QURAN OXUYARKƏN 14 SƏCDƏ AYƏSİNƏ ÇATDIQDA TİLAVƏT SƏCDƏSİ NECƏ EDİLİR?

The Details of the Question
Səcdə ayələri oxunduğu zaman tilavət səcdəsi necə edilir? Bu səcdəni sonraya buraxmaq olar?
The Answer

Dear Brother / Sister,

Qurani-Kərimin surələrində on dörd səcdə ayəsi vardır ki, bunlardan birini oxuyan və ya eşidən hər mükəlləf üçün bir səcdə gərəkdir.

Qurani-Kərimin surələrində on dörd səcdə ayəsi vardır ki, bunlardan birini oxuyan və ya eşidən hər mükəlləf üçün bir səcdə gərəkdir. Belə ki:

Tilavət səcdəsi niyyəti iləəllər qaldırılmadan "Allahu Əkbər" deyilərək səcdəyə gedilir. Üç dəfə "SubhənəRabbiyəl-aləvə ya bir dəfə: "Subhanə Rabbənə in kənə vədu Rabbinə ləməf'ulədeyilər. Ondan sonra "Allahu Əkbər" deyilərək qalxılır.

Tilavət səcdəsinin rüknü uca Allaha hörmət və təvazökarlıq göstərib, səcdədən qaçanlara zidd davranmaq üçün alnı yerə qoymaqdır. Lakin namaz üçün rüku və xəstə olan üçün eyham da eyni məqsədi yerinə yetirdiyindən tilavət səcdəsi yerinə keçir. Bunlar aşağıda açıqlanacaq.

Tilavət səcdəsinə ayaq üstəki haldan yerə enilməsi və bu səcdədən başı qaldırarkən ayaq üstə qalxılması və belə qalxarkən: "Ğufranəkə Rabbənə və ileykəl-masir" deyilməsi müstəhəbdir. Bu səcdəyə gedilərkən və ya bundan qalxılarkən alınan təkbirlər də müstəhəbdir; əsl səcdə isə, vacibdir. (Üç İmama görə, tilavət səcdəsi sünnədir.)

Tilavət səcdəsini edəcək kəsin dəstəmazsızlıqdan və pisliklərdən təmiz, övrət yerlərinin örtülü və qibləyə istiqamətli olması şərtdir.

Tilavət səcdəsi səcdə ayəsini oxuyan bir mükəlləf üçün vacib olduğu kimi, bunu eşidən bir mükəlləf üçün dəvacibdir. İstər eşitməyi qəsd etmiş olsun, istər olmasın, bu səcdəni edər və bu səcdəni etməklə savaba nail olar. Etməyən də vacibi tərk etdiyinə görə günaha girər.

Hələ həddi büluğa çatmamış bir uşağıncünübün, heyz vəya nifas halında olan qadının, bir sərxoşun və ya müsəlman olmayan birinin oxuyacağı bir səcdə ayəsini eşidən hər mükəlləfədə tilavət səcdəsi vacib olur. Çünki bunların bu oxuyuşları, səhih bir oxuyuşdur.

Müsəlman olan bir cünüb və ya sərxoş da, oxuyacağı və ya eşidəcəyi bir səcdə ayəsindən ötəri səcdə ilə mükəlləf olur. Bunlar təmizləndiyi və ağılları başlarına gəldiyi zaman bu səcdəni etmələri lazımdır. Lakin heyz və nifas halında olan bir qadının nə oxuyacağı, nə də eşidəcəyi bir səcdə ayəsindən ötəri ona tilavət səcdəsi lazım deyil. Çünki bunlar bu halda namaz ilə mükəlləf deyillər.

Yatan və dəli olanın oxuyacaqları səcdə ayəsindən ötəri eşidənlərə, səhih olan görüşə görə tilavət səcdəsi lazım deyil. Özləri dəbu səcdə ilə mükəlləf olmazlar. Çünki bunların oxumaları və eşitmələri bir niyyətə və təyinə bağlı deyildir. Fəqət səhih qəbul edilən digər bir görüşə görə yuxulu halda səcdə ayəsini oxuyana sonradan səcdə ayəsini oxuduğu xəbər verildikdə ona tilavət səcdəsi vacib olur. Ehtiyat olan da budur.

