Qadınların örtünməsi nə üçün şərt qoyulub? Kişi üçün örtünmə ilə qadın üçün örtünmə nə üçün fərqlidir?

The Details of the Question
Nə üçün kişilər saçlarını naməhrəmdən gizləməli deyil? Ne üçün qadınların saçlarını namehreme gostermesi haram sayilir kisilerde ise bu vurgulanmir?
The Answer

Dear Brother / Sister,

Və aleykumusSalam. - İslamın hökmləri, Allahın sonsuz elm və hikmətinin əks olunmasıdır; insanların həva və həvəslərinə görə deyildir. Nə qədər kəs, içkinin, oğurluğun, zinanın, qumarın, faizin qadağan edilməsindən də narahatdır. Çünki, insanların düşüncələri, arzularına görə formalaşır. Arzuları isə, nəfslərinə xoş gələn istiqamətdə meydana gəlir. Nəfslərə xoş gəlmək isə, içində olduğu ətraf, ailə və təhsil vəziyyətinə görə cücərir.

Bu səbəblədir ki, Quranın tərbiyəsindən uzaq bir mövqedə olan kəsin nəfsi əmmarəsi azadlığı fironluqla qarışdırır. Öz zövqü üçün bütün dünyanı fəlakətə sürükləyir. Beş qəpiklik bir mənfəəti üçün minlərlə insanı zərərə soxmaqdan çəkinməz.

Buna müqabil, İslam intizamı altında tərbiyə edilmiş bir nəfs isə, "nəfsi əmmarə" dərəcəsindən çıxıb, nəfsi ləvvamə, mutmainnə, raziyə və marziyə mərtəbələrinə qanad çırpır və həqiqi insanlıq mərtəbəsinə yüksəlir.

- Bu bir həqiqətdir ki, yetkin bir insanın təmkinli rəftarı, uşaq həvəsli bir gəvəzənin xoşuna gəlməz. Yüksək ruhani zövqlər, nəfsani arzuların əsiri olmuş kəsləri tatmin etməz.

Qadının örtünmə mövzusu da belədir. Quran, qadının örtünməsini, alçaq sərsərilərin şərindən qorumağa yönəlmiş bir zireh kimi təsvir edir, bir iffət simvolu olaraq görür, örtülü qadını bir azadlıq abidəsi olaraq görür.

- İslam dini kimi digər bütün səmavi dinlərin qəbul etdiyi təməl əsaslardan biri də insanların ismət, şərəf və heysiyyatlarının toxunulmazlığıdır. Bəli, ilahi vəhylərdə, insanların dini, canı, ağlı, malı, isməti / namusu / şərəf və heysiyyatı müdafiə olunmuşdur, bunlara hücum edənləri isə mərtəbəsinə görə cinayətkar saymışdır.

- Bu gün, qadının açıq-saçıq olmasını arzu edənlərin bir çoxu, başqasının arvadına-qızına kəm gözlə baxmaqdan çəkinməyən kəslərdir. Yoxsa, qadınların İllah da açıq olmalarını istəmələrinin altında hansı hikmət yatır?

- Əgər açıq-saçıqlıq həqiqətən bir azadlıqdırsa, əvvəlcə kişilər bu işi görsün. Diz ilə göbək arası xaric digər yerlərini açıq tutsunlar,  çarşı-bazaraelə təşrif buyursunlar.

- Qadınların və kişilərin geyim-keçimlərinin sərhədlərini ancaq onları yaradan Allah çəkir və onun elçisi təlimat verir. Bu gün ən sivil qəbul edilən ölkələrdə kişilərin -Heç bir dini təzyiq altında qalmadan- azad iradələriylə geyinməyi açıq-saçıqlıqdanüstün tutmaları baş vermiş bir şeydir. Demək ki, açıq-saçıqlıq bir azadlıq deyildir. Qadınların kişilərdən çox daha çox qapanmaya və çox daha layiq olduğunu görməmək üçün kor olmaq lazımdır.

- Digər tərəfdən,ibadətlər və haramlar bütünlüklə Allahın iradəsinə və istəyinə görə təyin olunur. Bunu bizim sorğulama və ya etiraz etməyə deyil, hikmətini anlamağa çalışmağımız lazımdır. Belə ki;

Şəriətin iki növ hökmləri vardır.

1. Taabbudi dediyimiz yəni hikməti bilinməyən və bütünlüklə Allahın əmr və qadağasına baxan qaydalardır.

2. Makulul-məna dediyimiz ilahi əmrlər və ya qadağalarda yatan hikmətlərin araşdırıla biləcəyi qisim.

Sizin verdiyinizsuala bu yöndən də baxaq. Niyə sübh namazı dörd rükətdiramma onvə ya iyirmi rükət deyil?Cavab, Allah əmr etdiyi üçün. Günorta namazı Allah tərəfindən on rükət olaraq təyin edilmişdir. Bunun hikmətini araşdırmaq nəticəsiz olacaqdır. Çünki Allah elə əmr etmişdir. Və bunun əsl cavabı budur. Amma bəzi şəriət qaydaları hikmətlə izah edilə bilər. Amma hikmətlər əsl deyil; əsl olan Allahın əmri və ya yasaqlamasıdır.

Məsələn, Allah namazı niyə əmr etmişdir?

Buna istədiyiniz qədər hətta cildlərlə hikmət və məqsəd baxımından cavab verilə bilər. Niyə oruc tuturuq, hikmətləri araşdırılıb cavab verilə bilər. Amma hikmət və faydalar Allahın əmri yerinə keçə bilməz. Belə ki, orucun bir hikməti insanların ac qalıb, yoxluq içərisində yaşayan insanların halından anlayıb onlara şəfqətlə yaxınlaşmalarını təmin etməkdir.

İndi biri bunu əsas tutub "mən daha çox ac qalacam ki, daha çox şəfqət hissim qabarsın və fəqirlərə daha çox kömək edim" deyə bilər. İmsak vaxtı saat 4.00 olduğu halda, bu adam gecə saat 11.00'dən oruca niyyət edib, lakin axşam vaxtına beş dəqiqə qalmış orucunu açsa, orucu səhih olarmı? Əlbəttə olmaz. Çünki orucun açılması üçün müəyyən bir zaman var və bu adam daha çox ac qaldığı halda, oruc tutmuş olmur. Yəni orucdan gözlənilən hikmət daha çox yerinəyetir, lakin Allahın icazə vermədiyi bir zamanda açdığı üçün oruc yerinə keçmir.

Odur ki, qardaşım İslamın bütün əmr və qadağalarına bu şəkildə baxmağımız lazımdır. Yəni Allah belə əmr etmişdir və ya belə qadağa etdiyi üçün bunu edirik. Bunun hikmətləri əlbəttəki, var. Və bu hikmətlər əlbəttə araşdırılır. Bu da bir elm və ibadətdir. Amma hikmətlər və faydalar qətiliklə əsl deyil, təfərrüatdır.

Örtünmənin, təsəttürün dünyadakı faydaları nələrdir?

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Read 1.476 times
In order to make a comment, please login or register