Qurban kəsmək kimlərə vacibdir?
Submitted by on Tue, 06/09/2016 - 21:10
Dear Brother / Sister,
Hənəfi məzhəbində sərvət kimindirsə qurban borcu da onun olduğundan, ailə içində kimin şəxsinə aid pulu varsa onun qurban kəsməsi lazımdır. Bu istər kişi istər qadın olsun. Əgər bir ailədə həm qadının həm də kişinin ayrı-ayrı sərmayələri varsa, dinə görə zəngin sayılan kəs qurban kəsməlidir. Hər ikisi də zəngindirsə, ikisi də qurban kəsməlidir.
Qurban kəsmək dinə görə zəngin sayılan Müsəlmanlara vacibdir. Qurbanda zənginliyin ölçüsü isə belədir:
Zəruri ehtiyaclarından çox olaraq, əlində 85 qram qızıl və ya 595 qram gümüş yaxud bunların dəyərində pul və mal olan kimsə zəngindir.
Zəkatda olduğu kimi, qurban nisabı üzərindən bir il kimi bir müddətin keçməsi şərt deyildir. Bundan başqa qoyun, keçi və sığır kimi otlayan heyvanlar və ticarət malları nisab miqdarında hesaba daxil edilir. Bu malların çoxalan və artan cinsdən olması da şərt deyildir. Məsələn iyirmi dənə qoyunu olan bir adamın qoyunlarının ümumi dəyəri qızıl və gümüşdəki nisab miqdarına çatırsa, bu insan zəngin sayılır. Yenə əlində nisab miqdarına çatan ticarət malı olan bir kimsə də qurban barəsində zəngin sayılır və qurbanı kəsər.
Digər tərəfdən oturduğu evdən başqa bir əmlakı olan bir insan, onun kirayə gəliriylə aylıq ehtiyaclarını qarşıladıqdan sonra əlində nisab miqdarına çatan bir məbləğ mövcud olsa ona da qurban kəsmək vacib olur.
Bunun kimi, borclu olan bir insan əlindəki malını borcuna verdiyi təqdirdə geriyə nisab miqdarı qədər bir məbləğ qala bilirsə, buna da qurban kəsmək gərəkdir. Hətta yazlıq və qışlıq olaraq iki dəst paltarının xaricində nisab miqdarına çata biləcək başqa paltarları olan kimsə də bu barədə zəngin sayılmaqdadır. Bəzi fiqh kitablarımızda belə bir hökm də vardır:
"Bir kimsənin öz oturduğu evdən başqa bir evi olarsa, onu ticarət və ya icarə üçün istifadə etməsə belə yenə onun üçün qurban vacibdir."
Qurban kəsməsi vacib olan kimsənin Qurban Bayramından əvvəl olduğu kimi, Qurban Bayramının 1., 2. və 3. günləri içində də nisab miqdarına çatan bir mala sahib olması kifayətdir. Yəni, nisab miqdarını tutan malın üzərindən bir ilin keçmə şərti axtarılmaz. Məsələn Qurban Bayramının birinci günü ehtiyaclarının xaricində əlinə nisab miqdarına çatan bir pul keçən kimsənin qurban kəsməsi vacibdir.
Zəkatda olduğu kimi, zəruri (əsl) ehtiyaclar bunlardır:
Oturacağın ev, evdə istifadə edilən əşya, minik vasitəsi, iş və sənətdə istifadə edilən məlzəmə və alət, qışlıq və yazlıq paltar, bir aylıq, başqa bir görüşə görə bir illik ərzaq və içki kimi ərzaqlar.
Məhz bunlardan əlavə olaraq əlində nisab miqdarı qədər malı olan kimsəyə qurban kəsmək vacibdir.
Ayrıca, "Qurbansız olarmı, qurban insanın sağlamlığına düşər." Sözünün dini bir dayağı yoxdur. Hətta insan zəngin olsa da sağlam olmayıb xəstə və ya şikəst olsa belə yenə qurban kəsməsi vacibdir. Digər yöndən qurbanın şərtləri arasında heç bir yerdə "sağlamlıq" axtarılmaz. Yalnız qurban kəsəcək kimsə, bu niyyətdə ola bilər:
"Ya Rəbbi, əslində bizə ehsan etdiyin bu qədər nemətin müqabilində özümü sənə qurban etməyim lazım idi, yalnız Sən insanın qurban edilməsini haram qıldın. Mənim yerimə bu heyvanı kəsirəm. "
Bu sözlər adamın xalis niyyətini və ixlasını göstərir.
"Məhəllədən, Qonşulardan ayıb olur" deyə borca girib qurban kəsmək də doğru deyil. Çünki Cənab-ı Haqq, qula taqətim üstündə bir mükəlləfiyyət yükləməz.Belə bir düşüncə ixlası da zədələyər. Çünki bu halda başqaları görsünlər, onlara qarşı ayıb olmasın deyə qurban kəsilməkdədir ki, qulluq şüuruna zidd düşər.
Fəqət, zəngin olmamaqla birlikdə qurbanlıq heyvan alacaq qədər pulu olan kimsə qurbanı alır, kəsər, ətini də uşaq uşağıyla birlikdə yeyər. Bununla yenə savaba girər.
Yazıçı:
Mehmet Paksu
Suallarla İslam
- Qurban kəsmək kimlərə vacibdir? Kimlər qurban kəsir?
- Qurban kəsmək...
- Qurban kəsməklə bağlı tez-tez soruşulan suallar...
- Fitrə Sədəqəsi...
- Fitrə Sədəqəsi Nədir?
- Fitrə Sədəqəsi nədir?
- Fitrə Sədəqəsi Nədir?
- Zəkat haqqında məlumat verərsiniz? Niyə zəkat verməmiz lazımdır? Kimlərin zəkat verməsi lazımdır? Sədəqə və zəkat eyni şeylər ola bilərmi?
- Sədəqə-i Fıtır Nədir?
- Həcc Zamanı və Həcclə Əlaqədar Tez-tez Soruşulan Suallar