Öyrədilən quşlardan vəya səs əks olunmasından və ya səsləri çatdıran fonoqraf və maqnitofon kimi cihazlardan eşidilən bir səcdə ayəsindən ötəri tilavət səcdəsi vacib olmaz. Lakin səhih görülən digər bir görüşə görə, quşlardan eşidilən səcdə ayəsindən ötəri tilavət səcdəsi lazımdır. Çünki eşidilən Allah kəlamıdır. Ehtiyata uyğun olan da budur.

Radioya gəldikdə isə bu səsi əks etdirməkdən çox nəql etməsayılır. Qəsdəbağlı olaraq oxunan şeylərin demək olar ki eynisini nəql edir. Bundan eşidilən səslər, səsin əks olunması kimi sadəbir bənzəmədən ibarət deyildir. Bunun üçün radio vasitəsi ilə eşidilən bir səcdə ayəsindən görəsəcdə edilməsi vacib olsa gərəkdir. Vacib olmasa belə səcdə edilməsində bir problem olmadığına görə hər halda səcdə edilməsi ehtiyata uyğundur və Qurani-Kərimə bir sayğı və hörməti göstərir.

(Şafilərə görə,tilavət məşru (halal olan, qanuni) və qəsdə bağlı olması şərtdir. Bunun üçün cünübün oxumasından ötəri və ya rüku halında Quran oxumaq məşru olmadığı üçün burada tilavət səcdəsini gərəkli qılan ayəni oxumaqla nə oxuyana, nə də eşidənə tilavət səcdəsi sünnət olmaz . Yenə səhv edərək meydana gələn vəya öyrədilmiş quşlardan vəya bir alətdən eşidilən bir tilavətdən ötəri də niyyətə bağlı olmadığı üçün, səcdə edilməsi sünnət deyildir.)

Tilavət səcdəsi ayəsinin hecalanaraq oxunması iləvəya sadəcə yazılması iləvəya tələffüz edilmədən yalnız yazısına baxmaqla tilavət səcdəsi gərəkli deyildir. Çünki bu hallarda oxunuş yoxdur.

Bir səcdə ayəsinin səcdəni göstərən ilə, bunun əvvəlindən vəya sonundan bir söz daha əlavə olunub birlikdə oxunsa və ya eşidilsə səhih olan görüşə görə səcdə lazımdır. Digər bir görüşə görə səcdə ayəsinin çoxu oxunmadıqca səcdə vacib olmaz.

Səcdə ayəsini eşitməyən bir mükəlləfə tilavət səcdəsi vacib olmaz. Ayə olduğu məclisdə oxunmuş olsa belə hökm eynidir.

Bir səcdə ayəsi olduğu kimi Ərəbcə oxunarsa hər eşidən mükəlləfə bunun səcdə ayəsi olduğu bildiriləndə səcdə etməsi ittifaqla vacibdir. Lakin bir səcdə ayəsinin Farsca, Türkcə və ya başqa bir dildə olan tərcüməsi oxunsa bunu eşitdiyi halda başa düşməyən kəsə sadəcə bildirməklə tilavət səcdəsi vacib olmaz. Bu hökm iki İmama görədir. İmam Əzəmə görə, bunun bir səcdə ayəsinin tərcüməsi olduğu xəbər verilsə tilavət səcdəsi vacib olar. İmam Əzəmin bu məsələdə iki İmamın görüşünə döndüyü rəvayət edilir. Etimad da bunun üzərinədir. Lakin bu səcdə ayəsinin tərcüməsini oxuyana səcdə etməsi ittifaqla ehtiyat cəhətdən vacib olur. Bunu başa düşsün düşməsin fərq etməz.

Bir səcdə ayəsi həqiqətən vəya hökm baxımından bir sayılan bir məclisdə təkrarlanaraq oxunsa,bir dəfə səcdə edilməsi kifayətdir. Lakin başqa-başqa səcdə ayələri oxunsa vəya məclis həqiqətən vəya hökmən dəyişsə, hər oxunan ayəüçün başqa bir səcdə gərəkdir.

