Qadın əzan oxuyabilər?

Sualın detalları
Qeyri İslam ölkəsində Əzan səsi eşidilmir, bu şəhərdə yaşayan müsəlman bir qadın fərz namazlarından əvvəl Əzan (və iqamə) deyə bilər?
The Answer

Dear Brother / Sister,

İslam alimlərinin çoxuna görə, qadının əzan oxuması və qamət gətirməsi məkruhdur. Çünki səsləri nəğməli olaraq çıxacağından fitnəyə səbəb olar. Qılınan namazın əda və ya qəza olması hökmü dəyişdirməz. Ancaq bəzi imamlar, qadın özü üçün və digər xanımlar üçün əzan və qamət gətirə bilər, demişdir.

Məsələn, İmamı Malik "qamət gətirsələr gözəl olar" deyərkən, İmamı Şafii "Əzan və qamət oxumaları gözəldir" hökmünü verər, İbni Münzir"in rəvayətinə görə isə, Həzrəti Ayşə həm əzan oxuyar, həm də qamət gətirərmiş. (1)

Buna görə, bir qadın əzan və qamət oxumaqla mükəlləf deyil, ancaq istəsə öz başına oxusa savabını alar. Ancaq özünə nikah düşən kişilərin yanında səsli əzan və ya qamət oxuya bilməz.

1 Bidayetü'l-Müctehid, 1:110; əl-fıkhu'l-İslami və Edilletühu, 1: 422.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 5.213 times
In order to make a comment, please login or register