Qadın hicabsız kitabdan dua oxuya bilərmi? Qüsulsuz qadın Qur`an oxuya bilərmi?
Submitted by on Tue, 02/06/2015 - 22:24
Dear Brother / Sister,
Sələmun aleykum.
1. Qadınların başı və qolları açıqkən Qur`an-i Kərim və Cövşən oxumaları caizdir (yəni olar). Çünki qadının Qur'an oxuyarkən başını və qollarını örtməsinin fərz olduğunu göstərən bir məlumat yoxdur. Bununla yanaşı başı örtülü olaraq oxumaları yaxşı olar.
Ancaq dəstəmazsız olaraq musahafa (Qur`an hərflərinə) toxuna bilməzlər.Qur`an-i Kərim`i əllərinə götürə bilər, amma içindəki yazılara toxuna bilməzlər.
İçində dua olan hədis, təfsir və dua kitablarını həm dəstəmazsız həm də hicabsız tuta bilərlər.
2. "Qadınlar namaz qılamadıqları aybaşı halında və lohusa olduqları günlərdə;
1. Qur'ân-ı Kərim oxuyabilərlərmi?
2. Âyətü'l-Kürsi və İxlas oxuyabilərlərmi?
3. Bəsmələ, kəlimə-i tövhid, kəlimə-i şəhadət, salavat-ı şərifə, təsbeh və zikr çəkə bilərlərmi?
4. Dini kitabları oxuyabilərlərmi?
5. Radiodan dinlədikləri Qur'ân'ı içlərindən təkrarlaya bilərlərmi?
6. Ərəbcə Bəsmələ yaza bilərlər mi? "
Bu sualların hamısına ümumi olaraq belə cavab verməyə çalışaq:
Cünub, aybaşı halında və ya lohusa olan qadın, Qur'ân ayələrindən heç birini oxuya bilməz, caiz deyildir. Bu barədə Rəsulullah (s.ə.s.) belə buyurur:
"Cünub (qüsulsuz) və aybaşı halında olan qadın Qur'ân'dan heç bir şey oxuya bilməz." (İbni Mâcə, Təharət: 105.)
Yəni sırf Qur'ân-ı Kərim oxumaq niyyəti bir ayədən daha az belə oxuya bilməz. Ancaq dua, sənâ, Allah'a sığınma, zikr və ya bir işə başlayanda yaxud öyrətmək məqsədilə Qur'ân'dan bəzi âyətləri oxumaq caizdir
Məsələn, bir nəqliyyat vasitəsinə minərkən oxunması sünnət olan bu ayə / dua kimi:
"Sübhanəlləzi səxxara lənâ həzə vəmâ künnə ləhû mukrinin (Hər cür noksandan münəzzəhdir o Allah ki, bunu bizim xidmətimizə verdi, yoxsa bizim buna gücümüz çatmazdı.)" (Zuxruf Sûrəsi, 13.)
Və yenə vasitədən enərkən də bunun oxunması kimi:
"Rabbənâ ənzilnî münzələn mübârəkən və əntə Xeyrul-münzilin (Ey Rəbbim, məni xeyir və bərəkəti bol bir yerə endir. Qonaq ağırlayanların (qarşılayan) ən xeyirlisi Sənsən) .( Mü'minûn Sûrəsi, 29.)
Bir müsibət və ölüm xəbəri alınca,
"İnnə lilləhi və innə iləyhi raciun (Şübhəsiz biz Allaha məxsusuq və şübhəsiz yalnız Ona da qayıdacağıq!) .(Mü'minûn Sûrəsi, 29.)
Yenə bir işə başlarkən "Bismillâhirrahmənirrahîm" demək, şükr məqsədilə "Əlhəmdülillah" demək də bu qəbildəndir.
Eyni şəkildə Fâtiha, Âyətü'l-Kürsî, Fələq, Nâs və İxlas surələrini zikr məqsədilə, Allah'ı xatırlamaq düşüncəsiylə oxumaq haram deyildir.