Bir məscid kimi müəyyən bir yerdəiki dəfəoxunan bir səcdəayəsinin məclisi həqiqətən bir sayılmış olur. Ənənə baxımından bir məkan sayılan yerlərin cüzləri arasında bərabərlik dəhökm baxımından bir birlikdir. Məclisin gerçəkdə dəyişməsi də, bir otaqdan digər bir otağa keçmiş olmaq kimidir. Hökm baxımından dəyişiklik isə məscid vəya bir otaq kimi bir yerdə səcdə ayəsi oxunduqdan sonra orada başqa bir işə başlamaqla meydana gəlir. Səcdə ayəsi oxunduqdan sonra üç kəlimə qədər danışılması və ya üç addım qədər yerinilməsi vəya bir şeydən üç tikə yeyilməsi və ya bir sudan üç qurtum içilməsi kimi ...

Məclisin dəyişikliyi oxucuya görəözünün məclisi dəyişdirməsiylə, dinləyiciyəgörədəonun məclisi dəyişdirməsiylə meydana gəlir. Doğru olan budur. Bunun üçün bir məclis bir şəxsə görə bir sayıldığı halda digər bir şəxsə görə dəyişmiş ola bilər.

Tilavət səcdəsi xüsusunda gəmi bir otaq kimidir. Gedən maşın vəya bir heyvan üzərində oturulubsa məclis daim dəyişmiş sayılır. Bunun üçün maşın vəya heyvan üzərində namaz halında olmadan təkrarlanacaq bir səcdə ayəsindən ötəri təkrar sayı qədər tilavət səcdəsi vacib olur.

Tilavət səcdəsi etmək üçün oxuyanın önəkeçirilməsi, dinləyicilərin dəonun arxasında saf tutmaları vəondan əvvəl səcdəyəgetməyib səcdədən də qalxmamaları müstəhəbdir. Buna zidd olaraq olduqları yerlərdəsəcdəyəgetmələri vəsəcdədən daha əvvəl qalxmaları da məkruh deyildir. Çünki onların hamısı fərdi olaraq səcdəetməkləməsuldur.

Tilavət səcdəsi üçün niyyət etmək şərtdir; lakin təyin şərt deyildir.Bu baxımdan bir neçə səcdə ayəsini oxumuş vəya eşitmiş olan bir kəs bunların sayı qədər tilavət səcdəsi niyyəti ilə səcdə edər, lakin hansı səcdənin hansı səcdə ayəsinə aid olduğunu ayırmaz. Bu tilavət səcdəsinə namaz içində yalnız qəlb ilə niyyət edilir. Namazın xaricində isə dil ilə də niyyət edilməsi sünnədir.

Vacib olan tilavət səcdəsini dərhal yerinə yetirmək məcburiyyəti yoxdur.Səcdə ayəsi oxunan kimi dərhal səcdə edilməsi gərəkli deyil. Bu səcdə uzun bir zaman sonra da edilə bilər. Yenə əda olar, qəza sayılmaz. Qəbul edilən hökm budur. Bununla birlikdəbir zərurət olmadıqca gecikdirilməsi tənzihən məkruhdur. Namaz içində isə dərhal edilməsi vacibdir; çünki bu, artıq namazdan bir hissə olmuşdur. Namazın xaricində qəza edilə bilməz. Bunu, səcdə ayəsi oxunduqdan sonra üç ayədən sonraya buraxmamaq lazımdır. Bu məsələ, aşağıdakı məsələlərdən aydın olacaqdır. İmam Əbu Yusifə görə tilavət səcdəsinin namazın xaricində də dərhal edilməsi vacibdir.

Səcdə ayəsi oxunan kimidərhal səcdəedilməsi mümkün olmadığı zaman oxuyan və eşidənlərin: "Səmi'nə və əta'nə ğufranəkə Rabbənə və ileykə'l-masir" demələri müstəhəbdir.

Namazda qiyam halında səcdə ayəsi oxunduqda, baxılır:Əgər bundan sonra üç ayədən çox oxunmazsa, ediləcək rüku vəya səcdə ilə bu tilavət səcdəsi də yerinə yetirilmiş olur. İstər buna niyyət edilmiş olsun və istərsə olmasın. Lakin üstün tutulan görüşə görə rüku ilə ola bilməsi üçün tilavət səcdəsinə niyyət etmək lazımdır. Lakin üç ayədən çox oxunacaqsa, bu səcdə ayəsindən ötəri dərhal yalnız onun üçün rüku vəya səcdə edilməsi lazımdır. Səcdə edilməsi daha fəzilətlidir. Namazın rüku və səcdəsi iləbu səcdə edilmiş olmaz. Yalnız üç ayə oxunacağı zaman ixtilaf vardır. Üstün tutulan görüşə görə bu səcdənin dərhal edilmə hökmü qalxmaz, namazın rüku və səcdəsi ilə bu tilavət səcdəsi edilmiş olur.

