşısında aciz, fəqir və fâni insan ...

     Və "Dünyada rahat yoxdur" hədisi-şərifini daim təfsir edən xəstəlik, qocalıq və ölüm ...

     Bu mənzərələr, qəlbin dünya ilə qane ola bilməyəcəyinin ən aydın bir göstəricisi və insanın nəzərini bir başqa diyara çevirən bir hidayət öndəri.

     Həqiqətən də dünyada rahat yoxdur. Çünki bu imtahan aləminin quruluşu buna münasib deyildir. İmtahanda rahat olmaz. İnsan bu kâinatın meyvəsi olduğundan, elementlərin insan bədənində, hadisələrin də onun ruh aləmində nümunələri, izləri, kölgələri vardır.

    Aləmdə olduğu kimi insanın iç dünyasında də, daim bir bahar gözləyə bilməzsiniz; onun də qışı, yazı, payızı vardır. Havası daim sakit deyildir; şimşəyi, fırtınası, qasırğası vardır. Onu də daim işıqlı görə bilməzsiniz; qaranlığı, kölgəsi, buludu vardır. Onda də məhsullar bir cinsdən deyil; çiçəyi, meyvəsi, tikanı vardır. Sahəsi də hamar deyildir; dağı, uçurumu, dərəsi vardır.

     Bunun belə olduğunu qəlbimizdə yaxşıca həzm etdiyimiz təqdirdə, hadisələrə baxış tərzimiz dəyişəcək, yersiz kədərlərdən, həyəcanlardan, bədbinliklərdən böyük ölçüdə qurtulmuş olacağıq.

     Və bütün bunlar dünyada rahat olmadığının birər şahidi. Bu var ki, rahatla səadəti qarışdırmamaq gərək. Dünyada rahat yoxdur, amma hüzur və səadət vardır. Bu məfhumlar, bədənə deyil ruha baxarlar. Ruh isə iman, saleh əməl, təqva və gözəl əxlaq ilə hüzur tapar və məsud olar.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Read 802 times
In order to make a comment, please login or register