Mâlikî məzhəbinə görə, heyzli və lohusa olan qadının az miqdarda Qur'ân oxumasında bir zərəri yoxdur. Bu az miqdar da yuxarıda adı keçən surələr miqdarıdır. Bu məsələyə dəlil olaraq; qadınların uzun müddət bu halda qalmış olduqlarından dolayı istihsânən caiz görmüşlər.
Hənbəli və Hənəfi məzhəbinə görə, Qur'ân-ı Kərim'in sözlərini hecalayaraq, hərf hərf oxumaq caizdir. Çünki belə bir oxunuş "qiraət" ə aid deyildir Yenə tilavət olmadan Mushafa baxmağı, səsini çıxarmadan içindən oxumasını da caiz görmüşlər. Çünki bu vəziyyətdə də qiraətdən (oxumaqdan) söz edilməz.( Vehbe Zuhayli, əl-Fıkhu'l-İslâmî və Ədillətühû, İslâm Fiqhi Ensiklopediyası, 1: 288-9.)
Bütün bu görüşlər müctəhid imamların müxtəlif dəlillərə əsaslanaraq gəldikləri ictihad fərqlilikləridir və hamısı da doğrudur.
Bununla yanaşı, kəlmeyi-şəhadət, Kəlmey-i Tövhid, istiğfar, salavat-ı şərifə kimi tövhid və zikr cümlələrini bir və ya birdən çox oxumaq caizdir.
Xanımların bu günlərdə Qur'ân-i Kərim'in xaricində təfsir, hədis və fiqh kimi dini kitabları əllərinə almaları İmam-ı Azama görə caizdir. Ancaq bu kitabların içində olan âyətlərə əl sürməmələri,toxunmamaları lazımdır.
Qur'ân ayələrinin bu vəziyyətdəykən yazılması məsələsində əl-Fətəva'l-Hindiyyə'də bu qeydləri oxuyuruq:
"Qüslsüz və ya heyzli olanların yazmaqda olduqları sətirlərin arasına Qur'ân'dan bir âyət yazmaları məkruhdur. Lakin yazdıqları bu âyətləri oxumazlarsa məkruh olmaz. "
"İmam-ı Muhamməd isə, bu şəxslərin Qur'ân yazmamaları mənə görə ən sevimli davranışdır, deyərək bu barədə ehtiyatlı və diqqətli olmağı tövsiyə etməkdədir."
Buna görə, Bəsmələ də Qur'ân'dan bir âyət olduğundan heyzli ikən yazılmaması daha məqsədəuyğun olar.
Bu arada hansı məzhəbə bağlı olursa olsun, bu haldakı bir qadın Qur'ân'ın bir ayəsinə belə əl vura bilməz. Ancaq Qur'ân'a yapışıq olmayan təmiz bir bez və kağızla tuta bilər.
Qadınlara Məxsus Hallar (Heyz və Zahılıq)
Aybaşı halındakı qadın məscidə girə bilər?
Suallarla İslam
- Pul qarşılığında Qurani-Kərim oxumaq, oxutmaq, həmçinin öyrətmək caizdir?
- Adət (aybaşı) halındakı qadın məal oxuya bilər?
- Niyə Ramazan, Niyə Oruc?
- Qadınlıq hallarında Quran və digər dini kitablara toxunmaq və onları oxumağın hökmü...
- Qadınlara Məxsus Hallar (Heyz və Zahılıq)
- Bismillahsız başlayan surə hansıdır? Bu surənin başında nə üçün bismillah yoxdur?
- Hamiləykən namaz qılmaq olarmı; qılınarsa nələrə diqqət edilməlidir?
- Heyz müddətində Qurani-Kərim, salavat və s. oxuna bilərmi
- İNSAN VƏ BAZARI
- Çalğılı musiqilərin dinlənilməsi barəsində hədislər və İslam alimlərinin görüşləri nələrdir?