Səcdə ayəsini namaz içində oxuyan kəistərsə oxuyacağı ayələrin sayına baxmadan dərhal "Allahu Əkbər" deyə tilavət səcdəsinə gedər. Tilavət səcdəsi niyyəti ilə yalnız rükuya getməsi də kifayətdir. Ondan sonra yenidən ayağa qalxar və bir neçə ayə də oxuyar. Ondan sonra namazın rüku və səcdələrini edər, namazına davam edər. Əgər bir surəni qurtarıbsa digər bir surədən bir neçə ayə oxuyar; çünki tilavət səcdəsinə qalxan kimi bir neçə belə ayə oxumadan namazın rüku və səcdəsinə gedilməsi məkruhdur.

Namazın xaricində isə yalnız rüku yerinə yetirilərək tilavət səcdəsi edilmiş olmaz. Çünki tilavət səcdəsi bir təzim ifadəsidir, bir əmri yerinə yetirmənin əlamətidir. Bunlar, namaz içində rüku ilə yerinə yetirilmiş olsa da, namaz xaricində rüku ilə edilmiş ola bilməzlər.

Camaatla namaz qılındığı vaxt imam olan zat yuxardaki məsələdəaçıqlandığı kimi, eləbir rüku ilətilavət səcdəsinə niyyət etməməlidir. Çünki camaat bunun fərqinə vara bilməyəcəyinə görə belə bir niyyət etməmiş olurlar. Bu təqdirdə də tilavət səcdəsi onlardan düşməz. Bu vəziyyətdə imamın salamından sonra camaatın tilavət səcdəsi edərək ondan sonra təkrar təşəhhüddə olmaları lazımdır ki, bunu da hər kəs edə bilməz.

Səcdə ayəsi bir namazda təkrarlansa, səhih olan görüşəgörə, yalnız bir tilavət səcdəsi lazımdır. Bu təkrarlanma istər bir rükətdə və istər başqa-başqa rükətlərdə olsun fərq etməz. Çünki məclis birdir. Bu məsələ İmam Əbu Yusifə görədir. İmam Muhəmmədə görə başqa-başqa rükətlərdə təkrarlansa tilavət səcdəsi də təkrarlanır, məclis dəyişmiş sayılır.

İmam səcdə ayəsini oxuyub səcdəyə varmaqla camaat imamın rüku və səcdəyə getdiyini sanaraq rüku və səcdəyə getsələr bununla namazları pozulmaz; lakin bir səcdə daha etsələr pozular.

İmamın cümə və bayram namazlarında və camaatın sıxlıq olduğu oxşar namazlarda və gizlicə qiraət oxunulan namazlarda səcdə ayəsinin oxunması məkruhdur. Çünki camaatın çaşbaş qalmasına səbəbiyyət veriləbilər. Ancaq səcdə ayəsi oxunan surənin sonuna rastlamış olarsa kərahət olmaz. O zaman namazın səcdələri ilə tilavət səcdəsi əda edilmiş və maneə qalxmış olar. Bu vəziyyətdə imam üçün uyğun olan bu namazın rükusu ilə tilavət səcdəsinə niyyət etməməkdir ta ki, bu öhdəçilik namazın səcdələri ilə bütün camaat tərəfindən də yerinə yetirilmiş olsun.

Məsbuq (camaat namazında camaata sonradan qoşulan) ayağa qalxdıqdan sonra imam tilavət səcdəsini xatırlayaraq yerinə yetirsə, baxılır: Əgər Məsbuq hələ səcdəyə getməyibsə tilavət səcdəsi üçün imama uyar, səcdəyə gedər. Ondan sonra ayağa qalxaraq qalan namazını tamamlayar. Əgər imama uymasa namazı pozular. Lakin səcdəyə gedibsə artıq imama tabe olmaz. Əgər tabe olsa, namazı pozular.

