Qeyri-müsəlmanın həyatını qorumaq və bunun müqabilində onlardan cizyə almaq necə başa düşülməlidir?

Sualın detalları

Qeyri-müsəlmanın həyatını qorumaq və bunun müqabilində onlardan cizyə almaq necə başa düşülməlidir?

 

The Answer

Dear Brother / Sister,

"Bu məsələ haqda sünni fiqhində üç əsas görüş mövcuddur. Şafei və hənbəli məzhəblərinə görə, cizyə yalnız Kitab əhli və atəşpərəstlərdən alınmalıdır. Müşriklərdən cizyə almaq olmaz. Hənəfi və malikilər isə ərəb müşrikləri istisna olmaqla qeyri-müsəlman sayılan hər kəsdən cizyə almağı qəbul edirlər. İmam Malikə aid edilən, İmam Övzai və İmam Sövrinin də təsdiqlədiyi üçüncü, amma məşhur olmayan görüş də vardır ki, bu da hər kəsdən cizyənin alınmasıdır

Mənbə: İbn Qüdamə, əl-Müğni, IX cild, səh. 194195319324 ; Vəhbə Züheyli. Müharibənin islam fiqhinə təsiri: müqayisəli araşdırma. Dəməşq: "əl-Məktəbə əl-hədisə", 1965, səh. 712-715.

Müqayisə etsək görərik ki , sonuncu görüş müşriklər üçün ümumi"amnistiya" elan edir, onların həyatını zəmanət altına alır. Birinci görüş isə onlara heç bir imtiyaz tanımır.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Read 2 times
In order to make a comment, please login or register