Müsafirə(səfəri ) uyan bir muqim (səfəri olmayan)müsafirin edəcəyi tilavət səcdəsinə qatılır. Sonra qalxıb namazını tamamlayır. Əgər öz başına qılacağı rükətlərdə də bir səcdəayəsi oxusa bundan ötəri də ayrıca səcdə etməsi lazımdır.

Bir kəs namaz qılarkən rüku, səcdəvəya qadə (oturuş) halında vəya imama tabe olduğu halda onun arxasında səcdə ayəsini oxusa, nə özünə, nə imama və nə də bu imama uyan digər camaata tilavət səcdəsi vacib olmaz. Çünki namaz qılanlar bu halda Quran oxumaqdan çəkindirilmişlər. Bunların oxuyuşu hökmsüzdür. Fəqət bu oxuyuşu qıraqdan eşidənlərə tilavət səcdəsi lazımdır. Bunlar istər başqa bir namazda tək başına və ya kollektiv olmuş olsunlar və istər olmasınlar. Çünki bunlar o yasaq və maneənin xaricində qalmış olurlar.

Namazın içində oxunan səcdə ayəsindən ötəri namazı bitirdikdən sonra səcdə edilə bilməz. Çünki bu səcdəyuxarıda da işarə olunduğu üzrə namazın bir hissəsi olmuşdur, artıq ondan ayrıla bilməz. Lakin namazda olan kəs namazda olmayan bir kəsin oxuduğu səcdə ayəsini eşitsə namazını qıldıqdan sonra səcdə edər. Namazda olduğu halda səcdə etməsi kifayət deyil. Bununla birlikdə səcdə etsə bununla namazı pozulmaz.

Namazda oxunan bir səcdə ayəsini xaricdən eşidən bir mükəlləf üçün də namaz xaricində səcdə etmək lazımdır. Burası da var ki, bu mükəlləf o səcdə ayəsini oxuyan adama uyar, onunla birlikdə bu səcdəni edərsə bu vəzifəni etmiş olur. Əgər o səcdə edildikdən sonra o rükətdə uyarsa bu səcdəni o imamla birlikdə hökm cəhətdən etmiş sayılır. Artıq nənamazın içində, nə də xaricində tilavət səcdəsi etməsi lazım deyil.

Xəstə ikən vəya bir maşına vəya bir heyvana mindiyi halda səcdə ayəsini oxuyan vəya eşidən bir mükəlləfin işarə surəti (ima) ilətilavət səcdəsi etməsi caizdir. Lakin bir mükəlləfin bir sərnişin olmadığı halda oxuduğu və ya eşitdiyi bir səcdə ayəsindən ötəri bir üzrü olmadığı təqdirdə, bir sərnişin olduğu halda işarə (ima) ilə səcdə etməsi caiz olmaz.

Səcdə ayəsini,hazır olanlar səcdə üçün hazırlıqlı olsalar aşkar olaraq, hazırlıqlı deyillərsə gizli oxumaları müstəhəbdir. Bunda camaata qarşı bir şəfqət vardır.

Bir müddət oxunub içindəki səcdə ayəsinin buraxılması məkruhdur.Çünki bu, səcdədən bir növ qaçmaq deməkdir. Yalnız səcdə ayəsinin oxunub surədəki digər ayələrin oxunmamasında isə kərahət yoxdur. Lakin müstəhəb olan, fəzilət və seçim şübhəsini aradan qaldırmaq üçün səcdə ayəsi ilə birlikdə bir vəya bir neçə ayənin də oxunmasıdır.

*On dörd səcdə ayəsini bir məclisdə oxuyubhər biri üçün oxunduqca ayrı bir səcdə edən və hamısını oxuduqdan sonra hamısına birdən on dörd səcdə edən şəxsi dünya və axirət işlərində ona hüzn və kədər verəcək xüsusda Uca Allahın onu qoruyacağı rəvayət olunmuşdur.

* Namazı pozan şeylər tilavət səcdəsini də pozur . Hələ tilavət səcdəsinə qalxmamış meydana gələn dəstəmazsızlıq və danışma vəya qəhqəhə ilə gülmək kimi ... Ancaq bu səcdədəki qəhqəhə ilə dəstəmaz pozulmuş olmaz və qadınların da kişilərlə eyni cərgədə olmaları bu səcdəni pozmaz.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Read 2.887 times
In order to make a comment, please login or register